30 Aprel 2025 08:20
425
SİYASƏT
A- A+
Yeni və ədalətli dünya

Yeni və ədalətli dünya


Bakıda təsis edilən Qlobal Cənub QHT Platformasının əsas fəaliyyət istiqaməti olacaq


Bakıda 116 ölkədən nüfuzlu qeyri-hökumət təşkilatları (QHT) rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransının keçirilməsi dünya ictimaiyyətinin diqqətini cəlb edən hadisələrdən birinə çevrilib. 

Bu möhtəşəm tədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdəiki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisəsi hesab edilir.

Azərbaycan Prezidenti İlham Əliyevin Qlobal Cənub QHT Platformasının iştirakçılarına ünvanlanan məktubunda deyilir: "Çox şadıq ki, keçən ilin noyabrında Bakıda COP29 çərçivəsində Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə baş tutan beynəlxalq konfransı zamanı Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının yaradılması barədə təşəbbüsü güclü dəstək qazanmışdır. Bununla əlaqədar 140-a yaxın ölkədən 1000 nəfərdən çox QHT təmsilçisi və ictimai fəal birgə bəyanat imzalamışdır".

Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransının keçirilməsi uğurlu siyasətin reallığıdır. Platformanın yaradılması təşəbbüsü ilə 2024-cü ilin noyabrında - COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu çıxış edib. Təşəbbüs qısa müddətdə beynəlxalq rezonans doğurub. Nəticədə COP29 QHT Koalisiyası Azərbaycan Milli QHT Forumu qarşısında bu platformanın təsisatlandırılmasına dair məsələ qaldırıb. Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb. Beləliklə, ölkəmizin liderliyi ilə Qlobal Cənub QHT Platforması təsis olunub. 

Bakıda keçirilən "Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" adlı forumda qəbul olunan bu qərarı dünya ictimaiyyəti  yüksək qiymətləndirir. Braziliyanın Beynəlxalq Münasibətlər üzrə Tədqiqat İnstitutunun direktoru, professor Almir Lima Nascimento qeyd edib ki, yeni Qlobal Cənub QHT Platforması regional və qlobal çətinlikləri təşəbbüslərlə həll etməyə yönələcək. O bildirib ki, hazırda sosial və iqtisadi sahələrdə bir çox problemlə üz-üzəyik: "Bu platforma Qlobal Cənub çərçivəsində vahid cəbhə olaraq ədalətsizliyə, yoxsulluğa və iqlim dəyişikliyi kimi digər qlobal çağırışlara qarşı birgə mübarizəni vacib edir. Yeni şəbəkənin əhəmiyyəti üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlıqdan asılıdır və bütün şəbəkə üzvləri bundan faydalanmalıdır". Almir Lima Nascimento platformaların yalnız dialoqla kifayətlənməyəcəyini, həm də yaradıcı həll yollarının tapılmasına kömək göstərəcəyinə ümid etdiyini bildirib. 

Ekvadorun keçmiş xarici işlər naziri və UNITAR-in prezidenti Luis Gallegos isə deyib ki, Qlobal Cənub QHT Forumu əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. Cənub-Cənub arasında əməkdaşlığa xüsusilə ehtiyac olduğunu deyən Gallegos bildirib ki, dünya hər gün yeni çağırışlarla üzləşir və biz yeni pandemiyalara hazır olmalıyıq: "Pandemiyalar istənilən dövlətə təsir edir və hər bir insan buna diqqət etməlidir. Pandemiyanın təsirləri nəzərə alınmalı və qarşısını almaq üçün qlobal səviyyədə tədbirlər görülməlidir. Qarşılaşdığımız problemləri dialoq yolu ilə həll etməyə çalışmalıyıq. Biz bütün dünya cəmiyyətlərini çağırmalıyıq ki, məsuliyyətlərini bölüşsünlər və birgə qərarlar qəbul etsinlər". Luis Gallegos vurğulayıb ki, hazırda dünyada 60-dan çox silahlı münaqişə cərəyan edir və bu münaqişələr BMT-yə üzv dövlətlərin üçdə-ikisinə təsir edir. Sülh, ədalət və rifahın təmin olunması cəmiyyətlər üçün mühüm hədəf olmalıdır.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva hesab edir ki, təcrid edilmiş səslərin Qlobal Cənub çərçivəsində ucaldılması olduqca vacibdir: "Əsas dəyişikliyin gücü bizim birləşmək qabiliyyətimizdədir. Müxtəlif sektorlar və sahələr arasında əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır". O qeyd edib ki, müxtəlif ölkələrin bir araya gəlməsi, iqlim maliyyələşməsi, adaptasiya və birgə həll yolları faydalı və səmərəli tərəqqiyə yol açır: "Bizi 2030-cu ildən cəmi beş il ayırır və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün doğru yoldayıq. Hazırda Dayanıqlı İnkişaf Məqsədlərinin üçdəbiri ya dayandırılıb, ya da geriləyir. Bir çox ölkə iqlim dəyişikliyi və yoxsulluğun aradan qaldırılması sahəsində ciddi çətinliklərlə üzləşirlər. Bu səbəbdən dövlət və özəl sektor birlikdə çalışaraq maliyyənin gücləndirilməsi və təşəbbüslərin artırılması üçün daha fəal addımlar atmalıdır". 

Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni və ədalətli dünya nizamı üçün gərgin fəaliyyəti, irəli sürdüyü mühüm təşəbbüslər, COP29 zamanı "Bakı dönüşü"nün əldə olunması Qlobal Cənubda Azərbaycan dövlətinə böyük rəğbət yaradıb. Qlobal Cənub QHT Platforması da Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıc kimi qiymətləndirilir. Hesab olunur ki, Qlobal Cənub QHT Platformasının Bakıda formalaşması Azərbaycanın Qlobal Şimal və Qlobal Cənub arasında uğurlu vasitəçi, körpü olmasının növbəti təzahürüdür. Qlobal Cənub QHT Platforması bu strateji coğrafiyada ölkələrin üzləşdikləri problemlərin beynəlxalq səviyyədə eşidilməsinə güclü dəstək verməyi, BMT daxil olmaqla beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi, qlobal koordinasiyanı aparmağı nəzərdə tutur. Bu, ölkələrin üzləşdiyi ədalətsizliyə - yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişi, rəqəmsal uçurum, ticarət bərabərsizliyi və digər məsələlərə qarşı birgə səylərlə mübarizə aparma platformasıdır. O, həmçinin Cənub-Cənub əməkdaşlığını təşviq edir. 

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti QHT şöbəsinin nümayəndəsi Vuk Tszin-Çanq bildirib ki, Qlobal Cənub QHT Platformasının yaradılması Cənub yarımkürəsi ölkələrinin beynəlxalq arenada mövqelərini gücləndirməyə kömək edəcək və vaxtında atılmış bir addımdır. Qananın "Dream Hunt" təşkilatının nümayəndəsi Porşa Adu-Mensa da hesab edir ki, yeni təşəbbüs çərçivəsində Qlobal Cənub QHT-lərinə dəstək son dərəcə vacibdir: "Bir çox cəmiyyət marginallaşdırılmış və həssas olaraq qalır. İndiyəcən isə kifayət qədər insan hüquqları müdafiəçilərimiz olmayıb". Qanalı nümayəndənin sözlərinə görə, QHT-lərin səylərinin birləşdirilməsi praktiki fəaliyyətlərə çevrilə biləcək ideyaları irəli sürməyə imkan verəcək: "Bir çox cəmiyyət zərər çəkib, lakin müdafiəçilərin olmaması səbəbindən onların problemləri uzun müddət diqqətdən kənarda qalıb. İndi biz layihələrin insanların real ehtiyaclarına yönəldiyi və konkret dəyişikliklərə gətirib çıxaracağı nəticələrin əldə olunmasına çalışırıq". Qlobal Cənub QHT Platformasının digər iştirakçıları da Azərbaycanda başlanan prosesi yüksək qiymətləndirirlər.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!