18 Sentyabr 2025 08:20
653
SİYASƏT
A- A+
Yeni uğurlara hesablanan səfərlər

Yeni uğurlara hesablanan səfərlər


Prezident İlham Əliyevin 14-16 sentyabrda işğaldan azad olunmuş ərazilərə səfəri və bu çərçivədə işlərin gedişi ilə tanışlıq, yerli sakinlərlə görüşlər ölkə rəhbərinin insanlara olan sonsuz məhəbbətinin, qayğısının, Qarabağda və Zəngəzurda gedən quruculuq, bərpa, tikinti işlərinə diqqətinin ifadəsidir. Bu gün uzun illər düşmən əsarəti altında qalan, dağıdılan, viran edilən şəhər və kəndlərimiz yenidən qurulur, abadlaşır, tarixi mədəni-dini abidələrimiz bərpa edilir, sakinlər öz doğma ocaqlarına, yurd yerlərinə qayıdırlar.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, insanlar təsəvvür etmədikləri bir həyatla, gözəlliklərlə qarşılaşırlar. Müasir məktəblər, xəstəxanalar, yol, abad binalar, iş yerləri onların ixtiyarındadır. Gözəl, füsunkar təbiət, doğma torpaq onları öz qoynuna alır. Prezidentimizin bildirdiyi kimi, bu ərazilərdə sadəcə olaraq rahat yaşamaq, qurub-yaratmaq, uşaqları böyütmək, onlara yaxşı tərbiyə vermək üçün bütün şərait var. Azərbaycan xalqı bundan sonra sülh içində yaşayacaq.  

Komitə sədri qeyd edib ki, sülh, azadlıq, insanların xoşbəxtliyi Prezident İlham Əliyevin həyat amalıdır: "Prezident hakimiyyətdə olduğu bütün illərdə bu mövqedən çıxış edib, dövlətləri və xalqları daim sülhə səsləyib. Azərbaycan torpaqları işğal altında olduğu dövrdə də rəhbərimiz Ermənistanı təcavüzdən əl çəkməyə, sülhə gəlməyə səsləyib və bunu ən mötəbər tribunalardan bəyan edib. Həm də qətiyyətlə bildirib ki, işğalın, təcavüzün, düşmənçiliyin axrı yoxdur, əgər sülh yolu seçilməsə, müharibə qaçılmazdır və biz torpaqlarımızı mütləq azad edəcəyik. Təəssüflər olsun ki, Ermənistan rəhbərləri Azərbaycan Prezidentinin bu çağırışlarından vaxtında nəticə çıxarmadılar, özlərini məğlubedilməz hesab etdilər, beynəlxalq təşkilatların qətnamələrinə, qərarlarına məhəl qoymadılar, torpaqlarımızı viran qoymağa davam etdilər, təxribatlar törətdilər, dinc sakinləri qətlə yetirdilər, daim atəşkəsi pozaraq əhalini təhlükə altında saxladılar".

Tahir Rzayev bildirib ki, belə olan halda başqa çıxış yolu qalmamış Azərbaycan hərb yolunu seçmişdi. Qəti iradə, düşünülmüş siyasət, ordumuzun mətanəti, gücü, xalqımızın birliyi, səfərbərliyi nəticəsində düşmənin başı əzilmiş, Ermənistan ordusu tamamilə məhv edilmişdi. Düzdür, Azərbaycan xalqı da itkilər vermiş, oğullarımız torpaq uğrunda canlarından keçmiş, amma tarixi qələbəyə imza atmışdılar. 

Deputat xatırladıb ki, Azərbaycan Prezidenti Xocavənd rayonunun Qırmızı Bazar, Hadrut qəsəbəsinin və Sos kəndinin sakinləri ilə görüşü zamanı ordumuzun, əsgər və zabitlərimizin, xalqımızın şücaətini, mətinliyini yüksək qiymətləndirməklə, şəhidlərimizi hörmətlə xatırlatmaqla bərabər, itkilərimizə təəssüfləndiyini də bildirib və qeyd edib ki, əgər Ermənistan rəhbərliyi vaxtında onun sözlərinə baxıb bizim torpaqlardan öz xoşu ilə çıxsaydı, İkinci Qarabağ müharibəsinə, antiterror əməliyyatına ehtiyac qalmazdı, üç mindən çox şəhidimiz olmazdı. "Bu reallıqdır və Azərbaycanın qələbəsi haqqın, ədalətin qələbəsi idi. Qələbə uğrunda canlarından keçən, sağlamlığını itirən hər kəs dövlətimiz və xalqımız üçün əzizdir. Onlar ölməzdir, qəhrəmandırlar, əbədi həyat qazanmışlar. Cənab İlham Əliyevin sakinlərlə görüşü zamanı söylədiyi kimi, Vətən uğrunda şəhid olmaq, əlbəttə ki, böyük qəhrəmanlıqdır və onları biz əbədi yadımızda saxlayacağıq, xatirələrinə əbədi hörmət edəcəyik. Bu hörmət və ehtiram şəhidlərimizin qanı tökülən torpaqlarda ucaldılan abidələrdə, çəkilən yollarda, ucaldılan binalarda, gülüstanı xatırladan bağ-bağçalarda, məktəblərdə, insanların sevinclərində öz təcəssümünü tapır.  Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinə, qazilərə göstərilən qayğı və diqqət, onların minik maşınları, evlərlə təmin edilməsi, doğma yurd yerlərində hər cür şəraitin yaradılması bu hörmət və ehtiramın bariz ifadəsidir, sülhə, təhlükəsizliyə bir töhfədir", - deyə o bildirib. 

T.Rzayev vurğulayıb ki, Prezidentin Vaşinqtona səfəri və ABŞ-nin Prezidenti Donald Tramp və Nikol Paşinyanla keçirilən üçtərəfli görüş, Birgə Bəyannamənin imzalanması, Minsk qrupunun, 907-ci maddəyə əlavənin ləğv edilməsi, sülhün dəstəklənməsi dövlət başçımızın  sülh amallarının ifadəsi idi və artıq öz nəticələrini verməkdədir. Görüşlər zamanı dövlətimizin rəhbərinə bəslənilən yüksək hörmət və ehtiram bilavasitə sülhə və əmin-amanlığa verdiyi töhfənin ifadəsi kimi qiymətləndirilməlidir. Bu etimad nəinki ABŞ-də, eləcə də Çində - Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində özünün aydın ifadəsini tapdı və cənab Prezident çıxışlarında, bəyanatlarında dünyaya yeni sülh mesajları ünvanladı. Ölkəmizin rəhbəri bu mesajları yalnız böyük dövlətlərin tribunalarından deyil, eləcə də işğaldan azad olmuş ərazilərdə də, sadə, zəhmətkeş insanlarla görüşlərdə də səsləndirir və bu çağırışlar xalq tərəfindən dəstəklənir. 

Komitə sədri qeyd edib ki, bu siyasət sistemli, davamlı və xoşbəxt gələcəyə hesablanıb: "Bu, bəşəriyyəti düşündürən və daim diqqətdə olan bir siyasətdir. Dünyada müharibələrə, münaqişələrə, qarşıdurmalara yönəldilən cəhdləri Azərbaycan dövləti qəbul etmir, Prezidentimiz bu əməllərin tamamilə əleyhinədir və bu yolda bütün səylərini ortaya qoyur. Füzuliyə, Xankəndiyə, Xocavəndə, Xocalıya səfərləri, insanlarla görüşləri zamanı cənab İlham Əliyev bunu dəfələrlə xatırlatdı və sülhü, əmin-amanlığı daim dəstəkləyəcəyini bir daha bəyan etdi. Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərə daimi səfərləri, burada aparılan möhtəşəm quruculuq işləri ilə dünyaya bir daha bəyan edir ki, xalqımız sülhsevərdir, yaradıcı-qurucudur, mətindir, mübarizdir. Ölkə rəhbəri öz doğma yurdlarına köç edən, məskunlaşan insanları gülərüz, xoşbəxt görəndə sevinir, qürurlanır və onların qurub-yaratmaq eşqinin şahidi olanda fərəhlənir. Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Bu, bir həqiqətdir. Azərbaycan Prezidentinin Füzuli rayonunda yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyması, Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin, Xankəndi şəhərində Qarabağ Universitetinin klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etməsi, Xocalı rayonunun Daşbulaq kəndində  13 hektar sahədə salınmış tut bağı ilə tanışlığı, Xankəndi, Xocavənd, Xocalı sakinləri ilə səmimi görüşləri Qarabağ və Zəngəzur torpaqlarına, bu ərazilərin sakinlərinə sonsuz məhəbbətdən, bu yerlərin gələcəyinə böyük inamdan, vətənə, xalqa sədaqətdən qaynaqlanır".  

Müsahibimiz vurğulayıb ki, bir neçə il bundan əvvəl xarabazarlığı xatırladan bu yurd yerləri indi gülüstana çevrilməkdədir. Xarici ölkələrin dövlət rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, elm adamları, jurnalistlər, turistlər hər dəfə bu torpaqlara səfər edərkən yeni bir mənzərənin, yüksəlişin şahidi olurlar və heyrətlərini gizlədə bilmirlər. Bu sevinc və heyrət, əlbəttə ki, Azərbaycan Prezidentinin uğurlu siyasətinin, xalqımızın birliyinin, əldə olunan qələbələrin, iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, yeni uğurlara inamın ifadəsidir. Dayanıqlı və davamlı iqtisadi inkişaf, milli təhlükəsizliyimizin təmin olunması, müdafiə qüdrətimizin yüksəlməsi, xalqın sosial rifahının yaxşılaşması nailiyyətlərimizin əsasıdır və Azərbaycan bu əsas üzərində qurulur, inkişaf edir və beynəlxalq aləmdə böyük nüfuz qazanmaqla daha xoşbəxt gələcəyə doğru inamla addımlayır. 


Ə.QARDAŞXANOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!