16 Yanvar 2026 08:33
308
İQTİSADİYYAT
A- A+
Yeni ildə ilk sifariş Amerikadan gəldi

Yeni ildə ilk sifariş Amerikadan gəldi


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport" portalı 2026-cı il üçün ilk ixrac sifarişini Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatından qəbul edib. "Azexport" portalının rəhbəri Ayxan Qədəşov və Kaliforniyada yerləşən ticarət şəbəkəsinin rəhbəri Aleks Alşvenq arasında keçirilən onlayn təqdimat və müzakirələr nəticəsində bu barədə razılıq əldə olunub.

Mərkəzdən bildirilir ki, sifarişlər əsasən Azərbaycanda istehsal edilən emal olunmuş məhsulları, şirniyyat və qənnadı məmulatlarını, eləcə də bəzi milli kulinariya məhsullarını əhatə edir. Hazırda qəbul olunmuş sifarişlər üzrə beynəlxalq sertifikatlaşdırma, ABŞ tələblərinə uyğun etiketləmə, logistika və gömrük prosedurlarının təşkili istiqamətində zəruri işlər həyata keçirilir. Bu proseslərin məqsədi Azərbaycan məhsullarının Kaliforniya bazarına sistemli və davamlı çıxışını daha da möhkəmləndirməkdir.

Qeyd edək ki, "Azexport" portalı yerli istehsalçıların məhsullarının beynəlxalq alıcılara təqdim olunması, eləcə də onlayn platformalar vasitəsilə rəqəmsal reklam və marketinq kampaniyalarının həyata keçirilməsi üzrə fəaliyyət göstərir. Portalda qeydiyyat və təqdim olunan xidmətlər istehsalçılar üçün ödənişsizdir.

Məlum olduğu kimi, dünya bazarında məhsul satışı üzrə rəqabət getdikcə güclənir. Bu prosesdən qazanclı çıxmağın iki əsas şərti var - keyfiyyətli məhsul istehsal etmək və məhsulun alıcıya doğru-dürüst tanıdılması. Ölkəmizdə qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarların buna daha çox ehtiyacı var. Çünki  dünya bazarına məhsul çıxarmaq üçün onlar bir çox hüquqi və gömrük peosedurunu öyrənməli və onlara əməl etməlidirlər. Amma bu da reallıqdır ki, həmin sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarların belə bir imkanı yoxdur.  "Azexport" portalının yaradılması da məhz buna xidmət edir. İqtisadi İslahataların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı yerli istehsalçılara bu sahədə yardım göstərir. Portalın fəaliyyət göstərdiyi ötən dövrə diqqət yetirdikdə görürük ki, onun dəstəyi ilə qeyri-neft məhsulları ixracında mühüm addımlar atılıb. "Azexport" portalının nümayəndələri yerli sahibkarlara dəstək olmaq məqsədilə dünyanın müxtəlif yerlərində keçirilən mötəbər tədbirlərdə iştirak edərək ölkəmizdə istehsal olunan qeyri-neft məhsullarının ixracının tanıdılmasında önəmli rol oynayırlar. Bu günlər "Azexport" portalının rəhbəri Ayxan Qədəşov Polşanın Krakov şəhərində Milli Luis Universitetində "Yeni üfüqlər: Rəqəmsal iqtisadiyyat və dəyişən dünyaya cavablar" mövzusunda keçiriləcək konfransda təqdimatla çıxış edəcək. O, konfransda həmçinin 7 ölkənin nüfuzlu universitetlərinin nümayəndələrinə portal barədə məlumatlar verəcək.

Qeyd edək ki, İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseynli və "Azexport" portalının rəhbəri Ayxan Qədəşovun həmmüəllif olduqları və portalın fəaliyyətindən bəhs edən "Digital Trade, Government Policy, and Economic Growth: The Case of Azerbaijan" ("Rəqəmsal ticarət, hökumət siyasəti və iqtisadi artım: Azərbaycan nümunəsi") adlı məqalə konfransa təqdim edilib və uğurlu nümunə kimi qəbul olunub. Konfransın təşkilat komitəsi "Süni intellekt əsrində yeni iqtisadiyyat: imkanlar, risklər və cəmiyyətin transformasiyası" adlı panel müzakirəsində "Azexport" təcrübəsinin iştirakçılara təqdim edilməsinə qərar verib və müəlliflərə dəvət məktubu göndərib. Məlumat üçün bildirək ki, əsas təşkilatçıları Polşa, Bosniya və Herseqovina, Portuqaliya, Ukrayna, Bolqarıstan, Monteneqro, Sloveniya və Serbiyanın nüfuzlu universitet və elmi tədqiqat mərkəzləri olan  konfransa təqdim edilən məqalədə "Azexport" portalının təqdim etdiyi imkanlardan, ölkəmizdə rəqəmsal ticarətin inkişafı istiqamətində fəaliyyətdən, xüsusən də yerli məhsulların ixracının asanlaşdırılmasında sözügedən portalın oynadığı roldan bəhs olunur.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

14:18
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

13:17
07 Fevral

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

11:28
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

Azərbaycan romantizminin parlaq siması

10:00
07 Fevral

Tarixin yaddaşına çevrilən alim - Sara Aşurbəyli

10:00
07 Fevral

Revanşistlərin sülh qorxusu

09:55
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!