27 Avqust 2025 08:40
701
SİYASƏT
A- A+
Yeni hədəflərə doğru

Yeni hədəflərə doğru


Azərbaycan, Özbəkistan və Türkmənistan arasındakı əməkdaşlıq formatı əlaqələri genişləndirmək üçün əlavə imkanlar açır


Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə bu ölkəyə işgüzar səfəri, təkbətək və geniş tərkibdə keçirdiyi görüşlər, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsi, liderlərin iştirakı ilə sənədlərin imzalanması və mətbuata bəyanatları özündə mühüm məqamları ehtiva edir. 

Azərbaycan və Türkmənistan eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Azərbaycan və Türkmənistan SSRİ-nin tərkibində müttəfiq respublikalar olub. Həmin dövrdə onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda, üç il sonra - 2002-ci ilin oktyabrında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan və türkmən xalqları arasında əlaqələrin tarixi qədimdir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdə də bu reallıqlar bir daha diqqətə çatdırıldı. Ölkələrimiz arasında münasibətlərin başlanğıcını tarixin dərinliklərindən götürdüyünü qeyd edən Qurbanqulu Berdiməhəmmədov onu da bildirdi ki, ənənələrimiz oxşardır və bunlar bizi birləşdirən amillərdir. Siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar münasibətlərimiz məhz bu təməl üzərində inkişaf edir. "Əlaqələrimizin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Bu kontekstdə Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı məqsədilə yeni təşəbbüslər irəli sürülür. Dövlətimizin başçısı İlham Əliyev bu məqamı xüsusi vurğuladı ki, türkmən və Azərbaycan xalqları, sözün əsl mənasında, qardaşdırlar və əsrlər boyu bu qardaşlıq hissləri ilə yaşamışlar. Hər iki ölkə müstəqil dövlətlər kimi böyük uğurlara imza atırlar. Tez-tez reallaşan qarşılıqlı səfərlər bütün bölgəyə və dünyaya çox ciddi mesajlar verir. Türkmənistan və Azərbaycan - qardaş dövlətlər, qardaş xalqlar hər zaman bir-birinin yanındadırlar" - deyə o əlavə edib.

Vüqar Rəhimzadə qeyd edib ki, səfərin əhəmiyyətini açıqlayan mühüm məqamlardan biri məhz Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsidir. Prezident İlham Əliyev görüşdə həm Azərbaycan-Türkmənistan, həm də Azərbaycan-Özbəkistan əlaqələrinin dünəninə, bu gününə diqqəti yönəldərək bildirdi ki, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geosiyasi mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələləri geniş müzakirə olundu. Üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq.

Deputat bildirib ki, əməkdaşlıq əlaqələrinin inkişafında enerji amili əhəmiyyətli rol oynayır: "Hər üç ölkənin energetika sahəsində mövcud imkanları əməkdaşlığı şərtləndirir. 2021-ci ildə Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması enerji sahəsində əməkdaşlığı daha da möhkəmləndirir. Bu yataq iki ölkəni bir-birinə daha da yaxınlaşdırıb. Enerji yatağının iki dövlət tərəfindən birlikdə istismarı Xəzər dənizində yeni əməkdaşlıq formatının yaradılması deməkdir. Ölkəmiz Özbəkistanla da bu sahəyə artıq qədəm qoyub. SOCAR Özbəkistanda neft yatağının işlənilməsinə başlayıb, kontrakt imzalayıb. Dövlətimizin başçısı İlham Əliyev bu reallıqlara söykənərək belə bir əminliyi ifadə edib ki, yaxın bir-iki il ərzində gözəl xəbərlər verəcəklər. Özbəkistanda böyük neft yatağının kəşf edilməsi xəbərini hamımız səbirsizliklə gözləyirik".

V.Rəhimzadə vurğulayıb ki, Türkmənistan tərəfindən Füzuli şəhərində məscidin inşa olunması barədə qərar həmrəyliyin və mənəvi birliyin rəmzi kimi xalqımızın yaddaşında əbədi qalacaq. Həmçinin Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında protokolun imzalanması mədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır. Bütün bunlar göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləri yüksəliş dövrünü yaşayır. Münasibətlərimizin bütün sahələrdə inkişafı üçün birgə səylərimizi davam etdirəcəyik.

Deputat bildirib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsindən sonra liderlər mətbuata bəyanatlarında bir daha qarşıdakı dövrün hədəflərinə diqqəti yönəldiblər: "Bu görüşü tarixi gün kimi dəyərləndirən Prezident İlham Əliyev bildirdi ki, bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev vurğuladı ki, tarixi görüş ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, dayanıqlı ticarət, nəqliyyat və energetika dəhlizlərinin yaradılmasına, həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək. Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov isə üçrərəfli görüşün böyük əhəmiyyətə malik olduğunu önə çəkərək qeyd etdi ki, bu görüş üçtərəfli əlaqələri gücləndirmək üçün yeni imkanlar açır və bu kontekstdə qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün çox çalışmalıyıq".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!