10 May 2024 16:52
313
Elm və texnika
A- A+

Yeni elektrikli krossover təqdim edilib

 

Çinin “Geely” şirkəti “Galaxy E5” adlı tamamilə elektrikli avtomobil krossoveri təqdim edib. Sözügedən büdcəli krossover “Geely GEA” platforması əsasında hazırlanıb.

Futuristik xarici görünüşə və qapalı radiator qəfəsinə sahib elektromobilin gövdəsinin uzunluğu 4615 mm, eni 1901 mm, hündürlüyü isə 1670 mm-dir. Krossoverin mühərriki barədə dəqiq bir məlumat yoxdur. Lakin şirkət daha öncə bu modelin 217 at gücünə sahib bir ədəd elektrikli mühərriki özündə birləşdirən versiyasını anons etmişdi. Həmin versiya saatda 175 km sürət yığa və 2000 km yol qət edir. Çox güman ki, bu, avtomobildə daxili yanacaq mühərrikinin istifadəsi ilə mümkündür. Burdan da belə qənaətə gəlmək olar ki, digər versiya tam elektrikli deyil, hibrid versiyadır

“Geely Galaxy E5”in təqdim edilmiş tam elektrikli versiyası isə panoram tavana və minimalistik interyerə sahibdir. Elektromobilin sükanı qarşısında məlumat ekranı var. Krossoverin multimedia və digər sistemlərinin idarəsi ön hissədə mərkəzdə yerləşən böyük ölçülü sensorlu ekran vasitəsilə yerinə yetirilir. Bununla yanaşı, ön oturacaqlarda istilik, ventilyasiya və massaj sistemləri reallaşdırılıb. Audio sistem qismində isə 16 ədəd səsgücləndirici çıxış edir.

“Geely Galaxy E5” bu ilin ikinci rübündə ilk olaraq Çində, daha sonra qlobal bazarda satışa çıxacaq.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video