14 Sentyabr 2025 08:25
671
SİYASƏT
A- A+
Yeni dövrün prioriteti

Yeni dövrün prioriteti


Böyük qayıdışın birinci mərhələsi uğurla icra olunur


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qayıdış davam edir. Keçmiş məcburi köçkünlərin qayıdışı yeni dövrün prioritetidir və bu proses ölkənin sosial-iqtisadi inkişafında əldə edilən nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevrilib.

Milli Məclisin deputatı Nigar Məmmədova qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanın dövlət suverenliyinin tam bərpası əməliyyatının növbəti ildönümündə də keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıtmaqdadırlar. Ötən günlərdə Xocavənd və Xocalının kəndlərinə köç karvanı yola salındı. Həmçinin Ağdərə rayonunun Vəngli kəndinə də 29 ailə - 105 nəfər köçürülüb. "Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərə qayıdış, burada aparılan bərpa-quruculuq işləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqətindədir. Dövlət başçısı mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzurda yeni salınan yaşayış məntəqələrinə səfərlər edir, yaradılan şəraitlə yerində tanış olur, yurdlarına dönən soydaşlarımızla görüşürlər. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır",- deyə o əlavə edib.

Deputat qeyd edib ki, 30 ildən artıq məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız böyük qürur hissilə doğma yurdlarında məskunlaşırlar. İşğaldan azad olunmuş ərazilərin bərpası, ilk növbədə burada məskunlaşan soydaşlarımızın rifahını təmin etməyə yönəlib. Böyük qayıdış proqramı əsasında bütün azad olunmuş ərazilərdə yüksək standartlara malik bərpa-quruculuq işləri aparılır, soydaşlarımızın təhlükəsiz və firavan yaşayışı üçün hər cür şərait yaradılır.

 Prezident İlham Əliyev hər zaman vurğulayır ki, işğal dövründə təcavüzkara göstərilən hərtərəfli dəstəyin əsas məqsədi həm də azərbaycanlıların doğma yurdlarına qayıdışına mane olmaq idi. Lakin Azərbaycan öz gücü hesabına yeni reallıq yaratdı, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

N.Məmmədova bildirib ki, işğaldan azad olunmuş ərazilərin qısa müddətdə bərpası və yenidən qurulması əsl nümunə kimi qiymətləndirilməlidir: "Cəmi 8 aya - 2021-ci ilin oktyabrında Füzuli, bir il sonra isə Zəngilan Beynəlxalq Hava Limanı, bu ilin mayında isə Laçın Beynəlxalq Hava Limanı istifadəyə verildi. Beləliklə, azad olunmuş ərazilərdə 3 beynəlxalq hava limanının inşası, eyni zamanda müasir yol-nəqliyyat infrastrukturunun qurulması əhalinin təhlükəsiz, rahat və sürətli gediş-gəlişini təmin etməkdədir. Yeni nəqliyyat qovşaqları bölgənin tranzit potensialını gücləndirməklə yanaşı, turizm imkanlarının inkişafına, biznes mühitinin canlanmasına və yeni yaşayış məntəqələrinin dayanıqlı inkişafına geniş şərait yaradaraq əhalinin rifahına töhfə verməkdədir.

İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması, "ağıllı kənd" və yaşayış məhəllələrinin salınması, infrastruktur layihələrinin icrası, istehsal və digər iqtisadi obyektlərin yaradılması keçmiş məcburi köçkünlərin əzəli torpaqlarımızda layiqli yaşayışına hesablanıb".

Deputat xatırladıb ki, Böyük qayıdış proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min insan məskunlaşacaq. Bu proqramın uğurlu icrası ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaradıb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradıb. Bu isə Böyük Qayıdışa dair II Dövlət Proqramının da uğurla icrasını şərtləndirir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!