16 Yanvar 2026 08:10
343
İQTİSADİYYAT
A- A+
Yeni dövlət proqramı çərçivəsində su təsərrüfatı ilə bağlı problemlər həllini tapacaq

Yeni dövlət proqramı çərçivəsində su təsərrüfatı ilə bağlı problemlər həllini tapacaq


Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son illər ölkəmizdə böyük infrastruktur layihələri həyata keçirilib. Görülən işlər ölkəmizin inkişafına, xalqımızın rifahının yaxşılaşdırılmasına xidmət edir. Son 20 ildə qəbul edilən dövlət proqramları bütün regionlarımızı əhatə edib. Dövlət proqramlarının hamısı uğurla icra edilib. 

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bu barədə geniş bəhs olunub: "Prezident çıxışında Azərbaycanda enerji sahəsində həyata keçirilmiş böyük layihələr,  eləcə də Bakı və Abşeron yarımadası ilə yanaşı, bölgələrimizin su təchizatının yaxşılaşdırılması üçün görülən tədbirlər və 10 il ərzində həyata keçiriləcək genişmiqyaslı layihələr barədə məlumat verdi. Enerji təchizatı ilə bağlı ölkəmiz yeni mərhələyə qədəm qoyub. Vaxtilə Azərbaycan digər ölkələrdən elektrik enerjisi idxal edirdi. Məhz cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində enerji istehsalı sahəsində misli görünməmiş layihələr reallaşdırıldı. Azərbaycanda inşa edilmiş günəş və külək-elektrik stansiyalarının tikilib istifadəyə verilməsi nəticəsində generasiya gücümüz tələbatımızdan artıq oldu. Artıq neçə ildir ki, Azərbaycandan Avropa ölkələrinə ixrac edilən neft və qaz bu dövlətlərin enerji təhlükəsizliyinə böyük töhfələr verir. Yaxın vaxtlarda Azərbaycan bir sıra Avropa dövlətlərinə elektrik enerjisi də ixrac edəcək". 

Kamilə Əliyeva qeyd edib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanda içməli su və suvarma layihələrinin icra olunduğu və bu işlərin daha da genişləndiriləcəyi barədə də məlumat verib. Son 20 ildə ölkəmizdə 4 böyük su anbarı inşa edilib. "Taxtakörpü" və  "Şəmkirçay" su anbarlarının tikilməsi Bakının su təchizatındakı problemlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynayıb. Bakı və Abşeron yarımadasının içməli su ilə təchiz olunmasında "Ceyranbatan" su anbarı xüsusi əhəmiyyət kəsb edir. Bu su anbarı müasir təmizləyici qurğularla təchiz olunub. Ölkə rəhbərinin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə də içməli su və suvarma layihələri icra edilir: "Ölkəmizin ən böyük su anbarlarından olan "Sərsəng" və "Suqovuşan" su anbarları yenidən qurulub. Ermənilərin torpaqlarımızı işğalda saxladığı zaman bu su anbarlarından ölkəmizə qarşı silah kimi istifadə edilirdi. Qışda ermənilər su anbarlarının suyunu açıb buraxır, yayda isə qarşısını kəsirdilər. "Sərsəng" və "Suqovuşan" su anbarları ilə yanaşı, Füzuli rayonunda "Köndələnçay", Ağdam rayonunda "Xaçınçay" su anbarları da yenidən istifadəyə verilib". 

Ekspert Prezident İlham Əliyevin Bakı şəhəri və qəsəbələrində, Abşeron və Sumqayıt şəhərində içməli su təchizatı ilə bağlı görüləcək işlər barədə məlumat və müvafiq qurumlara tapşırıqlar verdiyini də xatırladıb. Qeyd edib ki, görülən işlər, həyata keçirilən bir çox layihənin icrası  nəticəsində Bakı və Abşeron yarımadasında su problemi öz  həllini tapmaqdadır. Lakin dövlət başçımızın da vurğuladığı kimi, bəzi problemlər hələ də qalır. "Dövlət proqramı bu problemlərin tamamilə həll olunması üçün hazırlanıb. On il müddətində icra olunması nəzərdə tutulan bu proqram icra edildikdən sonra vətəndaşlarımızın 95 faizi içməli su ilə təmin olunacaq. Bundan başqa, 30-a yaxın yeni su anbarının tikilməsi nəzərdə tutulub və sayğaclaşdırma 100 faizə çatdırılacaq", - deyə o əlavə edib. 

Kamilə Əliyeva bildirib ki, yağış sularının idarə olunması üçün də Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin quraşdırılması nəzərdə tutulub: "Son zamanlar güclü yağışlar zamanı Bakıda nəqliyyat iflic vəziyyətə düşür və bir sıra xoşagəlməz hadisələr yaşanır. Yeni kollektorların inşası Bakı şəhərində bu problemi tamamilə aradan qaldıracaq. Xəzər dənizinin çirkləndirilməsinin qarşısının alınması istiqamətində də tədbirlər həyata keçiriləcək. Hövsanla yanaşı bir neçə qəsəbədə inşa ediləcək sutəmizləyici qurğuların modelləşdirilməsi nəticəsində dənizə təmizlənmiş su axıdılacaq". 

Ekspert vurğulayıb ki, dövlət proqramının ən önəmli hissələrindən biri ölkəmizdə duzsuzlaşdırma zavodunun inşa edilməsi layihəsidir. Xəzər dənizinin suyu duzsuzlaşdırıldıqdan sonra içməli su halına gətiriləcək. Bu zavodun tikilməsində dünyanın ən müasir texnoloji avadanlıqlarından istifadə ediləcək və əhalimiz keyfiyyətli, təmiz su ilə təmin olunacaq. Qeyd olunan dövlət proqramının qəbulu və həyata keçiriləcək işlər ondan xəbər verir ki, dövlət tərəfindən hər zaman vətəndaşın problemsiz, firavan həyat yaşaması üçün bütün lazımi tədbirlər görülür.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi tərəfdaşlığın inkişafı istiqamətində müzakirələr aparılıb  

19:54
17 Fevral

İordaniya mediasında Bakının turizm imkanları və şəhərsalma ənənələri barədə məlumatlar yayımlanıb  

19:07
17 Fevral

Kənd təsərrüfatı nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

19:01
17 Fevral

“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir  

18:46
17 Fevral

Azərbaycanla Mərakeş arasında elm və ali təhsil sahəsində əməkdaşlıq sazişi imzalanıb  

18:23
17 Fevral

“Qarabağ”ın sabiq baş məşqçisi: “Nyukasl”ın təzyiqindən çıxmaq üçün sürətli keçidlər vacibdir  

18:09
17 Fevral

Ruben Vardanyana hökm oxunub  

17:49
17 Fevral

Azərbaycanla BƏƏ arasında aqrar sahədə əməkdaşlığı genişləndirmək üçün birgə işçi qrupu yaradılacaq  

17:47
17 Fevral

Nazirlik: Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır  

17:41
17 Fevral

Qurban Qurbanov: "Nyukasl"ın bizə uyğun olmayan oyun üslubu var  

17:36
17 Fevral

"Qarabağ"ın futbolçusu: Bizi sabah tarixi və vacib oyun gözləyir  

17:32
17 Fevral

Son günlər Sudanda PUA hücumları 50-dən çox insanın ölümünə səbəb olub  

17:21
17 Fevral

Magistraturaya qəbul imtahanının nəticələri elan olunub  

17:13
17 Fevral

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənir  

16:29
17 Fevral

Bir sıra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:24
17 Fevral

QMİ-nin sədr müavini: Ramazan orucunu sağlam insanlar tutmalıdır 

16:17
17 Fevral

Hillari Klinton: Endryu Konqres qarşısında ifadə verməlidir

16:12
17 Fevral

Qırğızıstanda prezident seçkiləri 2027-ci ildə keçiriləcək

15:58
17 Fevral

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

15:52
17 Fevral

Polşalı geofizik: Buzlaqların ərimə sürəti təkcə alimləri deyil, hər kəsi narahat etməlidir  

15:41
17 Fevral

Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması ilə əlaqədar iclas keçirilib  

15:26
17 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!