10 Sentyabr 2025 18:56
551
SİYASƏT
A- A+
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir  

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir  


Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.

Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 10-da nümayəndə heyətinin ÇKP Muzeyinə ziyarəti təşkil olunub. Muzeylə tanışlıq zamanı Çinin və ÇKP-nin tarixi haqqında ətraflı məlumat verilib, ölkənin və partiyanın tarixini əks etdirən müxtəlif eksponatlar, qiymətli və nadir kolleksiya nümunələri, stendlərə baxış keçirilib.

Daha sonra nümayəndə heyətinin ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Sun Haiyan ilə görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin aprel ayında Çin Xalq Respublikasına dövlət səfəri və sentyabrın 1-də Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə, sentyabrın 3-də isə yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirakının dövlətlərarası münasibətlərin inkişafı baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

Sun Haiyan hərtərəfli strateji tərəfdaşlığa malik iki ölkə arasında dostluq münasibətlərinin daha da gücləndiyini, müxtəlif sahələrdə, o cümlədən Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin dərinləşdiyini diqqətə çatdırıb. O, Asiya və Avropa arasında mühüm körpü rolunu oynayan Azərbaycanın Çinin Cənubi Qafqazda çox mühüm tərəfdaşı olduğunu bildirib.

İki ölkənin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlıq imkanlarının önəminə diqqəti cəlb edən Sun Haiyan elm, təhsil, mədəniyyət və digər sahələrdə işbirliyinin əhəmiyyətini də vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədov bildirib ki, iki dost ölkə arasında münasibətlərin dinamik inkişafı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin siyasi iradəsi ilə bağlıdır. O, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əlaqələrin hər iki ölkənin milli maraqlarına cavab verdiyini vurğulayıb.

Hikmət Məmmədov Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsində iki ölkənin hakim partiyaları arasında əlaqələrin mühüm rol oynadığını bildirərək 2024-cü ilin noyabr ayında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfəri zamanı ÇKP ilə əməkdaşlıq memorandumunun imzalanmasının önəminə diqqəti cəlb edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!