14 Noyabr 2024 08:55
115
İQTİSADİYYAT
A- A+
"Yaşıl enerji" layihələri bölgələrimizə də "addımlayır"

"Yaşıl enerji" layihələri bölgələrimizə də "addımlayır"


COP29 çərçivəsində 4 il əvvəl işğaldan azad olunmuş Cəbrayıl rayonunda "Şəfəq" Günəş-Elektrik Stansiyasının təməli qoyuldu


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gedişi bir çox olayları, yenilikləri ilə də ürəkaçandır.

Bunlardan biri COP29 çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə "Şəfəq" Günəş-Elektrik Stansiyasının təməlinin qoyulmasıdır. Bu stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir.

Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsi qələbəmizlə başa çatandan az sonra Prezident İlham Əliyev işğaldan  azad olunmuş əraziləri "yaşıl enerji" zonası elan etdi.  Daha sonra Naxçıvan Muxtar Respublikasının  da  "yaşıl enerji"  zonasına çevrilməsi  qarşıya məqsəd qoyuldu. İndi bərpaolunan enerji layihələri artıq digər bölgələrimizə də "addımlayır". COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında dövlətimizin başçısı Azərbaycanın "yaşıl gündəliyi" haqqında  da məlumat verərək dedi: "Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin "Masdar" şirkəti bir regionumuzda 230 meqavatlıq günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının "Acwa Power" şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində Birləşmiş Krallığın BP şirkəti ilə 240 meqavatlıq günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcəkdir. Biz 2030-cu ilə qədər təxminən altı giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb".

Qeyd edək ki, elə indi də Naxçıvan MR-də istehsal olunan elektrik enerjisinin xeyli hissəsi alternativ və bərpaolunan enerji mənbələrindən yaranır. Muxtar respublikanın özünün "yaşıl enerji" mənbələri potensialı ilə enerjinin bu növünün ixracatçısına çevrilməsi də hədəflənib. 

Külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin yaradılması və onun ən azı 1000 MVt-nın ixrac edilməsi planları çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq Naxçıvanı "yaşıl enerji"nin istehsalçısı, ixracatçısı mənbəyinə və tranzit məkanına çevirəcək. Keçən il Bakı Enerji Həftəsinin Naxçıvanda keçirilən xüsusi sessiyasının gedişində Azərbaycanın Energetika Nazirliyi və "Total Energies" şirkəti arasında "250 MVt gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt gücündə günəş-elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu", eyni zamanda adıçəkilən nazirliklə "Nobel Energy Management" MMC arasında "Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş-elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalandı. Naxçıvanın "yaşıl enerji" potensialının müzakirə olunduğu həmin sessiyada bir sıra ölkələrin nümayəndələri də iştirak edirdi ki, bu da sözügedən istiqamətdə yeni addımların atılmasına zəmanət verir.

Bu il isə Bakıda Energetika Nazirliyi və "Azərenerji" ASC ilə  "Masdar" şirkəti arasında 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş-elektrik stansiyaları və 240 MVt gücündə Abşeron-Qaradağ külək-elektrik stansiyası layihələri üzrə "İnvestisiya müqaviləsinə Əlavə", "Enerji alqı-satqı müqaviləsi", "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi" və "Torpaq icarə müqaviləsi" imzalandı.

İyunun 4-də "Bakı-Ekspo" Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" sərgilərinin açılışı zamanı Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və yüksək texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir Neftçala, Biləsuvar günəş-elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək- Elektrik Stansiyasının təməlini qoydular.

Qarabağda və Şərqi Zəngəzurda  geniş vüsət alan bərpa-quruculuq işlərində də "yaşıl enerji" layihələrinə xüsusi önəm verilir. Qələbədən sonra görülən işlər deməyə imkan verir ki, bu sahədə də qarşıya qoyulan vəzifələr uğurla yerinə yetiriləcək. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda indiyədək ümumi gücü 270 MVt olan 32 su-elektrik stansiyası istismara verilib və 492 milyon kilovat-saat sıfır emissiyalı elektrik enerjisi istehsal edilib. Bununla da 110 milyon kubmetr təbii qaza qənaət olunub, 200 min ton karbon emissiyasının atmosferə atılmasının qarşısı alınıb.

"Şəfəq"in təməlinin qoyulması isə bu istiqamətdə işlərin daha geniş miqyas alması deməkdir. Layihə 2021-ci il iyunun 3-də Energetika Nazirliyi ilə BP arasında imzalanmış İcra Müqaviləsi əsasında həyata keçirilir. Təməlqoyma mərasimində layihə üzrə "Azərbaycan Respublikası Hökuməti ilə "Şəfəq (Cəbrayıl) Solar Limited" şirkəti arasında İnvestisiya Müqaviləsi və "Azərbaycan Respublikası Energetika Nazirliyi ilə "Şəfəq (Cəbrayıl) Solar Limited" şirkəti arasında Torpaq İcarəsi Müqaviləsi" imzalanıb.

Sonra isə simvolik olaraq stansiyanın ilk günəş paneli imzalanıb. İmzalama prosesinə SOCAR və Azərbaycan İnvestisiya Şirkəti də qoşulub. "Şəfəq" GES-də illik təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir. Bununla da ildə 120-150 milyon kubmetr təbii qaza qənaət ediləcək, 260-330 min ton karbon emissiyası azaldılacaq.

Virtual Enerji Ötürülməsi Mexanizmi (VPTA) çərçivəsində stansiyada istehsal olunan enerji Cəbrayılda mövcud elektrik şəbəkəsinə ötürüləcək və eyni miqdarda enerji Səngəçal terminalına veriləcək. Nəticədə terminalın enerji ehtiyaclarını qarşılamaq üçün bərpaolunan enerjidən istifadə ediləcək və bu, BP-nin Xəzər regionunda əməliyyat tullantılarının azaldılmasına dəstək olacaq. Beləliklə, layihənin icrası həm milli iqtisadiyyata, həm də konsorsium üzvlərinin, o cümlədən SOCAR-ın dekarbonizasiya səylərinə mühüm töhfə verəcək.

"Şəfəq" Günəş-Elektrik Stansiyasının səhmdarları BP, SOCAR və Azərbaycan İnvestisiya Şirkətidir. Layihəyə təxminən 200 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında həmçinin ixrac bazarlarına diqqət yetirildiyini də vürğulayıb: "Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, bizə Avropaya "yaşıl enerji"ni ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır".


Flora SADIQLI,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Abdikərimov: Orta Dəhlizin regional və beynəlxalq səviyyədə əhəmiyyəti böyükdür  

11:22
14 Noyabr

COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub

11:17
14 Noyabr

Azərbaycanın idman gimnastları Daşkənddə bürünc medal qazanıblar  

11:12
14 Noyabr

Prezident İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK  

11:07
14 Noyabr

İsveçin iqlim fondlarına töhfəsi tənqidlə qarşılanıb  

11:02
14 Noyabr

Mərkəzi Bankın sədri: Biz yaşıl maliyyə üçün funksional ekosistem hazırlayacağıq  

10:57
14 Noyabr

ICESCO-nun Baş direktoru: Karbon emissiyalarını azaltmaq, ilk növbədə, ətraf mühit üçün vacibdir  

10:52
14 Noyabr

Nabrandan payız ətirli 

10:47
14 Noyabr

Dünya birjalarında neft ucuzlaşıb  

10:42
14 Noyabr

Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib  

10:37
14 Noyabr

Azərbaycan neftinin bahalaşması davam edir  

10:32
14 Noyabr

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK  

10:27
14 Noyabr

AZPROMO-nun rəhbəri: Məqsədimiz qlobal keçidi sürətləndirməklə maliyyənin vacib rolunu gücləndirməkdir  

10:22
14 Noyabr

Prezident İlham Əliyev Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri ilə görüşüb YENİLƏNƏCƏK  

10:17
14 Noyabr

“ASAN xidmət” hamı üçün təhlükəsiz mühit təmin etmək məqsədilə yaşıl enerji ambisiyaları ilə nümunə olur  

10:12
14 Noyabr

Bakıda “ASAN xidmət”in təşkilatçılığı ilə “Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu” keçirilir  

10:07
14 Noyabr

COP29 çərçivəsində biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb  

10:02
14 Noyabr

Metyu Brayza: COP29 Azərbaycan tarixində böyük hadisədir  

09:57
14 Noyabr

Malayziya Enerji Komissiyasının baş icraçı direktoru: COP platformasını yüksək qiymətləndiririk  

09:52
14 Noyabr

İtaliyanın Valtellina vadisində 280 milyon illik fosil ekosistemi tapılıb  

09:47
14 Noyabr

Görmə zəifliyinin müalicəsində istifadə edilən süni kök hüceyrələr uğurlu nəticələr verib  

09:42
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!