14 Noyabr 2024 09:05
115
İQTİSADİYYAT
A- A+
İqlim dəyişikliyi ilə mübarizədə yeni mərhələ və iqtisadi gözləntilər

İqlim dəyişikliyi ilə mübarizədə yeni mərhələ və iqtisadi gözləntilər


"Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yekdil qərarla ölkəmizin ev sahibi seçilməsi Azərbaycana qarşı dünya ölkələrinin böyük etimad və hörmətinin bariz nümunəsidir. 

Prezident İlham Əliyev COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı səsvermənin nəticələrini yüksək qiymətləndirərək bildirmişdi ki, COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən "yaşıl enerji" sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik"

Bu sözləri "Azərbaycan" qəzetinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Aygün Əhmədova deyib. O bildirib ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ev sahibi olan ölkənin üzərinə böyük məsuliyyət qoyur. İrihəcmli və mükəmməl hazırlıq tələb edən tədbirlərdə yüksək təcrübəsi olan Azərbaycan üçün COP29 bu vaxta qədər keçirilmiş Beynəlxalq Astronavtika Konqresi, Avropa Oyunları, "Formula-1" - Azərbaycan Qran-prisi kimi tədbirlərin ən böyüyüdür. Ölkəmiz iştirakçı sayı ilə müqayisəyə gəlməyəcək dərəcədə əvvəlki tədbirlərdən fərqlənən COP29-da iki həftə ərzində xarici qonaqlara evsahibliyi edəcək. 70 mindən çox xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.

A.Əhmədova qeyd edib ki, tədbirə hazırlıq prosesi yalnız ölkəyə gələcək qonaqların qarşılanması, yerləşdirilməsi, xidmətin təmin olunması kimi məsələləri əhatə etməmişdi: "Bu hazırlıq, ilk öncə Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələrinin artırılması və ekoloji siyasət sahəsindəki fəaliyyətlərini gücləndirməyi nəzərdə tutur. "Yaşıl enerji" növlərindən istifadənin genişləndirilməsi və dünya bazarına nəqli ölkəmizin enerji siyasətində prioritet kimi müəyyən edilib. 2 fevral 2021-ci ildə təsdiq edilən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritlər"dən biri də, məhz "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" kimi müəyyən olunub. Bu isə bir daha Azərbaycanın davamlı iqtisadi inkişaf hədəflərinə uyğunlaşmasını və iqlim dəyişikliyi ilə mübarizədə qlobal öhdəliklərə sadiqliyini nümayiş etdirir. Bu prioritet daxilində strateji dövrdə yüksəkkeyfiyyətli ekoloji mühit və "yaşıl enerji" məkanının formalaşdırılması məqsədlərinin effektiv reallaşdırılmasına nail olunması qarşıya hədəf olaraq qoyulub. Prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bu qəbildən aparılan işlər çərçivəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub". 

Mütəxəssis qeyd edib ki, seçilən prioritet və çağırışlar qismində Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli sərəncamı ilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması da ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməklə böyük iradə nümayiş etdirdiyini göstərir. Daha öncə isə Prezident İlham Əliyevin 2010-cu ili ölkəmizdə "Ekologiya ili" elan etməsi ekoloji problemlərin həllinə böyük diqqət və həssaslıqla yanaşmağın uzun sürən bir dövlət siyasəti kimi davam etdiyini və bu istiqamətdə strateji prioritetlərin təməlində dayandığını göstərir. 

Ölkədə bərpaolunan enerjiyə artan diqqətin və Azərbaycanın elan etdiyi enerji keçidi hədəfi - "yaşıl enerji"nin 2030-cu ildə payının 30 faizə çatdırılması öhdəliyi dünyanın ən nüfuzlu enerji şirkətləri olan "Masdar", "ACWA Power", "BP", "Fortescue Future Industries", "China Gezhouba Group","Total Energies", "Nobel Energy", "Czech Engineering", "Baltech" və digərlərini bərpaolunan enerji layihələrində əməkdaşlığa sövq edib.  

A.Əhmədova bildirib ki, COP tədbirləri ev sahibi ölkələrə həm iqtisadi, həm də sosial sahədə müxtəlif imkanlar və gəlirlər gətirir. Bu, qısamüddətli iqtisadi gəlirlər uzunmüddətli dövr üçün ekoloji və iqtisadi inkişaf üçün bazis rolunu oynayır. "COP tədbirləri ümumilikdə ev sahibi ölkələrinin iqtisadiyyatına bir sıra müsbət təsirlərini göstərib. Bu təsirlər əsasən ekoloji layihələrə investisiyaların artırılması, turizm və xidmət sektorlarının genişlənməsi, eləcə də "yaşıl iqtisadiyyat"a keçid üçün yeni imkanların yaradılması ilə əlaqədar olub. Həmçinin ölkələrin infrastrukturuna yerli və xarici investorların yatırımlarının artmasına səbəb olur. Bu tədbirlər üçün lazımi səviyyədə infrastrukturun təmin edilməsi məqsədilə hotel, konfrans mərkəzləri, nəqliyyat şəbəkəsi və digər xidmətlər inkişaf etdirilir. Bu yenidənqurma layihələri təkcə tədbir dövrü üçün deyil, həm də uzunmüddətli perspektivdə iqtisadi inkişaf, ölkəyə turizm və investorların axını baxımından böyük töhfə verə, yeni imkanlar və dayanıqlı iqtisadi artım üçün stimul yarada bilər. COP tədbirləri texnologiya və bilik mübadiləsinə səbəb olur. Bu, ev sahibi ölkənin iqtisadiyyatına texnologiya transferi və innovativ layihələrin daxil olması üçün yeni imkanlar yaradır. Xüsusilə, inkişaf etməkdə olan ölkələr üçün bu, ekoloji cəhətdən davamlı texnologiyaların gətirilməsi və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin gücləndirilməsi baxımından əhəmiyyətlidir", - deyə o əlavə edib.

Mütəxəssis bildirib ki, COP tədbirləri çərçivəsində ölkələr iqlim dəyişikliyi ilə mübarizə üçün təmiz enerji, "yaşıl texnologiya"lar və dayanıqlı layihələrə investisiya yatırmağa təşviq olunur. Bu, enerji sektorunda "yaşıl keçid"i dəstəkləyərək yeni iş yerlərinin açılmasına şərait yaradır. Xüsusilə, külək və günəş enerjisi kimi bərpaolunan enerji sektorlarının genişlənməsi üçün iş imkanlarını artırır. Azərbaycanın COP29-a evsahibliyi etməsi, ölkənin iqlim dəyişikliyi ilə mübarizə səylərini beynəlxalq səviyyədə tanıtmaq və regionda lider rolunu gücləndirmək baxımından böyük əhəmiyyət kəsb edir. Bu, həm də Azərbaycanı iqlim dəyişikliyi mövzusunda beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal tədbirlərdə daha fəal iştirak üçün bir platforma ilə təmin edəcək.

A.Əhmədova qeyd edib ki, hazırlıq dövründə ictimai iaşə obyektlərində aparılmış dayanıqlılıq standartlarına uyğunluğuna dair bir sıra yoxlamalar əsasında xüsusi nişanların təqdim olunması, otellərin kadr ehtiyatının müvafiq təlimlərə cəlb olunması, çoxsaylı qonaqların nəqliyyat seçimi ilə bağlı rahatlığını təmin etmək məqsədilə avtomobillərin icarəsi xidmətlərinə, eyni zamanda sürücü xidmətinə tələblər, logistika, ölkədaxili turizm paketlərinin formalaşması və s.  kimi fəaliyyətlər həm ölkəyə gələn tədbir iştirakçılarına, həm də ölkə əhalisinə yüksəkkeyfiyyətli xidmətin təmin olunmasında mühüm rol oynayır. Formalaşan beynəlxalq rəqabətqabiliyyətli xidmət sektoru uzunmüddətli dövr üçün ölkəmizin gələcək turizm potensialının artımına müsbət təsiri olacaq, iqtisadi dayanıqlılıq üçün yeni perspektivlər yaradacaq və qlobal bazarda rəqabət gücünü daha da artıracaq.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Abdikərimov: Orta Dəhlizin regional və beynəlxalq səviyyədə əhəmiyyəti böyükdür  

11:22
14 Noyabr

COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub

11:17
14 Noyabr

Azərbaycanın idman gimnastları Daşkənddə bürünc medal qazanıblar  

11:12
14 Noyabr

Prezident İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK  

11:07
14 Noyabr

İsveçin iqlim fondlarına töhfəsi tənqidlə qarşılanıb  

11:02
14 Noyabr

Mərkəzi Bankın sədri: Biz yaşıl maliyyə üçün funksional ekosistem hazırlayacağıq  

10:57
14 Noyabr

ICESCO-nun Baş direktoru: Karbon emissiyalarını azaltmaq, ilk növbədə, ətraf mühit üçün vacibdir  

10:52
14 Noyabr

Nabrandan payız ətirli 

10:47
14 Noyabr

Dünya birjalarında neft ucuzlaşıb  

10:42
14 Noyabr

Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib  

10:37
14 Noyabr

Azərbaycan neftinin bahalaşması davam edir  

10:32
14 Noyabr

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK  

10:27
14 Noyabr

AZPROMO-nun rəhbəri: Məqsədimiz qlobal keçidi sürətləndirməklə maliyyənin vacib rolunu gücləndirməkdir  

10:22
14 Noyabr

Prezident İlham Əliyev Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri ilə görüşüb YENİLƏNƏCƏK  

10:17
14 Noyabr

“ASAN xidmət” hamı üçün təhlükəsiz mühit təmin etmək məqsədilə yaşıl enerji ambisiyaları ilə nümunə olur  

10:12
14 Noyabr

Bakıda “ASAN xidmət”in təşkilatçılığı ilə “Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu” keçirilir  

10:07
14 Noyabr

COP29 çərçivəsində biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb  

10:02
14 Noyabr

Metyu Brayza: COP29 Azərbaycan tarixində böyük hadisədir  

09:57
14 Noyabr

Malayziya Enerji Komissiyasının baş icraçı direktoru: COP platformasını yüksək qiymətləndiririk  

09:52
14 Noyabr

İtaliyanın Valtellina vadisində 280 milyon illik fosil ekosistemi tapılıb  

09:47
14 Noyabr

Görmə zəifliyinin müalicəsində istifadə edilən süni kök hüceyrələr uğurlu nəticələr verib  

09:42
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!