14 Noyabr 2024 09:20
155
İQTİSADİYYAT
A- A+
Tullantılara "ikinci həyat"

Tullantılara "ikinci həyat"


Dünyada əhalinin sayı sürətlə artmaqdadır. Bu da resursların azalmasına, tullantıların artmasına səbəb olur. Hazırda planetdə 2 milyard tondan artıq bərk məişət tullantıları formalaşıb. Tullantıların 35 faizi dünya əhalisinin, təxminən 16 faizinin yaşadığı inkişaf etmiş və gəlirləri yüksək olan ölkələrin payına düşür. 2050-ci ilə qədər bu rəqəmin 40-45 faizə qədər yüksələcəyi gözlənilir.


2030-cu ilə qədər elektron tullantıların miqdarı  82 milyon tona çatacaq


Yeni texnoloji modellərin sürətli inkişafı və onların daim yenilənməsi nəticəsində hər il milyardlarla ton elektron tullantıları yaranır. Bu tullantıların ümumi miqdarının 2030-cu ilə qədər 30 faiz artaraq 82 milyon tona çatacağı gözlənilir. Tədqiqatçılar bu problemin öhdəsindən gəlməyin əsas yollarından biri kimi təkrar emalı tövsiyə edirlər.

Bu gün insanların sosial və iqtisadi fəaliyyəti nəticəsində istifadə müddətini doldurmuş və təbiətə zərər verən tullantıların idarə edilməsi, toplanması, təkrar emalı və utilizasiyası qlobal xarakter alıb. Tullantıların təkrar emalı və yenidən istehlak prosesinə daxil edilməsinin əsas məqsədi iqlim dəyişikliyinin, təbii ehtiyatların azalmasının və ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Ekoloqlar da bildirirlər ki, təkrar emalın sıfırdan istehsaldan əsas fərqi sənaye proseslərinin sayının xeyli az olmasıdır. Bu da öz növbəsində böyük miqdarda enerji qənaətinə şərait yaradır.


COP29-da Həmrəylik Mərkəzi


Ekoloji problemlər, ətraf mühitin qorunması məsələsi dövlətimizin əsas prioritet məsələlərindəndir. Hazırda dünyanın qlobal tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP)  Azərbaycanın evsahibliyi etməsi də bunun əyani sübutudur.

Bir müddət öncə COP29 Könüllüləri "Təkrar emal fəalları" adlı təmizlik aksiyası da keçirmişdilər. Ekoloji aksiya çərçivəsində könüllülər Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən parkda istirahət edən sakinlərlə ictimai təmizliyə riayət olunması və şəhər parklarının ekoloji durumunun sağlamlaşdırılmasının əhəmiyyəti barədə maarifləndirici söhbət aparmışdılar. Toplanan 230 kilodan çox həcmdə müxtəlif növ bərk məişət tullantıları könüllülər tərəfindən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna növbəti təkrar emal üçün təhvil verilmişdi. Bu təşəbbüs COP29 könüllüləri tərəfindən iqlim dəyişmələri problemləri və onların həlli yolları, həmçinin bu istiqamətdə kollektiv və birgə fəaliyyətin rolu haqqında ictimaiyyətin məlumatlılığının artırılmasına yönəlmiş davamlı fəaliyyətin bir hissəsi idi.

Hazırda COP29 tədbirinin keçirildiyi ərazidə ümumilikdə 155 pavilyon fəaliyyət göstərir. Pavilyonlarda innovasiyalar, iqlim dəyişmələri ilə mübarizə üzrə potensial həll variantlarının təqdim edilməsinə dair müzakirələr, panellər keçirilir və sərgilər təşkil olunur. Bu pavilyonlardan biri də COP29-un "yaşıl zona"sında yerləşən Heydər Əliyev Fondu və Sıfır Atık Fondunun birgə yaratdıqları COP29-da Həmrəylik Mərkəzidir. Azərbaycan və Türkiyənin iki fondu qlobal tədbir zamanı davamlılıq və sosial inkişaf naminə səylərini birləşdirib.

COP29-dakı birgə layihə hər iki fondun ətraf mühit və sosial məsuliyyət sahələrində fəaliyyətlərini önə çəkir. Heydər Əliyev Fondunun təhsil, səhiyyə, sosial və mədəniyyət layihələri ilə yanaşı, ətraf mühitin qorunması üzrə təşəbbüsləri də öz səmərəsi ilə cəmiyyətdə rəğbətlə qarşılanır. Pavilyon çərçivəsində təhsil, səhiyyə və sosial sahələrdəki layihələrlə bağlı interaktiv zona yaradılıb. Sıfır Atık Fondu da resurs səmərəliliyi, tullantıların idarə olunması və təkrar emal sahəsindəki layihələrini, ətraf mühitin qorunması üzrə maarifləndirmə istiqamətindəki proqramlarını və innovativ həllərini təqdim edir.


Qida tullantıları yenidən emal olunacaq


COP29 konfransının formatına uyğun olaraq burada istifadə olunan qida tullantıları yenidən emal olunacaq. Bunun üçün ərazidə 1200-dən çox əməkdaş çalışır. Bunu COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Departamentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, buraya ümumi, qablaşdırma, şüşə və digər tullantılar çeşidlənərək, emal olunaraq aidiyyəti qurumlara təhvil veriləcək. Xüsusi avadanlıqlar vasitəsilə qida tullantılardan alınan gübrələri Bakı Abadlıq Xidmətinə göndəriləcək.

Dünyanın ən irimiqyaslı tədbirlərindən biri olan COP29 tullantıların təkrar emalı, çirklənmiş ərazilərin bərpası, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə sahəsinə öz töhfəsini verəcək.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29-da rəqəmsallaşma və nəqliyyatla bağlı tədbirlər planı açıqlanıb  

13:18
14 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşüb YENİLƏNƏCƏK  

13:06
14 Noyabr

Prezident İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb YENİLƏNİB  

13:04
14 Noyabr

Bolqarıstanın birinci xanımı Şamaxıya səfər edib  

13:00
14 Noyabr

Sabah hava əsasən yağmursuz olacaq  

12:55
14 Noyabr

Yalçın Rəfiyev: İqlim maliyyəsi qlobal enerji keçidinin, az karbon emissiyalı və iqlimədavamlı gələcəyi təmin etmək üçün olduqca zəruridir  

12:51
14 Noyabr

Yeni Dehlidə tüstü səbəbindən 200-dən çox aviareys təxirə salınıb  

12:45
14 Noyabr

Prezident İlham Əliyev Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri ilə görüşüb YENİLƏNİB  

12:40
14 Noyabr

Palau Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana gəlib  

12:33
14 Noyabr

Bakıda “Ambisiyaların artırılması: Avropa və Mərkəzi Asiyada enerji və su sistemlərinin transformasiyası” mövzusunda tədbir keçirilib  

12:28
14 Noyabr

Boris Titov: COP29 qlobal istiləşmə ilə mübarizə üzrə yeni iqtisadi ittifaqların əsasını qoymaq şansı verir  

12:24
14 Noyabr

COP29 çərçivəsində “Daha yaxşı pambıq” mövzusunda panel müzakirələr keçirilib  

12:16
14 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb YENİLƏNƏCƏK  

12:12
14 Noyabr

BVF: İqlim dəyişikliyi iqtisadi və maliyyə sabitliyi üçün böyük riskə çevrilib  

12:03
14 Noyabr

Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək  

11:58
14 Noyabr

Avropaya qaz ixracının artım tempinə görə lider ölkələrin adları açıqlanıb  

11:54
14 Noyabr

Manjeev Sinq Puri: Uzun illərdir ki, COP-larda oluram, COP29 digərlərindən yüksəksəviyyəli təşkilatçılığı ilə fərqlənir  

11:42
14 Noyabr

Dövlət Agentliyinin sədri: "ASAN xidmət" modeli BMT xətti ilə 4 qitəyə ixrac olunacaq  

11:37
14 Noyabr

Azərbaycanın iki rəqəmsal sosial layihəsi Avstraliyada mükafata layiq görülüb  

11:32
14 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK  

11:27
14 Noyabr

Heydər Abdikərimov: Orta Dəhlizin regional və beynəlxalq səviyyədə əhəmiyyəti böyükdür  

11:22
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!