08 Yanvar 2026 08:45
399
İQTİSADİYYAT
A- A+
Yaponiya da Orta dəhlizə maraq göstərir

Yaponiya da Orta dəhlizə maraq göstərir


Bu, dolayısı ilə Azərbaycanın logistik imkanlarına olan inam deməkdir 


Son illər dünya siyasətində böyük dəyişikliklər baş verir. Əvvəllər dövlətlərarası münasibətlərdə siyasi və hərbi əlaqələr ön planda idisə, indi mənzərə fərqlidir - dövlətlərin bir-biriləri ilə münasibətlərində iqtisadi maraqlar önə çıxıb.

Bu gün hamı anlayır ki, toxunulmaz olmağın yeganə yolu iqtisadi gücdən keçir. Bu yoxdursa, nə hərbi güc var, nə də siyasi nüfuz. O üzdən qlobal səviyyədə baş verən geosiyasi proseslərdə iqtisadi amil önə çıxıb. Amerika ilə Çin arasında olan gərginliyin yeganə səbəbi ikincinin son illər iqtisadi cəhətdən güclənməsidir. Okeanın o tayında bunu ABŞ-nin milli maraqlarına təhdid kimi görürlər.

Ən önəmli amillərdən biri də dünya iqtisadiyyatında baş verən proseslərdir. Qabaqcıl texnika və texnologiyaların tətbiqi, süni intellektdən istifadə istehsalın  dəfələrlə yüksəlməsinə səbəb olub. Məsələn, dünyanın nəhəng avtomobil istehsalçıları olan Almaniya, ABŞ, Yaponiya, Koreya bu gün Çin avtomobil istehsalı qarşısında az qala çıxılmaz vəziyyətə düşüblər. Özü də Çin tək deyil. İnkişaf etməkdə olan ölkələrin bir çoxu elmin son nailiyyətlərindən yararlanıb dünya bazarına rəqabətədavamlı ucuz məhsullar çıxarırlar.

Məhsul istehsalında yaranan bu vəziyyət digər bir sahədə də sürətin artırılmasını tələb edir. O, qlobal bazarlara çıxışı təmin edən ticarət marşrutlarıdır. Odur ki, beynəlxalq nəqliyyat marşrutlarına olan maraq indi kəskin şəkildə artıb. İstehsal olunan məhsul qısa zamanda alıcıya çatdırılmasa, istehsal ləngiyər və nəticədə iqtisadi artım zəifləyər.

Belə vəziyyət yeni siyasi və iqtisadi rəqabət meydanı yaradıb. Bu rəqabət xüsusən ABŞ ilə Çin arasında daha açıq formada baş verir. Çin ona qarşı yaradılan maneələri dəf etmək üçün özünün "Bir kəmər, bir yol" layihəsini həyata keçirir. Bəzi açıqlamalara görə, bu məqsədlə Çin dünyada yol və liman infrastrukturunu qurmaq üçün bir trilyon dollara yaxın vəsait xərclıyib.

Çinin bu layihəsinin ən önəımli marşrutu Orta dəhlizdir. Bu dəhlizdə isə Azərbaycan açar ölkə statusundadır. O səbəbdən Çinlə Azərbaycan arasında marşrutun yükaşırma imkanlarını artırmaq üçün ciddi işlər görülür. Düzdür, bu marşrutla başqa ölkələr də yük göndərir, ancaq aşırılan yüklərin mütləq çoxluğu Çinə məxsusdur. Prezident İlham Əliyev bununla bağlı yerli televiziya kanallarına verdiyi müsahibəsində demişdir: "Nəqliyyat sektorunda artıq bəhs etdiyim fəal əməkdaşlıq fonunda yükdaşımaların əsas artım mənbəyi təbii ki, Çin olacaq. Çin Xalq Respublikası hazırda Xəzər dənizinə dəmir yolunun, Qırğızıstan və Özbəkistan vasitəsilə daha bir dəmir yolunun tikintisini maliyyələşdirir, milyardlarla dollar sərmayə qoyur. Orada relyef çox mürəkkəbdir və çoxsaylı tunellər və körpülər tikilməlidir. Bu fakt onu göstərir ki, onlar bu layihəni maliyyələşdirmək qərarına gəldikləri üçün həmin dəmir yolu boş qalmayacaq. Xəzər dənizinə və deməli, Azərbaycana yükdaşımaların həcmi artacaq. Mərkəzi Asiya ölkələri ilə yanaşı, Çindən əlavə yükdaşımalar təbii ki, "Şərq-Qərb" marşrutunu, Orta dəhlizi tam işlək vəziyyətə gətirəcək".

2020-2025-ci illərdə Bakı Beynəlxalq Dəniz Limanı üzərindən 365 min 860 TEU konteynerdən çox yük aşırılıb. Keçən il həmin limandan 107 min 54 TEU konteyner yük aşırılıb ki, bu da 2024-cü illə müqayisədə 40 faizlik artım deməkdir. Cari ilin ilk günlərində ölkəmizin ərazisindən keçən 45 konteynerlik yük qatarı da Çindən Avropaya yola salınıb.

Yeri gəlmişkən qeyd edək ki, son zamanlar Yaponiya da Orta dəhlizə maraq göstərir. Bu ölkənin rəsmi şəxsləri və biznes dairələrinin yüklərin Orta dəhlizlə Azərbaycan üzərindən Avropaya daşınmasına böyük önəm verdiklərinin şahidi oluruq. Bu isə o deməkdir ki, Orta dəhlizlə daşınan yüklərin həcmində böyük artımın müşahidə edilməsi reallıqdır.

Reallıq olan həm də Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına şübhənin qalmamasıdır. Layihə gerçəkləşəndən sonra Orta dəhlizin yükaşırma imkanları kəskin şəkildə artacaq, yüklərin Avropa ilə yanaşı, Fars körfəzinə və Yaxın Şərq ölkələrinə rahat çatdırmaq mümkün olacaq. Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində Zəngəzur dəhlizinin (TRIPP) əhəmiyyətini vurğulayaraq demişdir: "Bildiyiniz kimi, keçən il Qars-Naxçıvan dəmir yolunun tikintisi ilə bağlı Türkiyə tərəfi qərar qəbul etmişdir. Beləliklə, Naxçıvandan Qarsa qədər və faktiki olaraq Türkiyənin dəmir yolları şəbəkəsinə tam bağlantı olacaq və bu da çox önəmli layihə sayılmalıdır. Çünki Naxçıvanı Türkiyə ilə də birləşdirə biləcək dəmir yolu mütləq olmalıdır və bütün bu layihələr təbii ki, koordinasiya şəklində aparılmalıdır. Azərbaycan ərazisində bütün bu yollar daha tez həll oluna bilər. Amma koordinasiya olanda xərclənən vəsaitə qənaət də olacaq. Çünki biz də bilməliyik, nə vaxt, hansı yolun seqmenti hazır olacaq ki, o vaxta qədər öz infrastrukturumuzu buna hazırlayaq. Amma yenə də deyirəm, bizim ərazimizdə Zəngəzur (TRIPP) dəhlizi ilə bağlı artıq heç bir problem qalmayıb".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təhlükəsizliyin və sabitliyin Azərbaycan nümunəsi

08:25
03 Aprel

Fermerlərin işini asanlaşdıran qabaqcıl texnologiyadır

08:23
03 Aprel

Siyasi reallığın rəsmi etirafı

08:20
03 Aprel

TDT qlobal iqtisadi aktora çevrilmək potensialına malikdir

08:15
03 Aprel

Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş "dəyirmi masa" keçirilib

08:10
03 Aprel

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb

08:05
03 Aprel

Bizi birləşdirən təkcə kökümüz deyil

08:00
03 Aprel

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib  

07:07
03 Aprel

Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb  

22:59
02 Aprel

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

40 ölkə Hörmüz boğazının fəaliyyətinin bərpasını müzakirə edir

19:59
02 Aprel

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb 

19:42
02 Aprel

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!