12 Sentyabr 2025 14:32
499
SİYASƏT
A- A+
YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir  

YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir  


Çində səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin sentyabrın 11-də Pekin şəhərində Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin Avrasiya departamentinin rəhbəri Xu Qinxian ilə görüşü keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin birgə fəaliyyəti sayəsində Azərbaycan-Çin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə edilib. Vurğulanıb ki, bir-birinin maraqlarına hörmət edən, ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən iki ölkə arasında çoxşaxəli əlaqələr dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanmaqla nümunəvi xarakter daşıyır.

Hər iki ölkənin sosial-iqtisadi inkişafı və gələcəyə yönəlmiş hədəfləri barədə qarşılıqlı ətraflı məlumat verilib, tərəflərin siyasət, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, humanitar və digər istiqamətlərdə əlaqələri genişləndirməkdə maraqlı olduqları bildirilib.

Görüş zamanı YAP-ÇKP əməkdaşlıq əlaqələrinin önəmindən bəhs olunaraq qarşılıqlı səfərlərin partiyalar və ölkələr arasında münasibətlərin inkişafına təkan verdiyi qeyd edilib. Diqqətə çatdırılıb ki, fəal siyasi dialoq partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin dəyərləndirilməsi və işbirliyinin əhatə dairəsinin genişləndirilməsi baxımından son dərəcə önəmlidir. Ötən ilin noyabrında YAP nümayəndə heyətinin Çinə səfəri zamanı iki partiya arasında imzalanmış əməkdaşlıq memorandumundan irəli gələn vəzifələrin uğurla icra edildiyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sentyabrın 12-də isə YAP nümayəndə heyəti Pekin şəhərində 43 ölkədən 200-dən çox nümayəndənin qatıldığı, “Çini tanıyın, dünyanı dinləyin” mövzusunda keçirilən Forumun açılış mərasimi və plenar sessiyasında iştirak edib.

Forumda ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini və İpək Yolu Beyin Mərkəzləri Assosiasiyası Şurasının həmsədri Ma Xuey çıxış edərək bildirib ki, dünyada hələ də “soyuq müharibə” düşüncəsi mövcuddur və yeni təhlükələr, çağırışlar artmaqda davam edir: “Çinin mövqeyinə görə, bütün ölkələr yalnız birlik və əməkdaşlıq vasitəsilə dünyada sülhü, sabitliyi təmin edə bilərlər”.

Plenar sessiyada YAP nümayəndə heyətinin rəhbəri, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədov “Yüksəkkeyfiyyətli əməkdaşlıq və qlobal sülh, sabitlik və inkişaf” mövzusunda çıxış edib. Diqqətə çatdırıb ki, hazırda dünya beynəlxalq münasibətlər sisteminin yeni nizama doğru getdiyi, yaxud yenidən nizamlanmağa ehtiyac duyduğu bir mərhələdən keçməkdədir. Belə təşəbbüslərin qlobal nüfuzu getdikcə artan Çin Xalq Respublikasından, xüsusilə Prezident Si Cinpindən belə təşəbbüslərin gəlməsi təsadüfi deyil, çünki Çin ortaq rifah naminə çoxtərəfli dialoqu təşviq edərək aparıcı beynəlxalq platformaya çevrilmişdir. H.Məmmədov əlavə edib ki, mövcud geosiyasi gərginlik, iqtisadi çağırışlar və təhlükəsizlik riskləri fonunda ölkələr öz maraqlarını qorumaqla yanaşı, qlobal rifah və ümumbəşəri dəyərlər naminə əməkdaşlıq etməli, sülh və sabitliyin möhkəmlənməsi üçün birgə hərəkət etməlidirlər. Azərbaycan Respublikası da məhz bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətində önəm daşıyan əməkdaşlıq, qarşılıqlı hörmət, etimad və dayanıqlı inkişaf kimi prinsiplər Forumun məqsədləri ilə üst-üstə düşür. Foruma olan böyük maraq isə qlobal sülh və təhlükəsizlik naminə birgə fəaliyyətin uğuruna inam yaradır.

Forum plenar sessiyalarla öz işini davam etdirib.

Səfər çərçivəsində nümayəndə heyətinin İmperator Sarayı, Pekin Şəhər Kitabxanası, Böyük Kanal Muzeyi və Böyük Çin Səddinə ziyarəti təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!