21 Noyabr 2025 12:42
419
SİYASƏT
A- A+
YAP-ın yaranması ölkəmizin taleyində dönüş nöqtəsi oldu  

YAP-ın yaranması ölkəmizin taleyində dönüş nöqtəsi oldu  


1992-ci il 21 noyabr tarixi müasir Azərbaycan siyasi tarixində xüsusi əhəmiyyət daşıyır. Həmin gün Naxçıvan şəhərində keçirilən təsis konfransı ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu və bu qərar ölkəmizin taleyində dönüş nöqtəsi oldu. O ağır və keşməkeşli dövrdə Azərbaycanı düşdüyü böhrandan çıxarmaq üçün milli məsuliyyət hissi ilə hərəkət edən ziyalıların təşəbbüsü Ulu Öndər Heydər Əliyevin liderliyi ilə böyük siyasi hərəkatın başlanğıcını qoydu.

“91-lər”in Ulu Öndərə müraciəti təkcə bir qrup ziyalının yox, bütün xalqın səsini ifadə edirdi. Məhz bu qətiyyətli addım nəticəsində dağıdıcı proseslərin qarşısı alındı və Azərbaycanın müstəqil dövlət kimi yaşaması üçün yeni siyasi mərhələ açıldı. Ulu Öndər Heydər Əliyevin həmin müraciətə verdiyi müdrik cavab YAP-ın yaradılmasının obyektiv zərurət olduğunu təsdiqlədi, ölkənin gələcək inkişaf modelinin əsas istiqamətlərini müəyyənləşdirdi.

21 noyabr 1992-ci ildə keçirilən təsis konfransında partiyanın Proqramı, Nizamnaməsi qəbul edildi və Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi. Bununla da dövlətçilik ideyalarını özündə birləşdirən, Azərbaycan xalqını ümummilli məqsədlər ətrafında birləşdirən siyasi güc formalaşdı. YAP qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi və Ulu Öndərin rəhbərliyi ilə “dünənin, bu günün və sabahın partiyası” kimi mövqeyini möhkəmləndirdi.

Ötən illər ərzində YAP siyasi sabitliyin, inkişafın, dövlətçilik ənənələrinin və milli həmrəyliyin təminatçısı kimi tarixə mühüm səhifələr yazdı. Demokratik siyasi mədəniyyətin inkişafında, siyasi dialoqun güclənməsində və yeni siyasi konfiqurasiyanın formalaşmasında partiyanın rolu danılmazdır.

Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Ulu Öndərin siyasi xəttinin uğurlu davamçısı kimi fəaliyyətini yeni reallıqlar fonunda daha da təkmilləşdirir. 2021-ci ildə keçirilmiş VII qurultay partiyanın inkişafında mühüm mərhələ oldu, yeni Nizamnamə, yeni idarəetmə strukturu və strateji hədəflər təsdiqləndi. Hörmətli Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini təyin edilməsi isə həm yüksək siyasi etimadın, həm də Azərbaycan qadınının cəmiyyətdəki rolunun dövlət səviyyəsində qiymətləndirilməsinin bariz nümunəsidir.

YAP-ın qəbul etdiyi yeni Proqram müasir çağırışlara adekvat olaraq hazırlanan konseptual sənəddir. Burada siyasi dəyərlər, partiyadaxili münasibətlər, strateji hədəflər Heydər Əliyev irsinin təbliği, güclü iqtisadiyyat, inklüziv cəmiyyət, milli maraqların müdafiəsi və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi prioritetlər xüsusi yer alır.

Partiyamız həmçinin ölkədə siyasi dialoqun genişlənməsinə daim töhfə verib. Cənab Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə fərqli fikir ola bilməz” tezisi milli həmrəyliyin dövlət siyasətində əsas prinsip kimi qəbul edildiyini nümayiş etdirir.

Ölkəmizdə keçirilmiş seçkilərin nəticələri də xalqımızın Yeni Azərbaycan Partiyasına yüksək etimadını aydın şəkildə göstərir. 2024-cü il prezident seçkilərində, eləcə də parlament və bələdiyyə seçkilərində YAP-ın əldə etdiyi qələbələr xalqın gələcəyə inamının, dövlətçilik ideyalarına sədaqətinin təsdiqidir.

Bugünkü inkişafımız, əldə etdiyimiz nailiyyətlər, beynəlxalq arenadakı möhkəm mövqeyimiz və Qarabağın dirçəlişi Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasi kursun nə qədər düşünülmüş və milli maraqlara söykənən bir yol olduğunu bir daha sübut edir.

Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizin tərəqqisi, milli birliyimiz və dövlətçiliyimizin möhkəmlənməsi naminə fəaliyyətini qətiyyətlə davam etdirəcək.


Fatma YILDIRIM,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!