XXI əsrdə gənclərin bacarıqlarına yeni baxış
Dekabrın 22-də UNICEF-in 75 illik yubileyi ilə əlaqədar Təhsil Nazirliyi və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə “XXI əsrdə gənclərin bacarıqlarına yeni baxış” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev nazirlik ilə UNICEF-in birgə əməkdaşlığı çərçivəsində icra olunan uğurlu layihələrədən danışıb. Təhsil Nazirliyi tərəfindən pandemiya dövründə təhsil sahəsində həyata keçirilən fəaliyyətlərə dair məlumat verib. Nazir qeyd edib ki, sürətlə dəyişən dünyada yaşayırıq. Həyatda uğurlu olmağın yolu düzgün bilik və bacarıqlara yiyələnməkdən əsaslı dərəcədə asılıdır. Elm və texnikanın sürətli inkişafı bilik və bacarıqların daim yenilənməsini tələb edir: “Çalışmalıyıq ki, bu gün şagidlərimizə gələcəyin çağırışlarına uyğun biliklər verək. Bu günün şagirdlərinin əsas fəaliyyət dövrü 20-30 il sonraya təsadüf edəcək. Onları elə hazırlamalıyıq ki, gələcəyin tələb və təkliflərinə cavab verə bilsinlər”.
UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens Azərbaycanla qurulan əməkdaşlıqdan bəhs edib. Bildirib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycanda 1993-cü ildən fəaliyyətə başlayıb. Ötən illər ərzində ən uğurlu əməkdaşlıqlardan biri Azərbaycanın Təhsil Nazirliyi ilə qurulub.
Aleks Haykens diqqətə çatdırıb ki, COVID-19 pandemiyası ilə əlaqədar təhsil sistemləri böhranla qarşılaşdı. Bu böhran dünyada 1,6 milyard şagirdə təsir etdi. Bunun uşaqlara, müəllimlərə, valideynlərə həm də psixoloji təsiri oldu. Ən yaxşı təhsil ənənəvi təhsildir: “Biz pandemiya dövründə bunu daha yaxşı anladıq. Sevindirici haldır ki, bu gün Azərbaycanda ənənəvi təhsil bərpa olunub. Pandemiya həm də müsbət təcrübələrlə yadda qaldı. Yeni hibrid təhsil modelləri yarandı. Bu modellərin bəziləri özünü doğrultdu. Günümüzün vacib məsələsi isə XXI əsrin tələblərinə uyğun məzmun üzrə bilik və bacarıqları düzgün müəyyənləşdirməkdir”.
Tədbirdə Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədovun moderatorluğu ilə pandemiyanın təhsil sahəsinə təsirləri, təhsilin fasiləsizliyinin təmin olunması, uyğunlaşma qabiliyyəti və XXI əsrin çağırışları üçün lazım olan bacarıqlar mövzusunda panel müzakirəsi keçirilib.
Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, UNICEF–in Azərbaycanda təhsil üzrə mütəxəssisi Leyla Həsənova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Ceyran Cəfərova və “Microsoft Azərbaycan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundovun iştirak etdiyi panel müzakirəsinə məktəb şagirdləri, peşə təmayüllü siniflərin şagirdləri, “SABAH” qruplarının tələbələri və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvləri qatılıb. Panel müzakirəsində gənclərin bacarıqları ilə bağlı vəziyyət, COVID-19 pandemiyası zamanı və ondan sonrakı dövrdə iş imkanları müzakirə olunub. Gələcək əmək bazarının tələblərinə uyğun olan bacarıqların əldə olunmasından bəhs edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Milli Məclisdə multikultural perspektivlərə dair beynəlxalq konfransın iştirakçıları ilə görüş olub...
20 May
Ceyhun Bayramov ispaniyalı həmkarını Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addım...
20 May
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində KİV-lər tərəf...
20 May
Azərbaycanla Serbiya arasında ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub...
20 May
Ali Məhkəmənin sədri Masallı rayonunda vətəndaşları qəbul edib
20 May
Şuşada beynəlxalq konfransın iştirakçıları birgə müraciət yayıb
20 May
Energetika naziri Salyanda vətəndaşlarla görüşüb
20 May
Mayın 20-də Azərbaycanda COVID-19 əleyhinə 3 min dozadan çox vaksin vurulub
20 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 12 yoluxma faktı qeydə alınıb
20 May
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
20 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!