18 May 2026 17:40
61
CƏMİYYƏT
A- A+
XRİTDX rəsmisi: WUF13-də “ağıllı şəhər”lərin kibertəhdidlərdən qorunması formaları nümayiş etdirilir

XRİTDX rəsmisi: WUF13-də “ağıllı şəhər”lərin kibertəhdidlərdən qorunması formaları nümayiş etdirilir


BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən “ağıllı şəhər” və rəqəmsal infrastrukturlara yönəlmiş kiberhücum ssenarilərinin simulyasiyası təqdim olunur.

Bu barədə AZƏRTAC-a açıqlamasında XRİTDX-nin Baş idarə rəisinin müavini Tural Məmmədov məlumat verib.

O bildirib ki, Sərgidə Bakının və “ağıllı şəhər”lərin simulyasiya olunmuş infrastrukturları üzərində müxtəlif kiberhücum modelləri nümayiş etdirilir. Məqsəd kibertəhdidlərin mümkün nəticələrini və infrastrukturun qorunmasının əhəmiyyətini əyani şəkildə göstərməkdir.

“Təqdim olunan 3D modellərdə müxtəlif obyektlərə qarşı kiberhücum ssenariləri hazırlanıb. Bu hücumlar zamanı infrastrukturlarda baş verə biləcək dayanma və pozuntuların hansı nəticələrə səbəb ola biləcəyi nümayiş etdirilir. Əsas məqsəd bu kimi obyektlərin kibermüdafiəsinə diqqəti artırmaq və onların təhlükəsizliyinin necə təmin olunmalı olduğunu göstərməkdir”, – deyə Tural Məmmədov bildirib.

XRİTDX-nin rəsmisi qeyd edib ki, stenddə ümumilikdə 13 müxtəlif simulyasiya təqdim edilir. Bunlar “ağıllı şəhər” kameraları, reklam panoları, ağıllı binalar, enerji doldurma sistemləri, televiziya yayımı infrastrukturu, ictimai nəqliyyat, taksi tətbiqləri, svetofor idarəetmə sistemləri, aeroport infrastrukturu, mobil şəbəkələr, bank sistemləri, ağıllı kənd infrastrukturu, həmçinin neft platformaları və elektron ölçmə sistemlərinə yönəlmiş kiberhücum ssenarilərini əhatə edir.

XRİTDX rəsmisi vurğulayıb ki, təqdimatlar vasitəsilə iştirakçılara kibertəhlükələrin yaratdığı risklər və bu risklərin qarşısının alınması mexanizmləri barədə məlumat verilir.

Tural Məmmədov əlavə edib ki, stenddə əsas diqqət simulyasiyaların nümayişinə yönəldilib və sessiya iştirakçıları burada qurumun informasiya təhlükəsizliyi sahəsində fəaliyyəti ilə də tanış ola bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar

17:45
18 May

Mavriki Respublikasının Prezidenti: WUF13 təcrübələrin paylaşılması üçün gözəl fürsətdir

17:43
18 May

WUF13 çərçivəsində Latın Amerikası və Karib hövzəsinin MINURVI sessiyası keçirilir

17:42
18 May

XTQ-nin bölmələrində inspeksiya yoxlaması təşkil olunub

17:41
18 May

XRİTDX rəsmisi: WUF13-də “ağıllı şəhər”lərin kibertəhdidlərdən qorunması formaları nümayiş etdirilir

17:40
18 May

Bəhreynli nazir: Ölkəmiz Azərbaycanla işgüzar əlaqələr qurmaq niyyətindədir

17:38
18 May

Keniya Prezidenti: BMT-nin öz mövcudluğunu davam etdirməsi üçün islahatların aparılması mütləqdir

17:38
18 May

Nigeriyalı mütəxəssis: WUF13-də iştirak bizə yalnız nəzəri biliklər deyil, həm də praktik təcrübələr əldə etmək imkanı verir

17:37
18 May

Murat Kurum: Azərbaycanla münasibətlərimizi daha da gücləndirmək əzmindəyik

17:34
18 May

Mingəçevirdə 23 ölkənin iştirakı ilə beynəlxalq elmi konfrans işə başlayıb

17:28
18 May

Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib

17:27
18 May

Sadır Japarov: WUF13 urbanizasiya və mənzil əlçatanlığı məsələlərinin müzakirəsi üçün unikal platformadır

17:26
18 May

Murat Kurum: COP31-in əsas mövzularından biri dayanıqlı və davamlı şəhərlərin inkişafı olacaq

17:25
18 May

Oljas Bektenov: Qazaxıstanda rahat yaşayış və iş şəraitinin yaradılması dövlət siyasətinin ana xəttini təşkil edir  

17:24
18 May

ÜHST: Avropa Regional Komissiyasının iclasında Azərbaycan vitse-prezident qismində təqdimat edib

17:18
18 May

Azərbaycanda genişzolaqlı və mobil internetin sürəti artıb

17:14
18 May

DİM: Mayın 17-də magistraturaya imtahan vermiş bakalavrlar iyunun 14-də yenidən imtahan verə bilərlər

16:51
18 May

İrakli Kobaxidze: WUF13-ün yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edirəm  

16:48
18 May

Türkdilli ölkələrin çempionatında medal qazanan Azərbaycan şahmatçıları mükafatlandırılıb  

16:48
18 May

Ağstafalı şəhid və qazi övladları üçün ekskursiya təşkil olunub  

16:46
18 May

“Zəkaların mübarizəsi”ndə “Abşeron” qalib oldu

16:44
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!