31 Oktyabr 2025 17:31
549
İQTİSADİYYAT
A- A+
Xocalıda fermerlərə aqrar sığorta təlimi keçirilib

Xocalıda fermerlərə aqrar sığorta təlimi keçirilib


Azərbaycanın işğaldan azad edilmiş bölgələri yeni sakinlər tərəfindən məskunlaşdıqca burada həyat canlanır, insanlar doğma torpaqlarında quruculuq, təsərrüfat fəaliyyətinə başlayırlar.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bir qədər əvvəl Xocalı rayonunun yenicə məskunlaşdırılmış Ballıca və Xanyurdu kəndlərinin sakinlərinə torpaq sahələri ayrılaraq kənd təsərrüfatı ilə məşğul olmaq şəraiti yaradılıb. Bu prosesin davamı olaraq Aqrar Sığorta Fondu (ASF) tərəfindən Ballıca və Xanyurdu kəndlərinin sakinləri üçün aqrar sığorta təlimi keçirilib.

Aqrar Sığorta Fondu tərəfindən Ballıca kəndində təşkil edilən təlimdə hər iki kəndin 40-a yaxın sakini, fermerlər, kooperativ rəhbərləri və üzvləri iştirak ediblər. Görüşdə yerli sakinlər təsərrüfatla məşğul olmaq planlarını bölüşüb, tarla bitkiləri əkmək, meyvə bağı salmaq, heyvandarlıq təsərrüfatı yaratmaq istədiklərini bildiriblər. Fond nümayəndələri aqrar sığorta mexanizmi, onun işləmə prinsipi, təsərrüfatları hansı formada qoruması, Qarabağda sığorta imkanları barədə geniş təqdimatla çıxış ediblər.

Fermerlərə aqrar sığortanın əhatə etdiyi bitkilər və hadisələr barədə məlumat verilib. Bildirilib ki, aqrar sığorta əkin sahələrini bütün əsas risklərdən – fırtına, qasırğa, sel-subasma, dolu, leysan, normadan artıq qar yağması, şaxtavurma, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkətləri və sair hallardan qoruyur. Eyni zamanda, aqrar sığorta vasitəsilə kənd təsərrüfatı heyvanlarını – iri və xırdabuynuzlu heyvanları yoluxucu xəstəliklər, təbii fəlakətlər, ilan və həşərat sancması, otdan və yemdən zəhərlənmə, vəhşi heyvanların hücumu və sair hallardan sığortalamaq mümkündür. Bu hallar nəticəsində dəymiş zərərləri Aqrar Sığorta Fondu qarşılayır.

Yerli sakinlərə xatırladılıb ki, Qarabağın iqlimi mürəkkəb və təbiət hadisələri ilə zəngindir, bu hadisələrin zərərindən qorunmaq üçün təsərrüfatları sığortalamaq vacibdir, bunun üçün sadəcə Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə müraciət etmək kifayətdir.

Olduqca səmimi şəraitdə keçən görüşdə yerli sakinlər aqrar sığortaya böyük maraq göstərib, onları maraqlandıran sual və təklifləri səsləndiriblər. Bütün suallar ətraflı cavablandırılıb, fermerlərə ətraflı izahat verilib.

Sonda yerli sakinlər və Aqrar Sığorta Fondunun Qarabağ müharibəsi iştirakçısı olan qazi əməkdaşı Vüqar Kərimovun iştirakı ilə xatirə şəkli çəkilib, sakinlərə hədiyyələr təqdim edilib.

Aqrar sığortanın əhatə etdiyi məhsulların sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!