25 Fevral 2026 17:39
267
SİYASƏT
A- A+
Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı əldə edilən nəticələr ardıcıl siyasətin bəhrəsidir   

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı əldə edilən nəticələr ardıcıl siyasətin bəhrəsidir   


Xocalı soyqırımı təkcə Azərbaycan xalqının yaddaşına həkk olunmuş milli faciə deyil, eyni zamanda beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması zəruri olan ağır insanlıq cinayətidir. İnformasiya müharibələrinin, siyasi manipulyasiyaların və ikili standartların hökm sürdüyü beynəlxalq münasibətlər sistemində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Azərbaycan dövlətinin və cəmiyyətinin prioritetlərindən biridir. Bu istiqamətdə həyata keçirilən ardıcıl və məqsədyönlü fəaliyyət Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması prosesini sürətləndirmiş, tarixi ədalətin bərpasına doğru mühüm addımlar atılmışdır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli yaddaş və həqiqət siyasəti Prezident İlham Əliyev tərəfindən yeni siyasi reallıqlar fonunda daha da gücləndirilmişdir. Dövlət başçısının qətiyyətli mövqeyi nəticəsində Xocalı faciəsi yalnız regional münaqişə kontekstində deyil, bəşəriyyətə qarşı törədilmiş cinayət kimi təqdim olunmuşdur. 

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində sistemli fəaliyyət XX əsrin sonlarından etibarən formalaşmağa başlamışdır. Azərbaycan dövləti bu faciənin dünya ictimaiyyətinə çatdırılması üçün diplomatik kanallardan, beynəlxalq təşkilatlardan və ikitərəfli münasibətlərdən səmərəli şəkildə istifadə etmişdir. 1994-cü ildə Azərbaycan Milli Məclisinin “Xocalı soyqırımı günü haqqında” qərarı faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilməsini təmin etmiş və beynəlxalq tanınma prosesinin normativ əsasını formalaşdırmışdır. Bu qərar sonrakı illərdə beynəlxalq tribunalarda və parlamentlərdə aparılan müzakirələr üçün əsas istinad sənədi rolunu oynamışdır. 

Xocalı soyqırımı bu günədək dünyanın müxtəlif ölkələrinin qanunverici orqanları tərəfindən qəbul edilmiş sənədlərdə soyqırımı və ya kütləvi qırğın aktı kimi tanınmışdır. Hazırda 18 ölkənin parlamenti, eləcə də ABŞ-ın 24 ştatı Xocalıda törədilmiş cinayətləri pisləyən və tarixi həqiqətləri əks etdirən qətnamələr qəbul etmişdir. Bosniya və Herseqovina, Pakistan, Meksika, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstan və Bolqarıstan kimi ölkələrin parlamentlərinin mövqeyi beynəlxalq hüquq və humanitar dəyərlərə əsaslanan prinsipial yanaşmanın nümunəsidir. Xüsusilə Bosniya və Herseqovinanın Xocalı soyqırımını tanıması Balkan regionunun özünün də soyqırımı faciəsini yaşamış xalq kimi məsələyə həssas münasibətinin ifadəsi olmuşdur. 

Xocalı soyqırımının beynəlxalq tanınmasında İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qərarlar mühüm rol oynamışdır. 2012-ci il 20 noyabr tarixində Cibutidə keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir. Bu sənəd Xocalı faciəsinin beynəlxalq siyasi platformada tanınması baxımından mühüm mərhələ olmuşdur. 2013-cü ilin fevral ayında Qahirədə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının XII İslam Zirvə Konfransının Yekun Kommünikesində üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində səylərini artırmağa çağırılmışdır. Bu mövqe Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə sistemli şəkildə təbliğinə güclü siyasi dəstək vermişdir.

 Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında ən mühüm təşəbbüslərdən biri “Xocalıya Ədalət” beynəlxalq kampaniyasıdır. Kampaniyanın təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. 2008-ci ildə start verilmiş bu təşəbbüs qısa müddətdə qlobal miqyaslı maarifləndirmə hərəkatına çevrilmişdir. “Xocalıya Ədalət” kampaniyasının əsas məqsədi Xocalı soyqırımının tanınmasına nail olmaq, Ermənistanın bu cinayətə görə məsuliyyət daşımasını təmin etmək və dünya ictimaiyyətinin məlumatlılığını artırmaqdır. Kampaniya çərçivəsində müxtəlif ölkələrdə sərgilər, konfranslar, seminarlar, yürüşlər, anım tədbirləri təşkil edilmiş, sosial şəbəkələrdə geniş informasiya təşviqatı aparılmışdır. Hazırda kampaniyanı 100 minlərlə insan və 115 beynəlxalq təşkilat dəstəkləyir. Bu fakt “Xocalıya Ədalət” təşəbbüsünün yalnız milli deyil, qlobal miqyasda qəbul olunduğunu göstərir.  

“Justice for Khojaly” informasiya portalı Xocalı soyqırımı ilə bağlı həqiqətlərin yayılmasında mühüm təbliğat platforması kimi çıxış edir. Portalda hadisələrin xronologiyası, hüquqi təhlillər, şahid ifadələri, foto və video materiallar, beynəlxalq ekspertlərin rəyləri yer alır. Bu resurs dünya ictimaiyyətinin Xocalı faciəsi barədə obyektiv məlumat əldə etməsinə şərait yaradır. Portalın fəaliyyəti informasiya müharibəsi şəraitində dezinformasiyalara qarşı mübarizədə xüsusi əhəmiyyət daşıyır və tarixi faktların saxtalaşdırılmasının qarşısının alınmasına xidmət edir. Xocalı soyqırımı barədə ilk məlumatlar beynəlxalq mediada hələ 1992-ci ilin fevral-mart aylarında dərc edilmişdir. Parisdə nəşr olunan “Krua l’Eveneman” jurnalı, Londonda çıxan “Sunday Times”, “The Times”, “Financial Times”, Moskvada nəşr olunan “İzvestiya”, Fransanın nüfuzlu “Le Monde” qəzeti Xocalıda törədilmiş vəhşilikləri açıq şəkildə təsvir etmişdir. Xarici jurnalistlərin şahid olduqları faktlar eybəcər hala salınmış meyitlər, öldürülmüş qadın və uşaqlar, insan ləyaqətini alçaldan zorakılıqlar bu faciənin uydurma deyil, acı reallıq olduğunu sübut etmişdir. Bu yazılar Xocalı həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasında mühüm rol oynamışdır. Müasir dövrdə beynəlxalq tanınma təkcə hüquqi sənədlərlə deyil, ictimai rəyin formalaşdırılması ilə də sıx bağlıdır. 

Azərbaycan bu istiqamətdə dövlət qurumları, diaspor təşkilatları, qeyri-hökumət strukturları və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti ilə kompleks strategiya həyata keçirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Xocalıya ədalət!” tələbi tarixi həqiqətə, beynəlxalq hüquqa və insanlıq dəyərlərinə əsaslanır. Bu tələb yalnız keçmişin deyil, gələcəyin də ədalət çağırışıdır. Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində əldə edilən nəticələr Azərbaycan dövlətinin ardıcıl siyasətinin və qlobal maarifləndirmə fəaliyyətinin bəhrəsidir. 

“Xocalıya Ədalət” kampaniyası, qəbul edilmiş parlament qətnamələri, beynəlxalq təşkilatların mövqeyi və dünya mediasında yer alan faktlar bu faciənin unudulmadığını və unudulmayacağını göstərir. Xocalı həqiqətlərinin tanınması təkcə Azərbaycanın haqq səsi deyil, bütün bəşəriyyətin vicdan məsələsidir. Tarixi ədalətin bərpası və insanlığa qarşı törədilmiş cinayətlərin cəzasız qalmaması üçün bu mübarizə davam etdirilməlidir.


Şahin SEYİDZADƏ,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nyu-Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub

18:50
25 Fevral

Vaşinqtonda Xocalı soyqırımını əks etdirən LED ekranlı maarifləndirici aksiya keçirilib

18:49
25 Fevral

TDT: Xocalı soyqırımının günahsız qurbanlarını dərin ehtiramla yad edirik

18:48
25 Fevral

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınır  

18:45
25 Fevral

Xocalıya köçürülmüş sakinlərdən 1137 şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

18:43
25 Fevral

Xocalı soyqırımı qurbanları Pakistanda da yad edilib  

18:42
25 Fevral

Masallıda bölgə sakinlərinin aqrar sahə ilə bağlı müraciətləri dinlənilib  

18:35
25 Fevral

Baş nazir Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin komitə sədri ilə görüşüb  

18:27
25 Fevral

Türkiyə parlamentində Xocalı qurbanlarının xatirəsi anılıb  

18:25
25 Fevral

Dini konfessiyaların rəhbərləri Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar 

18:18
25 Fevral

Rusiya nümayəndə heyəti ilə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib  

17:47
25 Fevral

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı əldə edilən nəticələr ardıcıl siyasətin bəhrəsidir   

17:39
25 Fevral

SOCAR-la “Samsung”un törəmə şirkəti arasında Anlaşma Memorandumu imzalanıb  

17:19
25 Fevral

Avropanın enerji təhlükəsizliyi: həcmlər deyil, etibarlılıq və şəffaflıq əsasdır  

16:43
25 Fevral

İran ABŞ Prezidentinin iddialarını təkzib edib

16:37
25 Fevral

Prezident İlham Əliyev Xocalının Xanabad kəndində görülmüş işlərlə tanış olub YENİLƏNƏCƏK

16:24
25 Fevral

YAP ilə AK Parti arasında aktual çağırışlar fonunda ortaq hədəflərə və yeni perspektivlərə dair ətraflı fikir mübadiləsi aparılıb  

16:24
25 Fevral

Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub, şəhər və kənd sakinləri ilə görüşüb YENİLƏNƏCƏK

16:18
25 Fevral

Britaniyada enerji haqları 7 faiz ucuzlaşacaq

16:13
25 Fevral

Xocalı şəhidlərinin qanı yerdə qalmadı

16:10
25 Fevral

Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub YENİLƏNƏCƏK

16:05
25 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!