24 Fevral 2026 12:38
186
SİYASƏT
A- A+
Xocalı soyqırımı qurbanları Haaqada anılıb

Xocalı soyqırımı qurbanları Haaqada anılıb


Niderland Krallığının Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, anım tədbiri Qurumun tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Hollanda-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə keçirilib.

İştirakçılar əvvəlcə “Yeni İkendinen” (Nieuw Eykenduynen) məzarlığında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, onların xatirəsini anıblar.

Tədbirdə Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə, Türkiyənin Niderlanddakı səfiri Fatma Ceren Yazğan, Türkiyə Böyük Millət Məclisinin millət vəkili Şamil Ayrım, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə, Haaqa şəhər bələdiyyəsinin sədr müavini Saskia Bruines, Bart ten Broek, Benilüks Azərbaycanlıları Konqresinin sədri, Benilüks ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Niderland üzrə koordinatoru Elsevər Məmmədov və Hollanda-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın çıxış ediblər.

Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına və bütövlükdə insanlığa qarşı törədilən Xocalı soyqırımından 34 il ötsə də bu faciənin unudulmadığı qeyd olunub. Həmin gecə dinc əhaliyə qarşı törədilən qətliamın tarixindən və dəhşətli nəticələrindən danışılıb. 26 Fevralın Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazıldığı vurğulanıb, Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonra “Qarabağ üzərindəki qara buludlar” kitabının müəllifi Henri van Rensin tədbir iştirakçılarına müraciəti oxunub.

Tədbir çərçivəsində “Xocalı Nişanəsi” adlı qısa sənədli film təqdim edilib. Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin nəzdində fəaliyyət göstərən “Xarıbülbül” məktəbinin şagirdlərinin Xocalı soyqırımı qurbanlarına həsr etdikləri foto-sərgi nümayiş olunub, kamança ifaçısı Emin Sadıqlının ifasında həzin musiqilər səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiyevə gələn yüksəksəviyyəli qonaqlar Ukraynaya tammiqyaslı hücumun ildönümü tədbirlərində iştirak edəcəklər  

14:51
24 Fevral

Rusiyanın doqquz bankı və 50 gəmisi Britaniyanın sanksiya hədəfində  

14:50
24 Fevral

Sabah gündüz yağıntılar tədricən kəsiləcək

14:48
24 Fevral

Aİ Azərbaycanı post-Rusiya enerji xəritəsinin əsas sütunu adlandırır

13:51
24 Fevral

Ukrayna Prezidenti Kiyevdəki bunkeri ilk dəfə nümayiş etdirib

13:49
24 Fevral

“İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişiklik edildi 

13:48
24 Fevral

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında qeydiyyatdan keçən rezidentlərin sayı açıqlanıb

13:47
24 Fevral

Ödənişli avtomagistrallarda sürət həddi təsdiqləndi

13:46
24 Fevral

Kibertəhlükəsizlik üzrə kadr hazırlığı bazası: “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası – REPORTAJ VİDEO  

13:45
24 Fevral

BMT: Asiya-Sakit okean regionunda təxminən 600 milyon insan gecəqondularda yaşayır  

13:44
24 Fevral

Seymur Adıgözəlov: Bu il sənaye zonalarında 16 yeni müəssisənin fəaliyyətə başlaması planlaşdırılır  

13:43
24 Fevral

DGK: 79 kiloqramdan artıq narkotik vasitənin sərhəddən keçirilməsinin qarşısı alınıb  

12:46
24 Fevral

Media: ABŞ İrana zərbə endirməyə başlasa, SEPAH liderləri əsas hədəflərdən olacaq  

12:43
24 Fevral

2015-2025-ci illərdə sənaye zonalarında dəyəri 19 milyard manatdan çox məhsul satışı həyata keçirilib  

12:42
24 Fevral

Argentinada maliyyə qalmaqalına görə futbol oyunları dayandırılıb

12:40
24 Fevral

Xocalı soyqırımı qurbanları Haaqada anılıb

12:38
24 Fevral

Estoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Alar Karisə  

12:34
24 Fevral

İZİA: Ötən il sənaye zonalarında istehsal olunan 1,2 milyardlıq məhsul ixrac olunub

11:51
24 Fevral

Doxsan xarici ölkə vətəndaşına amnistiya aktı tətbiq edilib

11:39
24 Fevral

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:32
24 Fevral

Amnistiya tətbiq edilən şəxslərin sayı açıqlanıb

11:23
24 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!