05 Sentyabr 2024 09:00
425
İQTİSADİYYAT
A- A+
XIX əsrdə salınmış park yenidən qurulacaq

XIX əsrdə salınmış park yenidən qurulacaq

 

Şirvan şəhərinin "Köhnə şəhər" hissəsində - Kür çayının sahilində yerləşən İsmət Qayıbov adına parkda yenidənqurma və əsaslı təmir işlərinin aparılması qərara alınıb.   
Tarixi mənbələrə görə, 1880-ci ildə salınmış parka sovet hakimiyyəti dövründə Leninin, 1991-ci ildə İsmət Qayıbovun adı verilmişdir. Park Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkəəhəmiyyətli bağ, park, monumental və xatirə abidəsi kimi qeydiyyata alınmışdır.
Uzun illər 2,5 hektarlıq parkın ərazisində təmir işləri aparılmadığından onun yenidən qurulması və əsaslı təmir olunmasına kəskin ehtiyac yaranmışdır. Odur ki, həm parkın mövcud vəziyyəti, həm də şəhər əhalisinin çoxsaylı müraciətləri nəzərə alınaraq onun yenidənqurma layihəsi hazırlanmışdır.
Layihə əsasında parkın ərazisində 1200 kvadratmetrdən çox tamet daşların döşənməsi, 3 min paqonometrdən çox beton bordyurların düzülməsi, 5,5 min kvadratmetr  asfalt-beton örtük vurulması, 650 paqonometr kabel xəttinin və 865 paqonometr su xəttinin çəkilməsi, 40 işıq dirəyinin quraşdırılması, 30 müasir oturacağın və park informasiya lövhəsinin qoyulması, müxtəlif idman və uşaq-əyləncə qurğularının yerləşdirilməsi nəzərdə tutulur. 
Parkda müxtəlif növ ağac və gül kolları əkiləcək, gül kompozisiyaları yaradılacaqdır. Eyni zamanda parkın mövcud giriş hissəsi, istinad divarı, sanitar qovşağı əsaslı təmir olunacaq, səhnə və mədəni-kütləvi tədbirlər meydanı yaradılacaq.

Seyran CAVADOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb

15:58
15 Yanvar

Türkiyə Prezidenti: Ankara və Dəməşq Suriyada gərginliyin yenidən artmasına və xaosa izn verməyəcək  

15:32
15 Yanvar

Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti yenidən uzadılıb

14:53
15 Yanvar

İlon Maska qarşı məhkəmə iddiası

14:52
15 Yanvar

Avropa anbarlarında qaz ehtiyatları 65 faizdən aşağı düşüb

14:37
15 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:24
15 Yanvar

Türkiyə mediası Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində ilk hazır mənzilləri nümayiş etdirib  

14:23
15 Yanvar

Özbəkistan Azərbaycan üzərindən Avropaya tranzit marşrutlarını inkişaf etdirəcək  

14:22
15 Yanvar

Növbəti köç karvanı Xocalıya çatıb

14:13
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNİB 

14:12
15 Yanvar

İstehlak bazarında qiymətlər açıqlanıb

14:10
15 Yanvar

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  

14:09
15 Yanvar

Azərbaycana məxsus şəkər yükü daşıyan gəmi ABŞ-a çatıb

13:41
15 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!