26 Fevral 2026 09:03
163
SİYASƏT
A- A+
Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb  

Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb  


Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir:

“Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı soyqırımının törədilməsindən 34 il ötür.

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı aparılmış işğal və soyqırımı siyasətinin ən qanlı faciələrindəndir.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 1991-ci ilin oktyabr ayından mühasirədə saxlanmış, avtomobil və enerji əlaqəsi kəsilmiş Xocalıya hücum edərək azərbaycanlı dinc sakinlərə qarşı kütləvi vəhşiliklər törədib.

Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməkliyi ilə erməni dəstələri tərəfindən həyata keçirilmiş qırğın zamanı Xocalıda 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 yaşlı xüsusi amansızlıqla qətlə yetirilib. 487 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 1275 nəfər əsir götürülüb və girovluqda işgəncələrə məruz qalıb. 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. Bir çox girovun taleyi hələ də məlum deyil.

Bu qırğınlar yalnız hərbi əməliyyat deyil, etnik nifrət və ayrı-seçkilik siyasətinin parçası olub. Ermənistanın Azərbaycanın Bağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Qaradağlı, Tuğ, Səlakətin və s. kimi digər yaşayış məntəqələrində də azərbaycanlılara qarşı məqsədyönlü qırğınlar həyata keçirməsi Xocalı soyqırımının sistemli və planlı xarakterini açıq şəkildə nümayiş etdirir.


Xocalı soyqırımı beynəlxalq hüququn, o cümlədən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya və digər beynəlxalq humanitar norma və standartların kobud şəkildə pozulmasıdır. Bu faciə insanlıq əleyhinə cinayət olaraq dünya hüquq sistemində özünə layiqli qiymətini almalıdır.

Xocalı soyqırımının məqsədyönlü xarakteri ilə bağlı mövcud faktlar, o cümlədən soyqırımının təşkilatçılarından olan Ermənistanın keçmiş müdafiə naziri və daha sonra dövlət başçısı olmuş Serj Sarkisyanın etirafları göstərir ki, bu faciə düşünülmüş siyasətin tərkib hissəsi olub.

Bu gün, xalqımızın sağalmayan yaralarından olan Xocalıya digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi həyat qayıdır, dövlətimiz və xalqımız soyqırımı qurbanlarını unutmur, onların xatirəsini əbədiləşdirir.

Xocalı soyqırımının 34-cü ildönümündə faciənin günahsız qurbanlarının əziz xatirəsini bir daha dərin ehtiramla yad edirik.

Allah rəhmət eləsin!”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli hisslərini itirmiş qrupun nümayiş etdirdiyi mənəvi aşınma

14:02
26 Fevral

Sabah hava bəzi yerlərdə yağıntılı olacaq, arabir güclənən külək əsəcək  

12:50
26 Fevral

Naxçıvanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

12:49
26 Fevral

Milli Məclisin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

12:31
26 Fevral

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib YENİLƏNİB  

12:16
26 Fevral

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

11:30
26 Fevral

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

11:12
26 Fevral

Türk Dünyası Parlamentarilər Birliyi: Xocalı cinayətlərinin iddia müddəti yoxdur  

11:01
26 Fevral

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi: 613 azərbaycanlı bacı-qardaşımızı ehtiramla anırıq  

10:52
26 Fevral

BMT: Dünyada 1 milyarddan çox insan yaxın beş ildə öz torpaqlarından və evlərindən məhrum olmaqdan ehtiyatlanır  

10:49
26 Fevral

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb 

10:29
26 Fevral

Mesut Gülaçtı: Xocalı soyqırımı bəşəriyyət vicdanının ortaq yarasıdır

10:29
26 Fevral

“Azeri Light” markalı neft ucuzlaşıb

10:22
26 Fevral

Ceyhun Bayramov: Xocalı faciəsi etnik nifrətə əsaslanan siyasətin tərkib hissəsi idi

10:06
26 Fevral

AKP-nin nümayəndə heyəti TÜRKPA-nın Baş katibi ilə görüşüb  

10:04
26 Fevral

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir

10:03
26 Fevral

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Almaniyada bir sıra görüşlər keçirib  

09:59
26 Fevral

"Mədəni irs" pərdəsi altında təxribat

09:45
26 Fevral

Rusiya-Ukrayna müharibəsi: 4 ilin dərdləri və dərsləri

09:40
26 Fevral

Bakıda ağacəkmə aksiyası keçirilib

09:35
26 Fevral

Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib  

09:32
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!