31 Oktyabr 2025 18:34
559
CƏMİYYƏT
A- A+
Xankəndidə “Məhkəmə sisteminin inkişafının konstitusiya təminatı: müasir çağırışlar” mövzusunda konfrans keçirilib  

Xankəndidə “Məhkəmə sisteminin inkişafının konstitusiya təminatı: müasir çağırışlar” mövzusunda konfrans keçirilib  


Oktyabrın 31-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Xankəndi şəhərindəki Qarabağ Universitetində “Məhkəmə sisteminin inkişafının konstitusiya təminatı: müasir çağırışlar” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət rəsmiləri, hakimlər, məhkəmə ictimaiyyətinin nümayəndələri, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov açılış nitqi ilə çıxış edərək 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının dövlətçiliyin möhkəmlənməsi və hüquqi dövlətin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edilib ki, aparılan məqsədyönlü islahatlar məhkəmə-hüquq sisteminin inkişafına, onun müstəqilliyinin və şəffaflığının təmininə xidmət edir. Vurğulanıb ki, elektron məhkəmə sistemlərinin tətbiqi, hakimlərin seçimi mexanizmlərinin təkmilləşdirilməsi və gənclərin hüquq sahəsinə marağının artması bu sahədə mühüm nailiyyətlərdəndir.

Diqqətə çatdırılıb ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğunun hüquqi bünövrəsini formalaşdırıb. Hazırda ölkəmizdə Konstitusiyanın ideyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Çıxışda həmçinin məhkəmə sisteminin müasir tələblərə uyğun qurulması, innovativ texnologiyaların tətbiqi və ədalətə inamın möhkəmləndirilməsinin əsas hədəflərdən olduğu vurğulanıb.

Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Azərbaycan xalqı bu il təkcə Konstitusiyanın qəbulunun ildönümünü deyil, həm də onun prinsiplərinin həyatda bərpası mərhələsini yaşayır. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Konstitusiya müstəqil dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının təminatçısına çevrilib. Konstitusiyada təsbit olunmuş ərazi bütövlüyü prinsipi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində tam bərpa edilib. Bu qələbə təkcə hərbi deyil, həm də hüquqi və konstitusion ədalətin bərpasıdır. Azad olunmuş ərazilərdə aparılan bərpa və məskunlaşma prosesi, o cümlədən Xankəndidə yaradılan müasir infrastruktur, Konstitusiyanın insan rifahı və ədalət prinsiplərinin təzahürüdür.

Qeyd olunub ki, məhkəmə sistemi Konstitusiyanın həyata keçirilməsinin əsas təminat mexanizmidir və islahatlar ədalətə inamı möhkəmləndirir. Elektron məhkəmə sistemi və infrastruktur islahatları ədalətə çıxış imkanlarını genişləndirib, işğaldan azad olunmuş ərazilərdə yeni məhkəmə strukturlarının yaradılması isə ədalətin bərpasında mühüm rol oynayır. Vurğulanıb ki, “Konstitusiya və Suverenlik İli” dövlətin gücünün ədalətli qanun tətbiqində təcəssüm etdiyini xatırladır və hər bir hüquqşünas bu prinsiplərin qoruyucusu olmalıdır.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib ki, suverenlik mövzusuna həsr olunmuş tədbirin məhz Xankəndidə keçirilməsinin xüsusi mənası var. Çünki məhz Xankəndinin azad edilməsi ilə Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub. Qeyd edilib ki, Qarabağ Universiteti bölgədə məskunlaşma prosesinin önündə gedən ali təhsil müəssisəsi kimi təkcə tədris deyil, həm də elmi-tədqiqat və innovativ həllərin hazırlanması istiqamətində fəaliyyətini genişləndirir. “Hüquqşünaslıq ixtisasında yeni dövrün tələblərinə uyğun tədris planı hazırlanır və universitet savadlı, peşəkar hüquqşünasların yetişdirilməsində maraqlıdır”, - deyə Elçin Yusubov əlavə edib. Həmçinin Qarabağ Universiteti ilə Ali Məhkəmə arasında əməkdaşlığın vacibliyi bildirilib və qeyd edilib ki, universitetin müəllimləri arasında artıq hakimlər də fəaliyyət göstərirlər.

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulu müstəqilliyin itirilməsi təhlükəsi ilə üzləşdiyimiz mürəkkəb dövrə təsadüf edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin qorunub saxlanılması xalqımızın xoşbəxtliyidir. Konstitusiyamız dünyanın ən məzmunlu və təkmil konstitusiyalarından biridir və o, Azərbaycan xalqının iradəsini əks etdirir. Azərbaycan müstəqil dövlət olsa da, suverenliyi yalnız 2020 və 2023-cü illərdə - şəhidlərimizin qanı, xalqımızın birliyi və Ali Baş Komandanın qətiyyəti sayəsində tam bərpa olunub. Çıxışda Konstitusiyamızda təsbit olunan digər müddəalar, qanunun aliliyi, məhkəmə hakimiyyətinin rolundan bəhs olunub.

Bakı Dövlət Universitetinin kafedra müdiri, Məhkəmə-Hüquq Şurasının üzvü Əlizadə Məmmədov Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr Konstitusiyasının əhəmiyyəti və onun beynəlxalq hüquqla əlaqəsindən danışıb. Konstitusiyanın Azərbaycan dövlətinin suverenliyini hüquqi olaraq təsdiqlədiyi və müstəqil dövlətin hüquqi əsaslarını formalaşdırdığı vurğulanıb. Bildirilib ki, 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" olaraq qeyd edilməsi, Azərbaycanın suverenliyinin daha da möhkəmləndiyini və ərazi bütövlüyünün bərpasını simvollaşdırır. Qeyd olunub ki, Konstitusiya, həmçinin dövlətin daxili hüququ ilə beynəlxalq hüququn qarşılıqlı əlaqəsini tənzimləyən sənəd kimi, məhkəmələrə beynəlxalq hüquq normalarını tətbiq etmək imkanı verir. Bu proses beynəlxalq hüququn üstünlüyünü və onun Azərbaycan hüququ ilə harmonizasiyasını təmin edir. Konstitusiyanın bəzi maddələri, xüsusən insan hüquqlarına aid olanlar, beynəlxalq hüquq normalarının tətbiqi üçün hüquqi çərçivə yaradır.

Xankəndi Şəhər Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü İlkin Abdullayev çıxışında bildirib ki, müstəqilliyin əldə edilməsindən sonra müasir dövrün reallıqlarına cavab verən Konstitusiyanın qəbul olunması zərurət idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası dövlət tariximizdə ən əlamətdar hadisələrdən biridir. Məhkəmə hakimiyyəti cəmiyyətin sabitliyini və davamlı inkişafını təmin edən, eyni zamanda, iqtisadi inkişafa stimul verən mühüm institutdur. Cəmiyyətin dinamik inkişafı Konstitusiyanın daim təkmilləşdirilməsini və dövrün çağırışlarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə sisteminin müasirləşdirilməsi bu baxımdan böyük əhəmiyyət daşıyır.

Sonda Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov, Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva və Mülki Kollegiyanın sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev tələbələr qarşısında çıxış edərək Ali Məhkəmənin fəaliyyəti və rəhbərlik etdikləri kollegiyaların iş istiqamətləri barədə ətraflı məlumat veriblər. Həmçinin tələbələri maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!