15 Oktyabr 2025 16:28
630
CƏMİYYƏT
A- A+
Xankəndi şəhərində III Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib - YENİLƏNİB 2

Xankəndi şəhərində III Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib - YENİLƏNİB 2


Oktyabrın 15-də Xankəndi şəhərində III Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.

Sonra çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru xanım Anaklaudiya Rossbax III Azərbaycan Milli Şəhərsalma Forumunun qlobal şəhərsalma gündəliyinin həyata keçirilməsi və dayanıqlı şəhərlərin qurulması istiqamətində mühüm çoxtərəfli əməkdaşlıq fürsəti olduğunu, təkcə Azərbaycan üçün deyil, bütün region və dünya üçün mühüm əhəmiyyət daşıdığını bildirib. İcraçı direktor, həmçinin 2026-cı ildə ölkəmizin ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına hazırlıq proseslərində Azərbaycan hökumətinin fəaliyyətindən və dəstəyindən razılığını ifadə edib.

“Qlobal enerji istehlakının 75 faizdən, istixana qazı emissiyalarının 70 faizdən çoxu şəhərlərdə formalaşır. Bununla belə, iqlim dəyişikliyinin təsirləri də ən çox şəhərlərdə hiss olunur – temperaturun artmasından və dəniz səviyyəsinin yüksəlməsindən tutmuş daşqınlara və su qıtlığına qədər. Buna baxmayaraq, şəhərlərin ehtiyacları daxili və qlobal iqlim maliyyələşməsində kifayət qədər təmsil olunmur. Biz təkcə yumşaldıcı tədbirlərdə geridə qalmırıq, həm də ən çox ehtiyac duyulan yerlərdə davamlılığa az investisiya qoyuruq. Şəhər artımının sürətini nəzərə alsaq, bu, xüsusilə narahatedicidir”, - deyən UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rossbaxın sözlərinə görə, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. “Şəhər davamlılığını təmin etmək üçün atdığımız addımlar bizi yüksək emissiyalı gələcəyə kilidləyəcək, yoxsa inklüziv, aşağı karbonlu şəhər inkişafı yolunu açacaq - III Azərbaycan Milli Şəhərsalma Forumu kimi tədbirlər məhz bu məqsədə xidmət edir. Anaklaudiya Rossbax bildirib ki, 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası öhdəlikləri yeniləmək, irəliləyişi izləmək və tərəfdaşlıqları kataliz etmək üçün qlobal yoxlama məkanı olacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxışında 64 ölkədən 400-ə yaxın iştirakçının qatıldığı Milli Şəhərsalma Forumunun dayanıqlı şəhər inkişafı sahəsində təcrübə mübadiləsi üçün geniş imkanlar yaratdığını və Azərbaycanın urbanizasiya siyasətini beynəlxalq standartlara uyğunlaşdırmaq təşəbbüsü baxımından əhəmiyyətini vurğulayıb.

Bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində Bakıdan Qarabağadək, ölkənin bütün bölgələrinə qədər genişmiqyaslı şəhərsalma transformasiyası həyata keçirir. Bu transformasiya Azərbaycanın dayanıqlı inkişaf, innovativ şəhərsalma və inklüziv böyüməyə olan sadiqliyini əks etdirir.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən Milli Şəhərsalma forumları dialoq, əməkdaşlıq və təcrübə mübadiləsi üçün mühüm platforma kimi çıxış edir. 2022-ci ildəki ilk forum hökumət nümayəndələri, ekspertlər və beynəlxalq tərəfdaşları bir araya gətirərək, milli şəhərsalma çərçivəsini formalaşdırmağa imkan verdi. Bu təməlin üzərində, 2023-cü ildə keçirilən ikinci forum əməkdaşlıq mühitini daha da gücləndirib və innovasiyaların təşviq edilməsi ilə yanaşı, Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluğu təmin edib.

Son üç il ərzində Milli Şəhərsalma Forumu sadəcə adi tədbir deyil, davamlı şəhərsalma sahəsində dialoq, əməkdaşlıq və ortaq irəliləyiş üçün institusional bir platformaya çevrilib.

Çıxışlarla davam edən forumda BMT-nin Məskunlaşma Proqramı Assambleyasının prezidenti, Malayziyanın Mənzil tikintisi və yerli özünüidarəetmə naziri Nqa Kor Minqin tədbir iştirakçılarına video müraciəti təqdim olunub.

Forum panel müzakirə ilə davam edib.


12:17


Xankəndi şəhərində keçirilən 3-cü Milli Şəhərsalma Forumunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Prezident İlham Əliyevin iştirakçılara müraciətini oxuyub.


10:54


Oktyabrın 15-də Xankəndi şəhərində 3-cü Milli Şəhərsalma Forumu işə başlayıb. Forum "İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə tərəfdaşlığı çərçivəsində reallaşır. Tədbirdə 60-dan çox ölkədən 400-dək dövlət və özəl qurumların nümayəndələri, beynəlxalq təşkilatların, akademik institutların və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər.

Üç gün davam edəcək tədbir şəhərsalma sahəsində aktual çağırışların və imkanların müzakirəsi üzrə yerli və beynəlxalq ekspertlər üçün vahid platforma rolunu oynayacaq. Forumda münaqişə və təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpa prosesləri, mənzil təminatı və layiqli yaşayış məskənləri, dayanıqlı və sağlam şəhərlər, ekoloji və enerji üzrə effektiv təcrübələr, rəqəmsallaşma və innovativ yanaşmalar, Davamlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi, regional və beynəlxalq tərəfdaşlıqların inkişafı kimi mövzularda müzakirələr aparılacaq.

Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, tətbiq olunan müasir şəhərsalma standartları və innovativ texnologiyalar, Azərbaycanın postmünaqişə dövründə əldə etdiyi nailiyyətlər, həmçinin müxtəlif ölkələrin qabaqcıl təcrübələrinə dair təqdimatlar ediləcək. Eyni zamanda, şəhərsalma üzrə tədqiqatlar aparan nüfuzlu akademik heyətin iştirakı ilə təşkil olunan müzakirələr bu sahədə bilik mübadiləsini gücləndirəcək, elmə əsaslanan dayanıqlı qərarların qəbuluna təkan verəcək.

Foruma oktyabrın 17-də Bakıda yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Asiya Mənzil Hüquqları Koalisiyasının baş katibi: İcmalar dəyişiklik yaratmağa qadirdir

12:02
20 May

Kubanıçbek Ömüralıyev: Gələcəyimiz üçün dayanıqlı şəhərlər qurmağa fokuslanmalıyıq 

12:01
20 May

Esvatinili iştirakçı: WUF13-də əldə etdiyimiz təcrübə ölkəmizdə insanların əlçatan mənzillərlə təmin olunmasına kömək edə bilər  

12:00
20 May

Vahid Hacıyev: Azad olunmuş ərazilərdə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun, böhranlara davamlı yaşayış məntəqələri salınır  

11:59
20 May

Hindistanlı iştirakçı: Bakı WUF13 kimi mötəbər tədbirə çox gözəl ev sahibliyi edir

11:58
20 May

Mavriki Respublikasının Prezidenti İçərişəhərlə tanış olub

11:57
20 May

Monqolustan deputatı Bakıda WUF13-ün yüksək səviyyədə təşkil olunduğunu qeyd edib

11:56
20 May

Son dörd ayda DOST mərkəzlərində 335 min vətəndaşa xidmət göstərilib

11:55
20 May

Bakı Hərbi Kollecinin müəllimi: Vətəndaş rəyləri hökumətlərə daha düzgün məlumatlar toplamağa imkan verir  

11:55
20 May

Təşkilat rəhbəri: WUF13-də əldə edilən təcrübə ölkələrin inkişafına töhfə verəcək

11:54
20 May

WUF13 iştirakçısı: Müasir dövrdə şəhərlər mürəkkəb və çoxşaxəli çağırışlarla üz-üzədir

11:52
20 May

“EcoHub” WUF13 çərçivəsində su dayanıqlılığına həsr olunmuş tədbir keçirib

11:37
20 May

Mehmet Duman: “Ağıllı şəhər” layihələri Azərbaycanın şəhərsalma sahəsində innovativ inkişaf modelinə çevrilə bilər  

11:35
20 May

Britaniyalı tədqiqatçı: Bakı ictimai məkanlar baxımından dünyaya nümunədir

11:34
20 May

Fransa və Qrenlandiya nadir minerallarla bağlı niyyət bəyannaməsi imzalayıb

11:34
20 May

Dünya Bankı: Coğrafi məkan göstəriciləri Mərkəzi Asiya şəhərlərinin dayanıqlı inkişafına kömək edəcək  

11:33
20 May

Albaniyalı ekspert: Şəhərsalma siyasətləri məlumat və sübutlara əsaslanmalıdır

11:32
20 May

Şəhərsalma üzrə professor: Bakı müsbət şəhər transformasiyası modeli kimi inkişaf edir

11:30
20 May

Kanada nümayəndəsi: Şəhərləşmənin gələcəyi mövcud infrastruktur üzərində qurulur

11:29
20 May

WUF13-də Şərqi Avropa və Mərkəzi Asiyada şəhərsalma məsələləri müzakirə olunub

11:27
20 May

EAPV prezidenti: Dünya əhalisinin artması mənzil problemini daha da aktuallaşdırır

11:17
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!