Vitaminsiz qalmayaq
İnsan orqanizminin normal inkişafı üçün tələb olunan vacib elementlərdən biri də vitaminlərdir. Əsasən bitkilər tərəfindən sintez edilən vitaminlər maddələr mübadiləsini sürətləndirmək və immunitet sistemini dəstəkləməkdən, sağlam dərini qorumaq və qidanı enerjiyə çevirməyə qədər bir çox bədən funksiyasında mühüm rol oynayır.
Vitamin çatışmazlığı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu, qanazlığı və həzm problemləri kimi sağlamlığa təsir edən müxtəlif fəsadlara gətirib çıxarır.
D vitamini əskikliyi dövrün "tələbi"dir
Mütəxəssislər bildirirlər ki, A, B, C, D, E və K vitaminlərinin hər biri dəyərlidir, ancaq prioritet D vitaminidir. Möcüzəli molekul olan D vitamini həm bədənə, həm də ruha dərindən təsir edir və sağlamlığı hərtərəfli yaxşılaşdırır. Onun sayəsində beyin sağlamlığından ürək sağlamlığına, immunitet gücündən sümüyə, dişlərə, əzələ və oynaq gücünə, emosional və fiziki enerjiyə qədər bir çox funksiya yerinə yetirilə bilər.
D vitamini ehtiyacını, təəssüf ki, yalnız qida ilə, süd məhsulları, yumurta və ya balıq yeməklə ödəmək mümkün deyil. Qidalar gündəlik D vitamini ehtiyacının ən çox 2-3 faizini ödəyə bilir. Qalanını isə dərini günəşə verməklə qazanmaq olar. Günəş işığı ilə dərimizdə istehsal olunan və körpəlikdə ana südü sayəsində əldə etdiyimiz vitamin ən təhlükəsiz və zəmanətli D vitamini molekullarıdır. İnək südündəki D vitamini də təbii və mükəmməldir, lakin süd bəzi sənaye proseslərinə məruz qaldıqda əhəmiyyətli dərəcədə zədələnir.
Günəşin köməyi ilə orqanizmdə istehsal edilən təbii D vitamini sulfatlıdır. Ona görə də həm suda, həm də yağda həll olunmaq qabiliyyətinə malikdir. Nəticədə bədənin hər hüceyrəsinə, hər toxumasına və orqanına asanlıqla daxil ola bilir. Süni D vitamini isə sulfatsızdır. Buna görə də ilk seçim günəşdən alınan təbii D vitamini olmalıdır.
Bəzən belə bir halla rastlaşırıq ki, bir müddət öncə D vitamini səviyyəmiz 50-dən yuxarı olduğu halda sonradan 15-20-yə düşüb. Bunun səbəbi D vitamininin digər vitaminlər kimi daim istifadə olunan və istehlak edilən komponent olmasıdır. Hüceyrələrimiz öz funksiyalarını yerinə yetirərkən ondan xammal kimi istifadə edirlər. Bu sərfiyyat vaxtında bərpa edilməlidir. Orqanizmimizə daxil olan D vitamininin miqdarı istifadə olunan miqdardan aşağı olmamalıdır. Xüsusilə qış aylarında günəşdən uzaq durduğumuz üçün istehsal ya dayanır, ya da minimuma enir. Bu hal xroniki xəstəlikləri olanlarda, kök və tünd dərili insanlarda özünü daha çox büruzə verir. Əgər D vitamini əskikliyi yaşayırıqsa və bunu günəş işığı ilə bərpa edə bilmiriksə, həkim təyinatı ilə müvafiq dərmanların qəbulu həyata keçirilməlidir.
A vitamini yalnız qida vasitəsilə orqanizmə daxil olur
Sağlamlıq üçün önəmli olan vitaminlərdən biri də A vitaminidir. O, görmə, dəri, saç, dırnaq və dişlərin normal inkişafı üçün vacibdir. A vitamini çatışmazlığı özünü ən çox gözün fəaliyyətində göstərir. Bu zaman gözün qidalanması və görmə qabiliyyəti zəifləyir.
İnsan orqanizmi A vitamini istehsal edə bilmir. Bu vitamin yalnız qida vasitəsilə orqanizmə daxil ola bilir. Kök, balqabaq, kabak, ispanaq, bibər, kahı, pomidor, sarı meyvələr, yumurta sarısı, balıq və mal qaraciyərini gündəlik qida rasionuna əlavə etməklə bu vitamin əskikliyini bərpa etmək mümkündür. Əgər bu effekt verməsə, kapsula təyin olunur. Amma unutmayın ki, A vitamini qəbul edən zaman E vitamini də olmalıdır ki, bağırsaqda retinolun turşulaşmasının qarşısını alsın. Bu vitaminin az miqdarda bitki yağı ilə birgə qəbul olunması məsləhət görülür.
E və C vitaminləri orqanizmin normal fəaliyyəti üçün vacibdir
Bədənin normal fəaliyyəti üçün E vitamini mühüm əhəmiyyət kəsb edir. O, yağda həll olunan ən vacib vitaminlərdən biridir və bədəndə qaraciyərdə olur. Bu vitamin güclü antioksidantdır və orqanizmi həm zəhərli təsirlərdən, həm də sərbəst radikallardan qoruyaraq, daha güclü hüceyrə quruluşunu təmin edir. E vitamini xalq arasında pis xolesterol adlanan LDL xolesterolunun oksidləşməsinin qarşısını alaraq, orqanizmi xərçəng və buna bənzər pis xəstəliklərdən qoruyur. Onun çatışmazlığı az inkişaf etmiş populyasiyada və tarazsız qidalanmalarda özünü daha çox göstərir.
İmmunitetin gücləndirilməsi üçün isə C vitamininin qəbulu vacibdir. Yüksək dərəcədə antioksidant olan bu vitamin orqanizmdə E vitamini ilə birləşərək güclü qoruyucu təsirə çevrilir. Daha çox qreyfurt, limon, portağal, kivi, naringi kimi sitrus meyvələrin tərkibində mövcuddur. Qırmızı acı, şirin, yaşıl bibər C vitamini qaynaqlı tərəvəzlərdən hesab edilir. Mövsümü yaxınlaşan qarpız və çiyələyin tərkibində az da olsa, bu vitamin mövcuddur.
Son illərdə C vitamininin diabet üzərindəki effektiv təsiri haqqında məlumatlar geniş yayılıb. İnsulin bu vitaminin hüceyrəyə daxil olmasını təmin edir. Bu səbəbdən diabet və insulin müalicəsində C vitamini əhəmiyyətli rola sahibdir. Astma, yüksək təzyiq, infeksiyalar, ekzema, hepatit, mədə yarası, katarakta kimi bir çox xəstəliklərdə məhz bu vitaminin azlığı müşahidə edilir.
Streslər və emosional gərginliklər də immun sisteminin zəifləməsinə səbəb olur. Unutmamalıyıq ki, hər bir insan özünün həkimi olmalıdır. Sağlam həyat tərzinə və balanslı qida rasionuna əməl edilsə, orqanizm xəstəliklərdən xilas olar və ya onun qarşısı tamamilə alınar.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
02 May
Ukraynanın enerji sisteminin yarısı işləmir - Nazir
02 May
UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib
02 May
Ronaldu "Əl-Nəsr"i Səudiyyə Ərəbistanı Kral Kubokunun finalına çıxarıb
02 May
Gürcü politoloq: Bəzi qüvvələr Gürcüstanda dövlət çevrilişi etmək istəyir
02 May
Bakı Forumunun növbəti panel iclası münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi üçün sü...
02 May
Prezident İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədr...
02 May
Azərbaycanla Türkiyə arasında insan hüquqlarının müdafiəsində əməkdaşlıq məsələləri müzakirə edilib ...
02 May
“Sərhəd” hərbi-idman oyunları başa çatıb
02 May
İspaniyalı baş məşqçi: "Prezident Kuboku”nda iştirak hər bir idmançı üçün yaxşı təcrübə olacaq ...
02 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!