“Sərhəd” hərbi-idman oyunları başa çatıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində “Sərhəd” hərbi-idman oyunlarının başa çatması münasibəti ilə təntənəli tədbir keçirilib.
Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə iştirak edən DSX-nin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri qalib komandaları təbrik edərək, bu oyunların gənclərdə Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə ərazi bütövlüyü və suverenliyi tam bərpa olunan Vətənə, ölkəmizin hər yerində qürurla dalğalanan şanlı Zəfər bayrağımıza, toxunulmaz sərhədlərimizə məhəbbət hissinin aşılanmasında, sərhədçi peşəsinə marağın artırılmasında mühüm rol oynadığını vurğulayıblar.
Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümünə həsr olunmuş və ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 38 rayondan 187 məktəbin 875 şagirdi iştirak edib. İlk iki mərhələnin yekunlarına görə 11 komanda aprelin 24-dən mayın 1-dək final mərhələsində mübarizələrini davam etdiriblər.
Komandalar "Sərhəd pozucusunun yaхalanması və onun təхliyyə edilməsi", "Ləpirçilik", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi", "Maskalanma", "Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təхliyə olunması", "Avtomatın sökülməsi və yığılması", "Tüfəngdən hədəfə atəş açmaq" və "Sıra hazırlığı" üzrə öz bilik və bacarıqlarını sınaqdan keçiriblər.
Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidməti və məişət şəraiti ilə tanış olub, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil edilib, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçirilib.
Final mərhələsinin yekunlarına görə Cəlilabad rayonunun “Ləkin” komandası birinci, Qusar rayonunun “Zeyxur” komandası ikinci, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun “Ümid” komandası isə üçüncü yeri tutub.
Qaliblərə kubok, medal, diplom və qiymətli mükafatlar, oyunlarda fəal iştirak etmiş komandalara isə həvəsləndirici hədiyyələr təqdim edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Tovuzlu kümçülər qazanclarından razıdırlar
17 May
"Dəyirmi masa"da ekoloji problemlər və onların həlli yollarından danışılıb
17 May
Ağdamda vətəndaşların təklif və müraciətlərinə diqqətlə yanaşılır
17 May
Dost gəlişi bayram olur
17 May
Xəzərin "duz"u "şirin" olacaq
17 May
Qlobal çağırışa "yaşıl cavab"
17 May
Vətənpərvərlik tərbiyəsi ailədən başlayıb məktəbdə formalaşır
17 May
Arzusu qalib ölkənin zabiti obrazını yaratmaqdır
17 May
Sağlam nəsil sağlam gələcək deməkdir
17 May
"GreenAgroHack" hakaton yarışmasının açması...
17 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!