03 Aprel 2025 12:18
205
CƏMİYYƏT
A- A+
Vəkillər Kollegiyasının rəsmi internet resursuna oxşar saxta sayt yaradılıb

Vəkillər Kollegiyasının rəsmi internet resursuna oxşar saxta sayt yaradılıb


Qeyri-qanuni yolla maddi vəsait əldə etmək istəyən şəxs və ya şəxslər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının(ARVK) rəsmi saytına oxşar - https://vakil-az.com/ saytı vasitəsilə insanlara qarşı fişinq hücumları həyata keçirirlər.

Bu barədə Vəkillər Kollegiyasının mətbuat xidmətindən bildirilib.

Məqsəd vəkil və vətəndaşları çaşdırmaq, onların məlumatlarını ələ keçirmək və potensial olaraq qanunsuz fəaliyyətlər göstərməkdir.

Həmin saytda ARVK-nın rəsmi saytında olduğu kimi, kollegiya üzvləri ilə bağlı məlumatlar, əlaqə nömrələri yerləşdirilib, vəkillərin reyestrləri qeyd edilib.

Eyni zamanda, həmin şəxs və şəxslər bir qrup vəkilə yerli və xarici ölkələrin mobil nömrə qeydiyyatında olan “WhatsApp” vasitəsilə mesajlar yazaraq guya nömrələri “vakil-az.com” saytından əldə etdiklərini və hüquqi yardıma ehtiyaclarının olduqlarını bildiriblər. Yazışmalar zamanı göndərilən mesajların saxta olduğu və müraciətlərin fişinq hücumu məqsədi daşıdığı məlum olub.

Vətəndaşlardan xahiş olunur ki, bu cür şübhəli internet resurslarına güvənməsinlər və kibertəhlükəsizlik qaydalarına riayət etsinlər. Saytın ünvanını diqqətlə yoxlamaq və yalnız rəsmi səhifəyə daxil olmaq lazımdır. Eyni zamanda, şübhəli saytlara və mesajlara şəxsiyyət vəsiqəsi məlumatlarını, bank kartlarını və ya digər şəxsi informasiyanı daxil etmək olmaz.

Bu kimi hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına və Vəkillər Kollegiyasına məlumat verilməsi tövsiyə olunur.

ARVK məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verib, hazırda araşdırma aparılır və vətəndaşların hüquqlarının qorunması üçün lazımi tədbirlər görülür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın ilk satirik jurnalının yaranmasından 119 il ötür  

10:35
07 Aprel

Şuşada növbəti əmək yarmarkası keçirilib

10:18
07 Aprel

Piylənmənin səviyyəsi artdıqca sağlamlıq riskləri də artır - TƏDQİQAT

09:24
07 Aprel

Serbiya Prezidenti yeni hökuməti qurmağı Duro Macuta tapşırıb

23:57
06 Aprel

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlığı möhkəmləndirir

20:45
06 Aprel

Paytaxtda hava əsasən yağmursuz, bəzi dağlıq ərazilərdə isə yağıntılı olacaq

19:33
06 Aprel

Azərbaycanın sərbəst güləş komandası Gimnaziadanı 10 medalla başa vurub

18:23
06 Aprel

Azərbaycan-Mərakeş parlamentlərarası münasibətlərinə dair fikir mübadiləsi aparılıb

18:03
06 Aprel

Avropa Azərbaycan Mərkəzi mina xəbərdarlığı günü ilə əlaqədar dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

17:53
06 Aprel

Ombudsman beynəlxalq ictimaiyyəti Ermənistanı məsuliyyətə cəlb etməyə çağırıb

17:53
06 Aprel

Gimnaziada: Azərbaycanın sərbəst güləşçisi qızıl medal qazanıb  

17:06
06 Aprel

Parlamentlərarası İttifaqın Assambleyasında Azərbaycanın sosial sahədəki nailiyyətlərindən danışılıb  

16:31
06 Aprel

Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib

16:10
06 Aprel

Fransisk xəstəlikdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb

16:08
06 Aprel

Milli Məclisin sədri İsrail Knessetinin sədri ilə görüşüb

16:05
06 Aprel

Aktau şəhərinin meri Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb

15:52
06 Aprel

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir-PROQNOZ

15:51
06 Aprel

Bakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb

15:50
06 Aprel

“Sabah” qəzeti: “Yaşıl enerji dəhlizi” haqqında memorandum Ankara-Bakı əməkdaşlığının dərinləşdirilməsi yolunda mühüm addımdır

15:46
06 Aprel

Almaniyanın Reynland-Pfalts əyalətində bir evdə üç nəfərin meyiti aşkarlanıb

15:32
06 Aprel

Azərbaycan-Gürcüstan-Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatı yaradılacaq  

15:27
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!