09 Avqust 2025 18:01
508
SİYASƏT
A- A+
Vaşinqtonda imzalanan sənədlər uzun illər davam edən gərginliyin aradan qaldırılması istiqamətində mühüm mərhələ oldu – BƏYANAT

Vaşinqtonda imzalanan sənədlər uzun illər davam edən gərginliyin aradan qaldırılması istiqamətində mühüm mərhələ oldu – BƏYANAT

Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən üçtərəfli tarixi görüş və imzalanan sənədlər, uzun illər davam edən gərginliyin aradan qaldırılması istiqamətində mühüm mərhələ oldu. Sülh müqaviləsinin paraflanması tərəflərin əməkdaşlığa və ən əsası sülh müqaviləsini imzalamağa hazır olduğunu nümayiş etdirdi. Xüsusilə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə Ağ Evin simvolik açarını təqdim etməsi, iki ölkə arasındakı strateji tərəfdaşlığın və qarşılıqlı etimadın rəmzi kimi tarixə düşdü.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaydığı bəyanatda bildirilir.

“Azərbaycan-Ermənistan münaqişəsinin ən gərgin dövründə yaradılmış bir təşkilat olaraq BAMF artıq 30 ildən çoxdur ki, problemin sülh yolu ilə həlli üçün ardıcıl səylər göstərir. Bu illər ərzində minlərlə insan həyatını itirdi, saysız-hesabsız ailələr dağıldı, bölgənin sosial-iqtisadi inkişafı isə illərlə iflic vəziyyətində qaldı.

BAMF olaraq bu mühüm addımı və Vaşinqton görüşündə əldə olunan nəticələri yüksək dəyərləndiririk. İnanırıq ki, bu prosesin davamı olaraq Zəngəzur dəhlizinin açılması və regionda yeni nəqliyyat marşrutlarının canlanması Cənubi Qafqazın beynəlxalq ticarət və əməkdaşlıq xəritəsində mövqeyini gücləndirəcək, iqtisadi inkişafı sürətləndirəcək.

BAMF BMT-nin Əsas Məşvərətçi statuslu üzvü kimi 33 illik missiyasına sadiq qalaraq bundan sonra da sülhün, qarşılıqlı etimadın və davamlı inkişafın təmin olunmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə davam edəcək”, - deyə bəyanatda qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!