09 Avqust 2025 21:47
656
SİYASƏT
A- A+
Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycanın praqmatik və strateji diplomatiyasının ən parlaq nümunəsi kimi tarixə düşdü - ŞƏRH  

Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycanın praqmatik və strateji diplomatiyasının ən parlaq nümunəsi kimi tarixə düşdü - ŞƏRH  

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən üçtərəfli görüş və imzalanan Birgə Bəyannamə Azərbaycanın praqmatik və strateji diplomatiyasının ən parlaq nümunəsi kimi tarixə düşdü. Prezident İlham Əliyevin qətiyyətli liderliyi və milli maraqları qorumaq istiqamətindəki iradəsi bir daha Azərbaycanın beynəlxalq səhnədəki mövqeyini möhkəmləndirdi. Bu görüş yalnız üç dövlətin rəsmi müzakirələri ilə yekunlaşmadı, həm də Cənubi Qafqazın gələcəyini formalaşdıran əhəmiyyətli bir dönüş nöqtəsinə çevrildi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mahir Süleymanlı qeyd edib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Vaşinqtondakı görüşdə göstərdiyi liderlik, yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın maraqlarını üstün tutmağının açıq göstəricisidir: “Dövlətimizin başçısı Azərbaycanın milli maraqlarına tam uyğun, praqmatik diplomatiya nümayiş etdirərək, regiondakı bütün tərəflərə sabitlik və tərəqqi gətirəcək strateji yol xəritəsi ortaya qoydu”.

Mahir Süleymanlının sözlərinə görə, görüşün ən diqqət çəkən və Cənubi Qafqazın gələcəyini önəmli şəkildə dəyişdirəcək addımlardan biri “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin qəbul edilməsi olub: “Bu marşrut, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, həm də regionun iqtisadi və logistika baxımından nə qədər strateji əhəmiyyətə sahib olduğunu bir daha vurğulayacaq. Avtomobil və dəmir yolları ilə yanaşı, enerji ötürmə xətləri və müasir texnologiyalarla təchiz olunmuş bu infrastruktur layihəsi, Cənubi Qafqazın hərtərəfli inkişafını təmin edəcək və Azərbaycanla Naxçıvan arasında maneəsiz əlaqə yaradacaq. Bu layihə yalnız nəqliyyat əlaqələrini təmin etməklə qalmayacaq, həm də uzun müddətdir müzakirə olunan Zəngəzur dəhlizi məsələsinə rəsmi siyasi həll gətirəcək. Həmçinin TRIPP marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasına şərait yaradacaq, regionda tərəfdaşlar arasında etimadın artmasına və iqtisadi potensialın inkişafına mühüm töhfə verəcək”.

Deputat bildirib ki, görüşün digər mühüm nəticəsi ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının sona çatdırılması ilə bağlı qərar olub: “İllərlə davam edən və heç bir real nəticə verməyən bu mexanizm yerini, ABŞ-ın fəal dəstəyi ilə yeni, üçtərəfli əməkdaşlıq və sülh prosesinə verəcək. Bu, yalnız yeni diplomatik bir başlanğıc deyil, həm də regionda dayanıqlı sülh və əməkdaşlığın təməlini qoyacaq”.

“ABŞ Prezidenti tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması bu münasibətlərdə tarix yazan bir hadisə kimi qiymətləndirilir. Bu addım Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisi olmaqla yanaşı, həm də gələcəkdə təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində iki ölkə arasında sıx əməkdaşlıq üçün geniş imkanlar açacaq”, - deyə Mahir Süleymanlı qeyd edib.

Onun fikrincə, görüşdə müzakirə olunan digər vacib istiqamət enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, süni intellekt və innovasiya sahələrindəki əməkdaşlıq imkanları olub: “Bu sahələrdə əldə olunacaq razılaşmalar Azərbaycanın iqtisadiyyatını şaxələndirməyə, qabaqcıl texnologiyaların tətbiqinə və dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verəcək. ABŞ-ın Zəngəzur dəhlizi kimi beynəlxalq əhəmiyyətli layihələrə dəstək verməsi isə Azərbaycanın strateji təşəbbüslərinin beynəlxalq səviyyədə qəbul olunduğunu və ölkəmizin regionda mühüm geosiyasi aktora çevrildiyini göstərir”.

Sonda Mahir Süleymanlı vurğulayıb ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycanın müstəqil, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasi kursunun növbəti parlaq təzahürüdür: “Bu səfər həm uğurlu strateji diplomatiyanın davamı, həm də regionda sabitlik və beynəlxalq əməkdaşlığa aparan yolun yeni mərhələsi kimi tarixdə öz yerini alacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!