09 Avqust 2025 11:01
470
SİYASƏT
A- A+
Vaşinqton görüşü Prezident İlham Əliyevin qətiyyətli liderliyinin bariz nümunəsidir - ŞƏRH

Vaşinqton görüşü Prezident İlham Əliyevin qətiyyətli liderliyinin bariz nümunəsidir - ŞƏRH


Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri çərçivəsində avqustun 8-də Ağ Evdə keçirdiyi görüşlər Azərbaycanın diplomatiya tarixində tarixi dönüş nöqtəsi kimi yadda qaldı. Bu səfər Azərbaycan-ABŞ münasibətlərini strateji tərəfdaşlıq mərhələsinə yüksəldib və Ermənistan-Azərbaycan sülh gündəliyinin konkret nəticələrə doğru irəliləməsinə ciddi təkan verib. Əvvəlcə qeyd edək ki, Azərbaycan həmişə ABŞ ilə qarşılıqlı fayda və hörmətə əsaslanan münasibətlərin inkişafında maraqlı olub. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin ABŞ-a rəsmi səfəri ilə əsası qoyulmuş məzmunlu tərəfdaşlıq çərçivəsində ötən onilliklər ərzində xeyli uğurlar əldə edilib. Təəssüf ki, Cozef Baydenin prezidentliyi dövründə ABŞ administrasiyasının qeyri-rasional addımları nəticəsində ikitərəfli münasibətlərimiz xeyli zərər görmüşdü. 2024-cü ildə Donald Trampın yenidən prezident seçilməsi iki ölkə arasında münasibətləri qaydaya salmaq üçün imkan yaratdı. Donald Trampın prezident kimi vəzifələrinin icrasına başladığı cari ilin yanvar ayından bəri keçən qısa müddət ərzində iki ölkə rəhbərliyinin tapşırığı ilə davamlı təmaslar həyata keçirildi və yüksək səviyyəli siyasi dialoq üçün zəmin hazırlandı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Qaya Məmmədov söyləyib.

O bildirib ki, Prezident Donald Trampın Prezident İlham Əliyevi Ağ Evə dəvət etməsi və iki ölkə prezidentləri arasında aparılmış məzmunlu danışıqlar etimad mühitini bərpa etdi və əlaqələri strateji tərəfdaşlıq müstəvisinə qaytardı. Həmin görüş zamanı imzalanmış Anlaşma Memorandumu gələcək strateji əlaqələr üçün möhkəm hüquqi-siyasi baza yaradır. Bundan əlavə, Prezident Trampın “Azadlığı Dəstəkləmə Aktına” 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalaması ikitərəfli münasibətlərdə olmuş ən xoşagəlməz amillərdən birini aradan qaldırır. Bütün bu addımlar iki ölkə arasında ticarət, nəqliyyat, müdafiə, təhlükəsizlik, yeni texnologiyalar, süni intellekt daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə praktik əməkdaşlıq üçün möhkəm əsaslar yaradır.

Deputat vurğulayıb ki, Vaşinqton səfəri Ermənistan-Azərbaycan sülh prosesi baxımından da mühüm irəliləyiş gətirib. Səfər zamanı Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Birgə Bəyannamə imzalandı. ABŞ Prezidentinin şahid kimi imzaladığı bu sənəddə sülhün bərqərar edilməsi məqsədinə sadiqlik ifadə olunur, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının qurulmasına şərait yaratmaq öhdəliyi Ermənistan tərəfindən qəbul edilir. Bundan başqa, iki ölkə xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun buraxılması barədə birgə müraciət imzaladılar. Minsk Qrupunun ləğvi isə sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü əsas şərtlərdən biridir.

“Səfər zamanı, həmçinin iki ölkənin xarici işlər nazirləri “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini parafladı, yəni üzərində danışıqlar başa çatmış mətnin həqiqiliyini təsbit etdilər. Sazişin paraflanması onun imzalanması istiqamətində əhəmiyyətli addımdır. Prezident İlham Əliyevin görüşdən sonra verdiyi müsahibəsində bildirdiyi kimi, Ermənistanın yerinə yetirməli ev tapşırıqları hələ qalmaqdadır. Söhbət sülh sazişinin imzalanması üçün Azərbaycanın digər şərtinin yerinə yetirilməsi - Ermənistanın konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasından gedir. Qeyd edək ki, Birgə Bəyannamədə sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməli olması barədə müddəa məhz Ermənistanın konstitusiya dəyişikliyinə aiddir. Ermənistanın ATƏT-in Minsk qrupunun ləğv edilməsinə razı olması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantıya şərait yaratmaq öhdəliyini yenidən təsdiq etməsi Prezident İlham Əliyevin prinsipial mövqeyinin təntənəsi və Azərbaycanın tarixi uğurudur. Vaşinqton səfəri Prezident İlham Əliyevin ölkənin milli maraqlarını qorumaq, sülh və regional sabitliyi təmin etmək istiqamətində nümayiş etdirdiyi liderliyinin bariz nümunəsidir. Azərbaycan Prezidentinin diplomatik məharəti sayəsində ABŞ-la strateji əməkdaşlıq daha zəngin gündəliklə bərpa olundu və sülh gündəliyi konkret addımlarla irəlilədildi. Mövcud geosiyasi reallıqlar şəraitində bu nailiyyətlər ölkəmizin milli təhlükəsizliyini daha da möhkəmləndirir, beynəlxalq nüfuzunu artırır, regionda sülh və sabitlik üçün möhkəm əsas yaradır”, deyə Q. Məmmədov diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!