24 Oktyabr 2025 11:35
359
CƏMİYYƏT
A- A+
Varşavada Azərbaycan-Polşa biznes forumu və iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib  

Varşavada Azərbaycan-Polşa biznes forumu və iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib  


Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan və Polşa respublikaları arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası və iclas çərçivəsində Azərbaycan-Polşa biznes forumu keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərdə iştirak etmək üçün Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Polşaya səfər edib.

Əvvəlcə, nazir K.Heydərov və Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri, Polşanın iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini Mixal Baranovski Azərbaycan-Polşa biznes forumunun açılış mərasimində iştirak ediblər.

Tədbirdə çıxış edən K.Heydərov iki ölkə arasında siyasi əlaqələrin uğurlu inkişafının iqtisadi əməkdaşlığın da genişlənməsi üçün əlverişli imkanlar yaratdığını qeyd edib. Sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, eləcə də nəqliyyat, dəmir yolu infrastrukturu, kənd təsərrüfatı, turizm, qida, tikinti, enerji və digər sahələrdə əməkdaşlığın inkişafının ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Azərbaycanda xarici sərmayədarlar üçün formalaşdırılmış əlverişli biznes və investisiya mühitinin Polşa şirkətlərinin ölkə iqtisadiyyatına sərmayə yatırmaları baxımından geniş imkanlar yaratdığını bildirən nazir keçirilən biznes-forumun iqtisadi əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Forumda çıxış edən M. Baranovski Azərbaycan və Polşa arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, bu istiqamətdə məqsədyönlü tədbirlər görüldüyünü, keçirilən biznes-forumun münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi AZPROMO, Azərbaycanın Mərkəzi Avropa üzrə Ticarət Nümayəndəliyi və Polşa İnvestisiya və Ticarət Agentliyinin (PAIH) birgə təşkilatçılığı ilə keçirilmiş biznes-forumda Azərbaycan və Polşadan ümumilikdə 130-dan çox iş adamı iştirak edib.

Daha sonra Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası öz işinə başlayıb.

İclasda çıxış edən Komissiyanın Azərbaycan tərəfindən həmsədri K.Heydərov səfər zamanı göstərilən qonaqpərvərliyə görə Polşa tərəfinə təşəkkür edib.

Azərbaycan-Polşa münasibətlərinin tarixi köklərə və qarşılıqlı hörmətə əsaslandığını xatırladan nazir iki ölkə liderləri arasında keçirilən səmərəli görüşlərin və mövcud qarşılıqlı etimadın ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin daha da inkişafı üçün möhkəm əsaslar yaratdığını bildirib. Bu çərçivədə hazırkı iclasın ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin daha genişlənməsinə, eləcə də davamlı tərəfdaşlığın yeni layihələr və praktiki təşəbbüslər vasitəsilə möhkəmləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Komissiyanın Bakıda keçirilmiş 8-ci iclası çərçivəsində imzalanmış sənədlər üzrə ötən dövr ərzində həyata keçirilmiş məhsuldar fəaliyyətdən danışan K.Heydərov vurğulayıb ki, Komissiyanın əvvəlki qərarlarının icrası nəticəsində Azərbaycan-Polşa iqtisadi əlaqələrində müsbət nəticələr əldə edilib, sənaye və kənd təsərrüfatının müxtəlif sahələri, enerji, logistika və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi məqsədilə praktiki addımlar atılıb.

İclasda çıxış edən M.Baranovski ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edib, iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu xatırladıb və Hökumətlərarası Komissiya çərçivəsində səmərəli fəaliyyətdən danışıb.

İclasda qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi edilib, Komissiya üzvlərinin fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.

İclasın sonunda “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolu” imzalanıb. Protokolu Komissiyanın həmsədrləri – K.Heydərov və M. Baranovski imzalayıblar.

Həmçinin iclas çərçivəsində “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva və Polşa Baş Baytarlıq Müfəttişliyinin rəisi Pavel Meyer imzalayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!