20 İyul 2025 08:25
499
İQTİSADİYYAT
A- A+
Uzaq məsafə yaxın münasibət

Uzaq məsafə yaxın münasibət


Azərbaycanla Vyetnam arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün imkanlar çoxdur


Müasir dünyanın mürəkkəb və sürətlə dəyişən iqtisadi-siyasi mənzərəsində ölkələr getdikcə daha çox qarşılıqlı əməkdaşlığa üstünlük verirlər. Qlobal oyun qaydalarının yenidən yazıldığı bir dövrdə regional əməkdaşlıq formatları  dövlətlər arasında körpü rolunu oynayaraq strateji tərəfdaşlıqların əsasını qoyur. 

Bu baxımdan Azərbaycan ilə Vyetnam arasındakı İqtisadi-Ticarət və Elmi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya sadəcə bir struktur deyil,  iki dost ölkənin ortaq məqsədlər istiqamətində irəliləmək əzminin rəmzidir. Platforma həm iqtisadi əlaqələrin yeni nəfəs qazanmasına, həm də elmi və texnoloji dialoqun dərinləşməsinə xidmət edir. İki ölkənin uzaq coğrafiyalarda yerləşmsinə baxmayaraq, yaxın mövqelərdən çıxış etməsi əməkdaşlığın nə qədər dəyərli və perspektivli olduğunu bir daha sübut edir.

Xatırladaq ki, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Coğrafi uzaqlıq və fərqli inkişaf sisteminə baxmayaraq, iki ölkə arasında iqtisadi, texnoloji əməkdaşlığın daha təşkilatlanmış formaya salınmasına uzun illər ehtiyac olmuşdu. Nəhayət, 2014-cü ildə iki ölkə arasında İqtisadi-Ticarət və Elmi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya yaradıldı. Komissiyanın hüquqi bazasını ikitərəfli protokollar, çərçivə sazişləri və hökumətlərarası razılaşmalar təşkil edir. 

Belə ümumi əməkdaşlıq çərçivəsində ən son fəaliyyətlərdən biri kimi bu günlər Hanoyda Vyetnam-Azərbaycan Hökumətlərarası Komissiyanın 3-cü iclası ərəfəsində Vyetnam-Azərbaycan Birinci Biznes Şurası və Biznes-Forumu keçirilib. Biznes-forumun əsas məqsədi Azərbaycan və Vyetnam arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, işgüzar dairələr arasında əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın yeni imkanlarının müəyyənləşdirilməsi idi. Tədbir həm hökumət nümayəndələrinin, həm də iş adamlarının bir araya gəldiyi platforma olaraq konkret layihələrin müzakirəsi, əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi üçün əvəzsiz rol oynadı. 

Energetika, kənd təsərrüfatı, sənaye və xidmət sektorlarında qarşılıqlı investisiyaların artırılması forumun prioritetləri sırasında yer aldı. Burada qarşılıqlı ticarət dövriyyəsinin artırılması, ixracyönümlü məhsulların təbliği, biznes-forumlar və sərgilərin təşkil olunması kimi məsələlər müzakirə olundu. Elmi-texniki əməkdaşlıq sahəsində isə yüksək texnologiyalar, rəqəmsal transformasiya və innovasiyalar, elmi tədqiqat institutları arasında birgə layihələr diqqətdən kənarda qalmadı. Enerji sektorunda neft və qazla yanaşı, alternativ enerji layihələrinin inkişafı, sənaye parklarında birgə investisiyalar üçün imkanların yaradılması da geniş şəkildə müzakirə edildi.

Biznes Şurası və Forumun açılışında Vyetnam Sosialist Respublikasının sənaye və ticarət nazirinin müavini Nquyen Hoanq Lonq və Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov çıxış etdilər. “Vyetnam şirkətləri üçün Azərbaycan yalnız 10 milyonluq daxili bazar deyil, həmçinin Qafqaz, Mərkəzi Asiya və Avropa regionlarına çıxış üçün strateji qapıdır. Eyni zamanda Azərbaycan şirkətləri üçün Vyetnam sürətlə inkişaf edən, innovasiyalara açıq və strateji əhəmiyyət kəsb edən Asiya bazarıdır. Sahibkarları Azərbaycan və Vyetnamda investisiya mühiti, iqtisadi zonalar, sənaye parkları, yüksək texnologiyalar, kənd təsərrüfatı, karbohidrogenlər və bərpaolunan enerji sahələrində informasiya mübadiləsinə qoşulmağa, qarşılıqlı biznes missiyaları təşkil etməyə, mövcud imkanlardan faydalanmağa, birgə müəssisələr yaratmağa və konkret layihələrə sərmayə yatırmağa dəvət edirik”, - deyə nazir Pərviz Şahbazov vurğulayıb. Azərbaycan–Vyetnam Biznes Şurasının ilk iclasında çıxış edən KOBİA sədri Orxan Məmmədov isə bildirib ki, bu yeni platforma qarşılıqlı iqtisadi əlaqələrin dərinləşdirilməsinə, sahibkarlar arasında bilavasitə əlaqələrin qurulmasına və qarşılıqlı səfərlərin təşkili ilə biznes imkanlarının daha da artırılmasına xidmət edəcək.

Forum çərçivəsində bir neçə əhəmiyyətli razılaşmalar əldə olunub, həmçinin gələcəkdə əməkdaşlığı genişləndirmək üçün işçi qruplarının yaradılması qərara alınıb. VINEN və AZPROMO, “Phong Phu Corporation” və “GP Cotton Holdings”, “Tuong Vu JSC. CO” və “Fresh – Meat”, “ANC Group” MMC və “7 Center”, həmçinin Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “ROX Group” SC arasında əməkdaşlıq sənədləri imzalanıb. BOEMDA ilə “ROX Group” SC arasında imzalanmış bərpaolunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu batareya saxlama sistemləri, şəbəkədənkənar və şəbəkəyə qoşulan günəş enerjisi sistemləri, quruda və dənizdə külək enerjisi, hidrogen və ammonyak istehsalı sahəsində əməkdaşlığı nəzərdə tutur. B2B formatında keçirilən görüşlərdə  isə Azərbaycan və Vyetnamdan olan şirkətlər öz məhsul və xidmətlərini təqdim ediblər. Azərbaycan tərəfindən Ələt Azad İqtisadi Zonasının nümayəndələri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, habelə Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən təqdimatlar həyata keçirilib. Tərəflər arasında imzalanmış sənədlər və müzakirə olunan mövzular yaxın illərdə Azərbaycan və Vyetnam arasında iqtisadi münasibətlərin daha da güclənəcəyini göstərir.

Azərbaycan və Vyetnam arasında yaradılmış Hökumətlərarası Komissiya iki ölkənin strateji maraqlarının uzlaşdığı vacib bir platformadır. Bu əməkdaşlıq formatı yalnız iqtisadi-ticari əlaqələrin deyil, həm də elmi, texnoloji və humanitar sahələrin inkişafı üçün zəmin yaradır. Qlobal çağırışlar fonunda belə mexanizmlər iki ölkənin potensialından qarşılıqlı fayda əldə etmək üçün əhəmiyyətli alətdir.


Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!