11 Aprel 2025 08:40
354
SİYASƏT
A- A+
USAID saxtakarlıq yuvasına çevrilmişdi

USAID saxtakarlıq yuvasına çevrilmişdi


Bayden-Blinken administrasiyası bu təşkilatdan öz maraqları üçün istifadə edirdi


Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Zəfəri həzm edə bilməyən təşkilatlardan biri də ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) idi. Adı həmişə korrupsiyada hallanan bu təşkilatın ölkəmizə qarşı qərəzinin səbəblərindən biri Azərbaycanda öz çirkin niyyətlərini həyata keçirə bilməməsidir. Azərbaycan müstəqil, suveren, güclü və qüdrətli bir dövlətdir. Heç bir dövlət, heç bir beynəlxalq təşkilat Azərbaycana öz şərtlərini diqtə edə bilməz. 

Azərbaycanın həm 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərini, həm də 2023-cü il sentyabrın 19-20-də uğurla həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyini tam bərpa etməsini böyük qısqanclıqla qarşılaması USAID-in ermənipərəst mövqeyindən xəbər verirdi. 30 illik işğal dövründə bir milyondan çox soydaşımızın tapdalanmış hüquqlarının bərpasına maraq göstərməyən Bayden hakimiyyəti korrupsiyaya bulaşmış belə təşkilatlar vasitəsilə Qarabağı könüllü tərk etmiş ermənilərin guya etnik təmizləməyə məruz qaldığını iddia etməklə onlara külli miqdarda maliyyə yardımı göstərirdi.

Münasibətlər heç də həmişə eyni səviyyədə qalmır, daim dəyişilir, yenilənir. Bütün dünya Donald Trampın ABŞ Prezidenti seçilməsi ilə ölkənin daxili və xarici siyasət prioritetlərinin əsaslı şəkildə dəyişdiyini yaxından görür. Yeni seçilmiş ABŞ Pezidentinin atdığı ilk addımlar onun uğurlu siyasət yürüdəcəyini göstərir. D.Trampın verdiyi qərarlardan biri də uzun illər Vaşinqtonun yumşaq güc rıçaqı kimi istifadə etdiyi USAID-in fəaliyyətini dayandırması oldu. Bu, ABŞ-nin xarici siyasətində son illərdə baş verən ən əsaslı dəyişikliklik kimi tarixə düşdü. Agentliyin vəzifəsi demokratiyaya dəstək və iqtisadi layihələr adı altında humanitar layihələr, sahibkarlığa, qadın hüquqlarına dəstək, təhsil, tibb və sair sahələrdə sosial layihələr gerçəkləşdirmək olsa da, mahiyyət etibarilə Mərkəzi Kəşfiyyat İdarəsinin alt strukturu kimi fəaliyyət göstərirdi. Ölkənin hərbi və kəşfiyyat dairələri USAID-dən ABŞ-nin dost saymadığı dövlətlərdə mövcud ictimai-siyasi quruluşun dəyişməsi üçün "rəngli inqilab"lar həyata keçirmək üçün vasitə kimi istifadə edirdi. 

Agentliyin korrupsiya bataqlığına batması faktı çoxdan dünyaya məlum idi. Bunu ən yüksək səviyyədə Donald Tramp etiraf edərək USAID-i həddən artıq korrupsiyalaşmış təşkilat adlandırdı. O, bu barədə jurnalistlərə bildirib: "Mən bilmək istərdim ki, orada necə "otkatlar" olub. Kim bu qədər pul xərcləyərdi. Orada saxtakarlıq var, bu, dəhşətlidir. Heç bir pula layiq olmayan hər cür qruplara yüz milyonlarla dollar xərclənib".

Bayden-Blinken administrasiyası bu təşkilat vasitəsilə öz istəklərini Azərbaycana qəbul etdirməyə çalışsa da, məqsədinə çata bilmədi. Rəsmi Bakı çox haqlı olaraq bu təşkilatla bağlı sazişin uzadılmaması barədə qərar qəbul etdi.

Aprelin 9-da ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda dövlətimizin başçısı iştirakçıların suallarını cavablandırarkən ABŞ ilə Azərbaycan arasındakı münasibətlərə və USAID-lə bağlı məsələlərə də toxunub. Azərbaycan Prezidenti bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər böhran vəziyyətində olan münasibətlər kimi səciyyələndirilə bilər: "Bunun səbəbkarı biz deyildik. Biz dünyanın ən güclü ölkəsi olan ABŞ ilə hər zaman yaxşı münasibətlərimizin olmasını istəmişik. Bu, cənab Blinkenin rəhbərlik etdiyi Dövlət Departamentinin yürütdüyü anti-Azərbaycan siyasəti və Prezident Bayden administrasiyasında olan anti-Azərbaycan mövqeli bir çox şəxslər üzündən baş verdi. Mən Azərbaycanda məyusluğa səbəb olmuş müxtəlif faktları qeyd edə bilərəm. Düşünürəm ki, cəmi birini - Azərbaycana qarşı sanksiyaların yenidən necə tətbiq olunmasını söyləmək kifayətdir... "ABŞ-nin Azərbaycana ehtiyacı olanda Azərbaycana münasibətdə ayrı-seçkiliyi nümayiş etdirən Azadlığa Dəstək Aktına "907-ci düzəliş" müvəqqəti olaraq dayandırılırdı. ABŞ-nin hər bir prezidenti hər il bunu dayandırırdı. Lakin Bayden-Blinken administrasiyası Əfqanıstandan qaçan kimi, - bunu onların necə etdiyini hamımız gördük, - onlar bizə qarşı bu düzəlişi yenidən tətbiq etdilər. Belə nankor olmaq administrasiyanın özünə də ziyan verir. Çünki bundan sonra onlara kim etimad edəcəkdi? Bizim Bayden-Blinken komandasına etimad səviyyəmiz sıfra bərabər idi. Münasibətlərimiz dərin böhran içərisində idi. Bayden-Blinken komandasının rəhbərliyi dövründə ABŞ Ermənistana münasibətdə birtərəfli mövqe tutdu."

Prezident İlham Əliyev Donald Trampın ABŞ-də hakimiyyətə gəlişindən sonra Bayden-Blinken komandası zamanında Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın dayandırıldığını bildirib: "Onların "Washington Post", "New York Times", "Politico" və sair kimi bizə qarşı çox aqressiv olan, Prezident Trampın "feyk xəbərlər" adlandırdığı media Azərbaycan haqqında çirkin məqalələr dərc etməyi dərhal dayandırdı. Biz bilirdik ki, bu məqalələrin mənbəyi Dövlət Departamentidir. USAID-lə də bağlı vəziyyət eyni idi. İndi, yeri gəlmişkən, bizim Baş prokuror USAID-in qanunsuz fəaliyyətini araşdırır. Mənə ilkin araşdırma ilə bağlı artıq məlumat verilmişdir. Bu, anti-Azərbaycan fəaliyyətinin miqyasını, hökumətimizə xələl gətirmək, daxili işlərimizə müdaxilə etmək və qarışmaq səylərini nümayiş etdirir. Sənədlər hazır olan kimi biz onu Prezident Tramp administrasiyasına təqdim edəcəyik ki, onlar bu korrupsiyaya uğramış USAID və onun korrupsiyalaşmış rəhbərləri barəsində ciddi tədbirlər görə bilsin..." 

Cənubi  Qafqazda sülhün və sabitliyin, təhlükəsizliyin yaranmasına qarşı çıxan qüvvələrdən biri məhz USAID idi. Tarixə qovuşmuş bu təşkilat həmişə açıq-aşkar erməniləri dəstəkləyib, tərəqqiyə, inkişafa deyil, maliyyə inhisarçılığına, düşmənlərimizin maraqlarına xidmət edib. Ümid etmək olar ki, USAID-in ABŞ ilə  düşmən etməyə cəhd göstərdiyi dövlətlər bundan sonra bu ölkəyə dost münasibət göstərəcəklər. Ona görə ki, həmin münasibətlərə xələl gətirən USAID və onun kimi bir çox təşkilatların fəaliyyətləri dayandırılıb. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"Prezident həqiqətləri dünyaya çatdırdı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!