19 Mart 2025 08:05
512
SİYASƏT
A- A+
USAID, "Azadlıq Radiosu" və "Amerikanın səsi" haqq etdikləri taleyi yaşayırlar

USAID, "Azadlıq Radiosu" və "Amerikanın səsi" haqq etdikləri taleyi yaşayırlar


ABŞ-nin yeni rəhbərliyinin ilk tədbirlərindən biri bu ölkənin maraqları ilə uzlaşmayan fəaliyyətlərin qarşısının alınması və bu çərçivədə maliyyə intizamının gücləndirilməsi oldu. Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyinin Artırılması Departamenti (DOGE) qısa müddətdə bu sahədə xeyli iş görüb.

Bu istiqamətdə atılan addımlardan biri son həftələrdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ətrafında baş verənlərdir.  Donald Tramp administrasiyası araşdırmalardan sonra USAID-in proqramlarının 83 faizini rəsmən dayandırıb. "Altıhəftəlik araşdırmadan sonra biz USAID proqramlarının 83 faizini dayandırdıq. Ləğv edilən 5200 müqavilə çərçivəsində on milyardlarla dollar Birləşmiş Ştatların maraqlarına uyğun olmayan şəkildə və bəzi hallarda hətta onun zərərinə xərclənib", - deyə ABŞ Dövlət katibi Marko Rubio bununla bağlı bildirib. USAID-in proqramlarının rəsmən dayandırılmasının ardınca isə Prezident Donald Tramp bir neçə gün əvvəl ABŞ hökumətinin Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb. Qeyd edək ki, Qlobal Media Agentliyi "Azadlıq radiosu" və "Amerikanın səsi" radiostansiyalarına nəzarət edir. Bundan sonra "Amerikanın səsi"nin 1300-dən çox əməkdaşı inzibati məzuniyyətə göndərilib, radiostansiyanın özünün isə fəaliyyəti dayanıb. "Azadlıq Radiosu" da ABŞ hökumətindən maliyyələşdirmənin dayandırılmasına dair sənədin alınmasını təsdiqləyib.

Xatırladaq ki, İlon Mask hələ ötən ay "Azadlıq Radiosu" və "Amerikanın səsi" radiostansiyalarını bağlanmalı olduğunu bildirmişdi. Bununla bağlı sosial şəbəkə hesabında yazan Mask bu radiolara heç kim qulaq asmadığını və onların fəaliyyətinə ildə təxminən 1 milyard dollar xərcləndiyini demişdi.

Beləliklə, tarixi boyu USAID kimi bədnam əməllərlə məşğul olan, öz fəaliyyətini ayrı-ayrı dövlətlərə qarşı qarayaxma kampaniyası üzərində quran bu radiolar da indi layiq olduqları taleyə məhkum olunublar.

 Həm USAID, həm də sözügedən bədnam radiostansiyalar onilliklər boyu Azərbaycan dövlətinə və xalqına qarşı da çirkin kampaniyalar təşkil ediblər. Demokratiya, insan hüquqları pərdəsinə bürünərək Azərbaycan dövlətinin uğurlarına, müstəqil siyasətinə kölgə salmağa çalışıblar, ölkəmizə şər və böhtan atıblar. Media etikasından uzaq olan bu radioların və məkr yuvası olan USAID-in Azərbaycana yanaşmasında hər zaman qərəzlilik, qeyri-obyektivlik, riyakarlıq müşahidə olunub. Azərbaycan nə vaxt beynəlxalq uğura imza atıbsa onlar respublikamıza qarşı təxribatçı fəaliyyətlə məşğul olublar. Həm bu radioların efirlərində, həm də USAID-in fəaliyyətində daim Ermənistanın işğal siyasətinə dəstək müşahidə olunub. USAID maliyyə vəsaiti ayırdığı, dəstəklədiyi təşkilatlar vasitəsilə respublikamızda pozuculuq fəaliyyəti həyata keçirməyə çalışıb.  Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra isə bu təşkilat ölkəmizə qarşı yeni məkrli planlar işə salmış, o cümlədən xalqımızın ən böyük üstünlüklərindən biri olan ailə və milli dəyərlərini hədəfə almışdı.

Qeyd edək ki, Azərbaycanda sağlam düşüncəli, dövlətçilik mövqeyi olan insnalar bu şər yuvalarının əsl niyyətlərini hər zaman ifşa ediblər, onlara işləyən xəyanətkarların simalarını açıb göstəriblər. Azərbaycan KİV-ində həm USAID-in, həm də "Azadlıq Radiosu" və "Amerikanın səsi" radiolarının fəaliyyəti ilə bağlı çoxsaylı tənqidi yazılara rast gəlmək mümkündür.

Artıq onların hər biri layiq olduqları yerdədirlər. Hər zaman yalnız nifrətlə xatırlanacaq bu riyakar qurumlar fəaliyyətlərini dayandırmaqla layiq olduqları taleyi yaşayırlar. Onları cəzalandıran isə elə ABŞ dövlətinin özüdür.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

“Qəhrəmanların izi ilə” layihəsi başa çatıb

18:31
03 Mart

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında dini-mənəvi həmrəylik yeni mərhələyə yüksəlir  

18:28
03 Mart

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:21
03 Mart

Süveyş kanalı yenidən risk altında: iri gəmiçilik şirkətləri keçidi dayandırır

18:19
03 Mart

Fövqəladə hallar naziri BMMT-nin İcraiyyə Şurasının növbədənkənar sessiyasında iştirak edib  

18:18
03 Mart

Yaxın Şərqdə müharibənin uzanması Avrozonada inflyasiyanı artıra bilər

18:17
03 Mart

Küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

18:01
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!