17 Dekabr 2024 16:14
118
SİYASƏT
A- A+
UNESCO Ermənistana faktaraşdırıcı missiya göndərsin - Azərbaycan QHT-lərindən Azuleyə çağırış  

UNESCO Ermənistana faktaraşdırıcı missiya göndərsin - Azərbaycan QHT-lərindən Azuleyə çağırış  

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri UNESCO-nun Baş direktoru Odri Azuleyə Açıq Məktub ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Biz sizə Ermənistanın Azərbaycan xalqına məxsus mədəni və tarixi irsi məqsədli şəkildə məhv etməsindən dərin narahatlığımızı ifadə etmək və bununla bağlı əməli addımların atılmasına çağırış etmək məqsədilə müraciət edirik. Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində Qərbi Zəngəzur, Qafan, İrəvan, Göyçə, Nüvədi, Vedi və digər bölgələrdə Azərbaycan xalqının mədəni irsi məhv edilib, mənimsənilib. Məsələn, İrəvanda yerləşən Dəmirbulaq məscidi 1990-cı illərin əvvəllərində buldozerlə dağıdılıb, XVI əsrə aid Sərdar məscidi isə bir neçə mərhələdə məhv edilib. Qala məscidi, Şah Abbas məscidi, Təpəbaşı məscidi, Zal Xan məscidi, Sərtib Xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər bəy məscidi, Rəcəb Paşa məscidi, Məhəmməd Sərtib Xan məscidi, Hacı İnam məscidi və Ermənistan ərazisində yerləşən 300-dən artıq digər dini və mədəni abidələri eyni aqibətlə üzləşib.

Bundan əlavə, Ermənistan ərazisində Aşağı Şorca, Qullubulaq, Saral və Ağadada kimi 500-dən artıq Azərbaycan qəbiristanlığı təhqir edilərək dağıdılıb”. Azərbaycan QHT-ləri bunu qəbuledilməz sayıb, o da vurğulanıb Aşıq Ələsgərin məzarı da bu cür münasibətlə üzləşib.

Qeyd olunub ki, bu geniş miqyaslı kampaniya yalnız fiziki dağıntılarla məhdudlaşmayaraq, Azərbaycan kəndlərinin tarixi adlarının da tamamilə dəyişdirilməsi və erməni adları ilə əvəzlənməsi ilə müşayiət edilib: “Ermənistan ərazisində qalan yeganə məscid - İrəvandakı Göy Məscid saxtalaşdırılaraq “fars məscidi” kimi təqdim edilir”.

Məktubda xüsusi qeyd edilir ki, İrəvanda yerləşən və Azərbaycanın tarixi şəhərinin yeganə qalıqları olan Təpəbaşı məhəlləsi tamamilə məhv təhlükəsi ilə üz-üzədir, bununla bağlı dəfələrlə məsələ qaldırılsa da, UNESCO praktiki addımlar atmayıb: “UNESCO-nun məsələyə təcili müdaxiləsi zəruridir. Təşkilatın üzv dövlətlərindən biri tərəfindən mədəni mülkiyyətin məqsədyönlü şəkildə məhvinə və Azərbaycanın mədəni irsinin, tarixi köklərinin inkar edilməsinə qarşı UNESCO prinsipial və ardıcıl mövqe nümayiş etdirməlidir. Biz – Azərbaycanın QHT nümayəndələri UNESCO-dan Ermənistan ərazisinə faktaraşdırıcı missiya göndərməsini, Azərbaycan xalqına məxsus mədəni irsin vəziyyətini monitorinq etməsini və sənədləşdirməsini, Ermənistandan UNESCO sənədləri də daxil olmaqla, beynəlxalq konvensiyalar çərçivəsində mədəni irsin qorunması üzrə öhdəliklərinə əməl etməsinin tələb olunmasını bir daha xahiş edirik”.

Açıq Məktubu “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Qərbi Azərbaycan İcması, “Miras” Mədəni İrsin Təbliği İctimai Birliyi, “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyi, “Zəngəzur” Cəmiyyətləri, Beynəlxalq Avrasiya Mətbuat Fondu, D.Əliyeva adına Azərbaycan Qadın Hüquqları Cəmiyyəti, Azərbaycan Milli İnsan Hüquqları Cəmiyyəti, “Hüquqların və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyi, “Obyektiv” Milli Dəyərlərin Təbliği İctimai Birliyi, “Prioritet” Sosial İqtisadi Tədqiqatlar Mərkəzi, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi, “ICOMOS Azərbaycan” İctimai Birliyi, Cəfər Cabbarlı Mədəniyyət, Elm və Təhsilin İnkişafı İctimai Birliyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyi, Azərbaycan Mədəni İrsinin Qorunması və Turizmə Dəstək Assosiasiyası, “Əbədi Turan” Kitab Fondu, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması”, Mirzə Ələkbər Sabir Fondu, “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyi, “İz” Mədəni İnkişaf və Dəstək İctimai Birliyi və Müvəkkil Hüquq Mərkəzi imzalayıb.

Hələlik UNESCO Açıq Məktuba heç bir cavab verməyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kitabxana və muzeylərin fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişikliklər plenar iclasa tövsiyə olunub  

19:21
17 Dekabr

Ceyhun Bayramov: Azərbaycan AQEM-in transformasiyasına və dayanıqlı inkişafa töhfə verəcək

19:19
17 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir  

19:17
17 Dekabr

Vyetnam nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

18:09
17 Dekabr

Nazir: Asiyada daha təhlükəsiz, dayanıqlı və səmərəli infrastrukturun təşviqi üçün çalışacağıq

17:34
17 Dekabr

Ceyhun Bayramov: Azərbaycan AQEM Sədrliyini sülh, sabitlik və dayanıqlı inkişafa möhkəm sadiqliyinə əsaslanaraq quracaq  

17:33
17 Dekabr

“Qalib ölkənin qalibləri“ mükafatlandırılıb

17:32
17 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:30
17 Dekabr

Yeni Azərbaycan Partiyası müşavirə keçirib

17:29
17 Dekabr

Bu ilin 11 ayında daşınan sərnişin və yükün həcmi açıqlanıb  

17:28
17 Dekabr

Əbədiyaşarlıq rəmzi

17:01
17 Dekabr

Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb

16:59
17 Dekabr

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

16:56
17 Dekabr

Prezident İlham Əliyev Rusiyanın Tatarıstan Respublikasının Rəisi ilə görüşüb YENİLƏNİB

16:30
17 Dekabr

Yanvar-oktyabr aylarında Azərbaycanda 42 mindən çox cütlük nikaha daxil olub  

16:18
17 Dekabr

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişafı məsələsi müzakirə olunub

16:17
17 Dekabr

“Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda mühüm yeniliklər tətbiq edilir  

16:15
17 Dekabr

UNESCO Ermənistana faktaraşdırıcı missiya göndərsin - Azərbaycan QHT-lərindən Azuleyə çağırış  

16:14
17 Dekabr

Azərbaycan ilk dəfə olaraq elektrod ixracına başlayıb

16:02
17 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyev və Tatarıstanın Rəisi Rüstəm Minnixanov birgə nahar ediblər

15:59
17 Dekabr

Rusiyanın Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun “Dostluq” ordeni ilə təltifedilmə mərasimi olub

15:58
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!