12 May 2026 11:51
183
CƏMİYYƏT
A- A+
Ümumdünya Ətraf Mühit Günü çərçivəsində ictimai iştiraka çağırış edilib

Ümumdünya Ətraf Mühit Günü çərçivəsində ictimai iştiraka çağırış edilib


Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə.” şüarı altında Azərbaycanın ev sahibliyi ilə keçiriləcək 5 iyun – Ümumdünya Ətraf Mühit Günü tədbirləri ilə bağlı çıxış edib və hər kəsi təşkil olunacaq tədbirə və ekoloji aksiyalarda iştiraka dəvət edib.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ümumdünya Ətraf Mühit Günü 1972-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən təsis olunan və hazırda dünyanın genişmiqyaslı ekoloji təşəbbüslərindən biri hesab edilir. Kampaniyanın əsas məqsədi iqlim dəyişiklikləri və ətraf mühitin mühafizəsi istiqamətində ictimai iştirakçılığı təşviq etmək, hər bir fərdin və təşkilatın töhfəsinin mühüm dəyişikliklərə səbəb ola biləcəyini nümayiş etdirməkdir.

Qlobal kampaniya çərçivəsində dövlət qurumları, özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları, təhsil müəssisələri və vətəndaşlar müxtəlif ekoloji təşəbbüslərlə iştirak edə bilərlər. Bu fəaliyyətlərə ağacəkmə aksiyaları, ətraf mühitin təmizlənməsi tədbirləri, maarifləndirici görüşlər, sərgilər, ictimai müzakirələr, açıq hava tədbirləri və digər ekoloji təşəbbüslər daxildir.

Təşkil olunan tədbir və təşəbbüslər Ümumdünya Ətraf Mühit Gününün rəsmi platformasında yerləşdirilərək beynəlxalq auditoriyaya təqdim oluna bilər. Bununla yanaşı, iştirakçılar #NowForClimate, #İndiİqlimNaminə həştəqləri vasitəsilə qlobal kampaniyaya qoşularaq iqlim dəyişmələri ilə bağlı mesajlarını, təşəbbüslərini və həll yollarını sosial media platformalarında paylaşa bilərlər.

Ümumdünya Ətraf Mühit Günü ilə bağlı bütün məlumatlar, iştirak imkanları, tədbir proqramı və yeniliklər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən wed2026.az platforması üzərindən təqdim olunacaq.

İyunun 5-də keçiriləcək tədbir çərçivəsində açıq havada xüsusi zonalar təşkil olunacaq və həmin məkanlar ictimaiyyət üçün açıq olacaq. Vətəndaşlar açıq hava sərgiləri, maarifləndirici fəaliyyətlər və müxtəlif ekoloji təşəbbüslərdə iştirak edə biləcəklər. Eyni zamanda, dövlət qurumları, şirkətlər, qeyri-hökumət təşkilatları və digər tərəfdaşlar da öz ekoloji layihə və təşəbbüsləri ilə tədbirdə iştirak etməyə dəvət olunurlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

12:09
12 May

İran müharibəsi amerikalılara 37,3 milyard dollardan çox ziyan vurub

12:03
12 May

Ümumdünya Ətraf Mühit Günü çərçivəsində ictimai iştiraka çağırış edilib

11:51
12 May

Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib

11:50
12 May

ABŞ strateji ballistik raket daşıyan sualtı qayığını Avropaya göndərib

11:49
12 May

Sahibə Qafarova: Son 23 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub  

11:42
12 May

Nigeriyada hava zərbələri nəticəsində azı 72 nəfər ölüb

11:40
12 May

Rusiya atəşkəsdən sonra Ukraynanın bir neçə vilayətinə dron zərbələri endirib  

11:36
12 May

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

11:27
12 May

CENTCOM 10 Asiya ölkəsi ilə hərbi təlimlər keçirəcək

11:21
12 May

Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımaları həyata keçirəcək gəminin qarşılanması olub  

11:18
12 May

Pakistan XİN ABŞ mediasının İran təyyarəsi ilə bağlı xəbərlərini təkzib edib

11:06
12 May

Milli Məclisdə 8 məsələnin müzakirəsinə başlanılıb

11:03
12 May

Əmək və əhalinin sosial müdafiəsi naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcək

11:02
12 May

“Nikkei”: Panama kanalı ilə neft daşınması 74 faiz artıb

10:58
12 May

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:56
12 May

BDYPİ piyadalara çağırış edib  

10:55
12 May

Dünya birjalarında neft bahalaşıb

10:52
12 May

Lökbatanda baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir

10:51
12 May

Azərbaycan nefti 110 dollara satılıb

10:49
12 May

Azərbaycan üzgüçülüyündə yeni rekord qeydə alınıb

10:48
12 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!