28 Oktyabr 2025 08:40
595
İQTİSADİYYAT
A- A+
"Ümid" ümidləri doğruldur

"Ümid" ümidləri doğruldur


Bu qaz-kondensat yatağında 7067 metr dərinliyi olan quyu qazılacaq


"Ümid" yatağının cənub qanadında ilk qiymətləndirmə quyusu qazılacaq. Bunun üçün "Neptun" özüqalxan qazma qurğusunda modifikasiya işləri aparılıb. Özüqalxan üzən qazma qurğusu ilə sualtı qiymətləndirmə quyusunun qazılması SOCAR-ın (Azərbaycan  Respublikası  Dövlət  Neft Şirkəti) tarixində ilk olacaq.

Bu quyu həm də indiyədək "Ümid"də qazılan ən dərin quyu  sayılır. Onun layihə dərinliyi 7067 metr təşkil edir.

Xəzərin Azərbaycan sektorundakı karbohidrogen yataqları sırasında "Ümid"in özünəməxsus yeri var. Belə ki, bu, ölkəmizin müstəqilliyinin bərpasından sonra SOCAR-ın  öz gücü ilə kəşf etdiyi ilk yataqdır. 

"Ümid" qaz və kondensatla zəngindir. Yataq Bakıdan 75 kilometr cənubda, qurudan 40 kilometr məsafədə yerləşir. 2009-cu ildə strukturda dərin axtarış-kəşfiyyat qazmasına başlanmış və 2010-cu ilin noyabrında burada nəhəng qaz-kondensat yatağı kəşf edilmişdir.

"Ümid" strukturunda dayaqları suyun 58 metr dərinliyində yerləşən stasionar dəniz özülünün tikintisindən  dərinliyi 6006 metr  olan quyunun qazılmasına qədər bütün işlər SOCAR-ın öz gücü ilə həyata keçirilmişdir. Quyuda karotaj göstəricilərinə əsasən, məhsuldar qatın VII və V horizontlarında karbohidrogen ehtiyatları müəyyən edilmişdir. Sonradan VII horizontdan qaz axını alınmışdır. Bu da strukturun karbohidrogen ehtiyatlarını qiymətləndirməyə imkan vermişdir.

Xatırladaq ki, o zaman - 2010-cu il noyabrın 19-da Prezident İlham Əliyev "Ümid"in açılmasının böyük əhəmiyyət daşıdığını bildirərək həmin münasibətlə şirkətin rəhbərliyi ilə görüşmüşdür. Dövlət başçısı  bu mühüm hadisəni belə dəyərləndirmişdir: "Uzun fasilədən sonra biz böyük neft-qaz yatağında bütün qazma və kəşfiyyat işlərini öz hesabımıza, öz gücümüzlə aparmışıq. Siz bunu yaxşı bilirsiniz ki, Xəzər dənizinin bütün yataqlarını Azərbaycan neftçiləri kəşf etmişlər. Xəzərdə 1950-ci illərdən başlayaraq, bu günə qədər Azərbaycan neftçiləri, mütəxəssisləri müstəsna rola malikdirlər. Xəzər dənizinin neft-qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün ölkəmiz aparıcı rol oynamışdır.  Ancaq bildiyiniz kimi, Sovet İttifaqı dağılandan sonra və ondan əvvəlki illərdə neft-qaz sənayesində tənəzzül başlamışdır. Demək olar ki, biz mövqelərimizi itirməyə başlamışdıq. 1990-cı illərin əvvəllərində Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış yeni neft strategiyamız bu sahədə köklü dönüşün yaranmasına gətirib çıxardı. "Əsrin kontraktı"nın, "Şahdəniz" yatağı üzrə kontraktın imzalanması və digər addımlar bizə imkan verdi ki, neft-qaz sahəsində özümüzə məxsus olan mövqelərimizi bərpa edək. Biz mövqeyimizi nəinki bərpa edə, hətta onu böyük dərəcədə möhkəmləndirə bilmişik". "Ümid"in ümumi karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Prezident  İlham Əliyev "Ümid"in ehtiyatlarının  bəlkə deyiləndən daha çox olacağını da bildirmişdir: "Yadımdadı, "Azəri-Çıraq-Günəşli" yatağının ehtiyatları haqqında birinci xəbərlər göstərirdi ki, 511 milyon ton neft vardır. Hətta mən o vaxt bir az təəccüblənirdim ki, nə üçün 511, belə dəqiqliyi necə bilmək olar?! Ancaq sonra həyat özü onu göstərdi ki, "Azəri-Çıraq-Günəşli" yatağının ehtiyatları 511 milyon ton deyil, 1 milyard tondan artıqdır... Ona görə, "Ümid" yatağının ehtiyatları haqqında verilən ilkin məlumat əminəm ki, gələcəkdə görülən işlər nəticəsində, düzəlişlərlə tamamlanacaq və dünya miqyaslı yeni qaz yatağının aşkarlanması dünya qaz bazarına müsbət təsir göstərəcəkdir. Azərbaycanın imkanları daha da genişlənəcək, bizim qaz ixracımız daha da artacaqdır".

"Ümid" yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib. 10 ilə yaxın bir dövrdə (2012-2021-ci illər ərzində) yataqda qaz hasilatı 15 dəfəyə yaxın, kondensat hasilatı isə 14 dəfəyədək artıb. 2025-ci il sentyabrın 1-i tarixinə olan məlumata görə, isə "Ümid"in işlənməsinin birinci mərhələsi çərçivəsində ümumilikdə 12,3 milyard kubmetr qaz və 1,8 milyon ton kondensat hasil edilib.

"Neptun" qurğusu vasitəsilə yatağın cənub qanadında sualtı qiymətləndirmə quyusunun qazılması cari ilin oktyabr ayında planlaşdırılıb. Bu barədə qurğunun dənizə yola salınması münasibətilə keçirilən tədbirdə məlumat verilib. Qeyd edək ki, tədbirdə SOCAR, "Nobel Upstream", "Umid Babek Operating Company" Əməliyyat Şirkətinin (UBOC) Azərbaycandakı filialının, eləcə də "Caspian Oilfield Services" (COS) şirkətinin rəhbərləri və xidmət göstərən digər tərəfdaş şirkətlərin rəsmiləri iştirak ediblər.

Yeni quyuda qazma işlərinin tamamlanması və lay sınağına təhvil verilməsi müddəti təxminən 10 ay  çəkəcək.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!