15 Noyabr 2022 00:45
2247
SİYASƏT
A- A+
Ulu diyarın xan çinarı

Ulu diyarın xan çinarı

 

Zəngilan meşələri də bərpa olunacaq 

 

Azərbaycan maddi-mədəniyyət abidələri ilə yanaşı, flora və faunasının zənginliyinə görə  bənzərsiz, möhtəşəm diyardı. Elə bu da həmişə yadellilərin, mənfur düşmənlərimizin diqqətini çəkib, onların iştahlarını qabardıb. Ölkəmizin füsunkar təbiəti ilə seçilən bir parçası da Zəngilandır. Hələ qədim zamanlardan sıx meşələri, münbit torpağı, bolsulu vadiləri, gur çayları, durnagözlü bulaqları ilə göz oxşayıb.

 

Avropada ən böyük çinar meşəsi

 

Avropanın ən böyük və elə o qədər də unikal olan çinar meşəsi də Zəngilandadır. Görkəmli təbiətşünas alim, akademik Həsən Əliyevin təşəbbüsü ilə çinar meşəsini qorumaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyul tarixli qərarına əsasən, Zəngilan rayonunun ərazisində 120 hektar sahəni əhatə edən Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılıb. Burada yetişən Şərq çinarları dünyada bitən 8 çinar növündən biridir. Əzəmət və ucalıq rəmzi hesab edilən Şərq çinarı görkəminə, bioekoloji əlamətlərinə görə bənzərsizdir. Şərq florasının mirvarisi, möhtəşəm gövdəsi və füsunkarlığına görə cənubun nəhəngi adlandırılıb. 1000-1500 il ömür sürən, susuzluğa davamlı olan bu ağacların gövdəsinin diametri 12 metrə qədər böyüyə bilir, boyu isə 25-30 metrə, hətta bəzi hallarda 50 metrə çatır.
Zəngilanın çinar meşəsi sahəsinin böyüklüyü və əzəməti ilə görənlərini valeh edir, dillərdə dastana çevrilirdi. Ermənistanın təcavüzü nəticəsində çinar meşəsi də namərdə yem, oylaq oldu. Mayası qəddarlıqdan yoğrulan mənfur qonşularımız tərəfindən vəhşicəsinə talan edildi, yağmalandı, yandırıldı, doğranıb daşındı. Həm də nə az, nə çox düz 30 il.

 

Erməni vandalizminin əlaməti 

 

Vətən müharibəsi özgə torpağına, malına göz dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etimadından və etibarından istifadə edən erməni vandallarının iç üzünü, əsl simasını dünyaya göstərdi. Hər kəs gördü ki, döyüş meydanında, savaşda qarşımızdan dovşan kimi qaçan xain qonşularımız məğlubiyyətin, natamamlıq komplekslərinin acısını meşəmizdən, ağacımızdan, otumuzdan, çiçəyimizdən çıxırlar. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz Qələbə sayəsində əzəli və əbədi torpaqlarımıza qovuşduq. Artıq Zəngilan da öz sahibindədir, demək olar ki, yalnız adı qalan çinarsız çinar meşəsi də...
Ötən il fevralın 15-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Zəngilan rayonunun Bəsitçay Dövlət Təbiət Qoruğunu ziyarət edərək burada çinar ağacı da əkiblər. Həmin vaxt Şərq çinarlarının bərpası ilə bağlı Prezident İlham Əliyev demişdir: "Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağacları əkdik. Bəsitçay qoruğu 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdır. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Bu, nadir çinar ağacları meşəsi idi. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Bu, erməni vandalizminin növbəti əlamətidir. Bu gün Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpasına start verildi. Biz bu qoruğu bərpa edəcəyik".
 Azərbaycan Pedaqoji Universitetinin professoru, biologiya elmləri doktoru, Azərbaycan Ekologiya Standartları Monitorinq Fondunun prezidenti Rauf Sultanov  Zəngilan rayonunun erməni işğalında olduğu müddətdə canlı və cansız təbiətimizə qarşı edilən soyqırımı haqqında deyir ki, digər işğal olunmuş ərazilərimizdə olduğu kimi, Zəngilanın meşələrində, həmçinin çinar meşəsində də ağacları kütləvi surətdə qırıb, yandırıb, daşıyıb aparıblar: "Ermənilər çinar ağaclarını kəsərək burada yaratdıqları xüsusi müəssisələrdə silah qundaqlarını hazırlayırmışlar. Onun bir hissəsini digər ölkələrə satıb, bir hissəsiylə də özləri silahlanırmışlar. Təkcə bununla da kifayətlənməyiblər. Ağaclardan tikinti materialı, gəmiqayırma sənayesi üçün də istifadə edirmişlər".
Çinarın təbiətdə olduqca böyük rol oynadığını deyən ekspert qeyd edir ki, bu ağac digər ağaclardan 10 dəfə artıq oksigen ifraz edir, yarpaqlarının səthi digər ağaclarınkından dəfələrlə böyük olduğu üçün günəş şüalarını daha çox qəbul edir: "Fotosintez prosesində, yaşıl kütlənin əmələ gəlməsində, torpağın münbitliyinin artırılmasında, onda olan canlı mikroorqanizmlərin artırılmasında çinarların rolu əvəzsizdir. Elə bu floranın sayəsində də Zəngilanın torpağı olduqca münbitdir. Həm də bu mikroiqlim insanlarda fiziki yorğunluğu aradan qaldırır, sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir".

 

Yeni çinarlar boy verəcək 

 

Təbiət ona dəymiş ziyanı müəyyən müddət sonra özü də bərpa etmək gücündə və qüdrətindədir. Doğrudur, bu dəfə vurulan ziyanı, yaranı elə də tez sağalda bilməyəcək. Biz ona kömək edəcəyik. 
Azərbaycan xalqı bu yaranı da tez sağaldacaq, meşəsinə, gülünə, çiçəyinə özü məlhəm olacaq. Rauf Sultanov deyir ki, çinar meşəsini antropogen amillərlə suni şəkildə bərpa etmək olar: "Buna da vaxt,  səbir, vəsait lazımdır. Bu gün işğaldan azad olunmuş ərazilərdə olduqca böyük işlər görülür. Meşələrin, təbiətin bərpası da bu işlərin sırasındadır. Bunun üçün insanların oraya qaytarılması prosesi də davam etməlidir. İlk növbədə ərazilər minadan təmizlənməli, elektrik stansiyaları və su anbarları tikilməli, kommunikasiya xətləri yaradılmalıdır. Meşələrin bərpa prosesi insanlar ora köçdükdən sonra işçi qüvvəsinin olması hesabına daha sürətli gedəcək", - deyə alim bildirir.
Azərbaycanın qazandığı uğurlar təsdiq edir ki, indi möhtəşəm Zəfərin işığında atılan hər bir addım sabah gül, çiçək açacaq. İşğaldan azad olunmuş hər qarış torpaq yenə yurdumuzu cənnətə çevirəcək. Yeni-yeni çinar meşələri boy verəcək. Biz onları göz bəbəyimiz kimi qoruyacaq, daha əzəmətli, daha qollu-budaqlı və həm də düşmən gözü çıxaran özəlliyə çevirəcəyik.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirib

14:37
23 May

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək  

14:01
23 May

Oleq Babaka həsr olunan kitab Ukraynada təqdim edilib  

13:47
23 May

Dövlət Gömrük Komitəsi ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi arasında açıq dialoq platforması keçirilib

13:41
23 May

Azərbaycanın Mavritaniyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

13:39
23 May

WUF13 çərçivəsində 179 minə yaxın sərnişin daşınıb  

13:15
23 May

Suriyada İŞİD terrorçuları yaxalanaraq Türkiyəyə gətirilib

13:00
23 May

Prezident İlham Əliyev: WUF13 Azərbaycanın çoxtərəfliliyə və daha yaxşı gələcək naminə kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir  

12:57
23 May

Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda olub  

12:49
23 May

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

11:58
23 May

Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb 

09:47
23 May

Rubio Kubanın ABŞ üçün təhlükə yaratdığını bildirir

08:50
23 May

103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb

08:48
23 May

"Azərenerji" ASC-nin sədri ilə Xorvatiya səfirinin görüşü olub

08:45
23 May

Bilmək istəyirəm

08:40
23 May

Bakı-Brüssel tərəfdaşlığının yeni prioritetləri

08:35
23 May

Günnütdən Zəfərə doğru

08:33
23 May

Qətiyyətin zəfəri

08:30
23 May

BŞİH-də xarici ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilib 

08:25
23 May

Azərbaycandan şəhərsalma üzrə dünyaya dayanıqlı inkişaf mesajı 

08:20
23 May

Azərbaycanın töhfələri D-8-i daha çevik struktura çevirir

08:15
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!