31 Oktyabr 2025 18:51
567
CƏMİYYƏT
A- A+
Ukraynalı uşaqlar Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar  

Ukraynalı uşaqlar Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar  


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə sosial-psixoloji reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşaq Şəkiyə səfər edib, bu qədim diyarın tarixi məkanları və görməli yerləri ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, ukraynalı uşaqları və onları müşayiət edən müəllim qrupunu bu dəfə Xan sarayının həyətində 44 günlük Vətən müharibəsindən hamının xeyirxah əməlləri ilə tanıdığı Hikmət Musayev, yəni, Hikmət baba da qarşılayıb. Bu maraqlı görüşü izləyənlər arasında əməkdaşlarımız da olub.

Budur, iki dövlətin bayraqlarını əllərində tutan ukraynalı qonaqlar “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun həyətinə daxil olur. Qoruq ərazisində, xüsusən Xan sarayının həyətində çox sayda qonaq olsa da, ukraynalı uşaqların gəlişi hamının diqqətini cəlb edir. Uşaqlar, onları müşayiət edən qrup rəhbərləri və komanda üzvləri bu tarixi abidənin möhtəşəmliyindən heyranlıqlarını gizlədə bilmirlər. Azərbaycana ilk dəfə gəldiklərini deyən yeniyetmə və uşaqlar getdikləri məkanlarda gülərüz qarşılandıqlarını, bütün qayğıları ilə maraqlandıqlarını, göstərilən diqqət və qayğının yüksək olduğunu bildiriblər.

Görüşə gələn Hikmət babanın qrup rəhbərinə iki dövlətin bayrağının əks olunduğu yun xalçanı təqdim etməsi, eləcə də hər bir iştirakçıya xüsusi hədiyyə verməsi alqışla qarşılanır.

Qrup rəhbəri Larisa Vaniyeva bildirir ki, O, Ukraynanın Sumı şəhərindən gəlib. “Müharibənin od-alovundan çıxmışıq. Bu çətin günlərdə bizim uşaqların gözəl Azərbaycanda istirahətinin təşkilini, terapiyalara cəlb olunmasını unuda bilmərik. Biz ukraynalılar Azərbaycan dövlətinin bu qayğısını unutmayacağıq. Bu gün Şəki şəhərində Hikmət baba ilə tanışlıq, onun uşaqlara hədiyyəsi isə hər birimizi qürurlandırdı. Əlimdə tutduğum bu bayrağı Hikmət babadan almaq bizə verilən ən böyük dəyər idi. Belə insanlar dünyamıza yaraşıq verir. Çünki onlar bizə mənəvi dayaq durur, hətta öz əmək təqaüdündən hədiyyələr alaraq bağışlayır. Bir daha göstərilən diqqətə görə hər kəsə təşəkkür edirik”, - deyə fikrini tamamlayır.

Uşaqlar və qrup rəhbərləri ilə xeyli söhbət edən, onlara mənəvi dəstək göstərən Hikmət baba bildirir ki, ukraynalılarla görüşmək onun çoxdankı arzusu idi. Hikmət baba qarşıdakı müddətdə də müharibənin od-alovundan çıxan ukraynalı uşaqlara öz əmək təqaüdündən kömək etməyə hazır olduğunu bildirir.

Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nübar Gözəlovanın sözlərinə görə, bu proqramda müəyyən ekskursiyalar, turlar nəzərdə tutulub. Uşaqlar burada ekskursiyalarla yanaşı, sosial-psixoloji dəstək də alırlar. Bildirilib ki, 10 günlük sosial-psixoloji reabilitasiya proqramı həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır.

Ümumilikdə indiyə kimi 300-ə yaxın ukraynalı uşaq ölkəmizə gətirilərək müvafiq xidmətlərlə təmin edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!