05 Noyabr 2025 17:14
381
CƏMİYYƏT
A- A+
Ukraynalı siyasi-hərbi ekspertin Azərbaycanın 44 günlük Vətən müharibəsinə dair kitabının təqdimatı olub  

Ukraynalı siyasi-hərbi ekspertin Azərbaycanın 44 günlük Vətən müharibəsinə dair kitabının təqdimatı olub  

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) təşəbbüsü ilə Bakıdakı Ukrayna Mərkəzində hərbi-siyasi icmalçı Oleksandr Kovalenkonun qələmə aldığı, Ukrayna və rus dillərində nəşr olunan “2020-də 44 gün” adlı kitabın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə, Kamran Bayramov, ictimai-siyasi xadimlər, hərbi ekspertlər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Baş katibi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad bildirib ki, “2020-də 44 gün” kitabı 2020-ci ildə Qarabağda baş verən hadisələrin xronoloji təsviridir və müəllif bu hadisələri 44 gün ərzində izləyərək Ukrayna ictimaiyyətinə obyektiv şəkildə çatdırıb.

Hikmət Cavad qeyd edib ki, diaspor təşkilatları informasiya müharibəsində mühüm rol oynayır və bu kimi nəşrlər Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına xidmət edir: “Oleksandr Kovalenko Ukraynanın ən tanınmış hərbi icmalçılarındandır. O, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, hər gün həm Azərbaycan, həm də Ukrayna media resurslarında çıxışlar edirdi. Bu gün də Polşa və Avropa mediasında Ukrayna müharibəsi barədə danışır. Biz onunla birlikdə qərara gəldik ki, müharibənin bütün cəhətlərini, cəbhədə, informasiya meydanında və beynəlxalq arenada baş verənləri əks etdirən bir kitab nəşr edək. Kitabda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın necə tarixi Qələbə qazandığı faktlarla göstərilir”.

DABF Baş katibi əlavə edib ki, Azərbaycan diasporu Ukraynanın suverenliyini və xalqını hər zaman dəstəkləyir: “Bir çox azərbaycanlı Ukrayna vətəndaşları işğalçılara qarşı döyüşlərdə iştirak edib, yüzdən çox soydaşımız qəhrəmancasına şəhid olub. Kitab, həmçinin bir daha bu həmrəyliyi və ortaq mübarizəni nümayiş etdirir”.

UABD sədri vurğulayıb ki, nəşrdə I və II Qarabağ müharibələri arasında aparılan müqayisələr, eləcə də Ukraynaya qarşı Kremlin təbliğatı ilə bağlı təhlillər yer alıb: “Kitab Ukrayna və rus dillərində işıq üzü görüb, Azərbaycan dilinə tərcüməsi artıq hazırdır və yaxın zamanda çap olunacaq. Gələcəkdə ingilis, polyak, İsveç və digər dillərə də tərcümə olunması planlaşdırılır”.

Hikmət Cavad bildirib ki, İsveçdə qeydiyyatdan keçmiş Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun əsas məqsədi Azərbaycan haqqında doğru məlumatı yaymaq, diaspor təşkilatlarını birləşdirmək və Azərbaycan dövlətinin siyasi xəttini dəstəkləməkdir.

Kitabın müəllifi, Ukraynanın “İnformasiya Müqaviməti” qrupunun hərbi-siyasi icmalçısı Oleksandr Kovalenko qeyd edib ki, 44 günlük müharibə yalnız tarixi ədalətin bərpası deyil, həm də regional və qlobal geosiyasi nizamda mühüm dönüş nöqtəsi olub: “Bu hadisələr Cənubi Qafqazda və onun hüdudlarından kənarda prosesləri dəyişdi. O dövrdə mən müharibənin gedişini analiz edirdim və aydın oldu ki, bu, lokal toqquşma deyil, azadlıq müharibəsinin başlanğıcı idi. Ukrayna Qarabağın azad edilməsində öz gələcəyini - Donbas, Luqansk və Krımın azad edilməsini görürdü”.

Müəllif əlavə edib ki, kitabın strukturu 44 günün xronologiyası əsasında qurulub: “Hər fəsil müharibənin bir gününə həsr olunub. Burada həm Azərbaycan Ordusunun əməliyyatları, həm də informasiya müharibəsinin gedişi, Ermənistan və Rusiya təbliğatının metodları, saxta xəbərlər, manipulyasiyalar və hərbi cinayətlər barədə faktlar yer alır. 2014–2020-ci illər arasında Ukraynada baş verənlərlə Qarabağ müharibəsi arasında paralellər aparılıb”.

O.Kovalenko kitabın Ukrayna xalqı üçün də bir mesaj daşıdığını vurğulayıb: “Azərbaycan xalqı sübut etdi ki, ədalət gözləməyə dəyər. Azadlıq üçün 30 il gözləyən Azərbaycan sonda öz şərtləri ilə sülhə nail oldu. Bu, Ukrayna üçün də mühüm nümunədir. Ədalətli sülh yalnız güc mövqeyindən əldə edilə bilər”.

O, Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi “İşğala razılaşmaq olmaz” fikrinin kitabda sitat kimi yer aldığını və Ukrayna üçün də önəmli mesaj olduğunu bildirib.

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə müəllifə təşəkkür edərək kitabın rəmzi məna daşıdığını vurğulayıb: “Bu il Qələbənin beş illiyini qeyd edirik və belə bir kitabın məhz bu vaxtda işıq üzü görməsi mühüm hadisədir. Müharibənin hər gününü ayrıca təsvir edən bu əsər hadisələri sistemli şəkildə əks etdirir. Xüsusilə də müəllifin Ukraynadan olan dostumuz olması simvolikdir”.

O əlavə edib ki, Azərbaycan və Ukrayna oxşar mübarizələr aparır və hər iki xalqın məqsədi ədalətli sülhə nail olmaqdır.

Tədbirdə professor Şəlalə Həsənova, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, hərbi ekspert Üzeyir Cəfərov və digər çıxış edənlər kitabın başqa dillərə tərcüməsinin vacibliyini qeyd ediblər.

Təqdimatın sonunda müəllifin iştirakı ilə imza mərasimi keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!