18 İyul 2025 09:10
669
DÜNYA
A- A+
Ukrayna Ali Radası hökumətin yeni üzvlərini təyin etdi

Ukrayna Ali Radası hökumətin yeni üzvlərini təyin etdi


Dünən Ali Rada Ukraynanın Baş nazirini və yeni hökumət üzvlərini təyin edib. 262 xalq deputatının səsi ilə 39 yaşlı Yuliya Sviridenko hökumətin başçısı olub. 

O, məmur ailəsində anadan olub. Kiyev Milli Ticarət və İqtisadiyyat Universitetini fərqlənmə diplomu ilə bitirib və aspiranturada təhsil alıb. Almaniya və İsveçdə menecment kursları keçib. İngilis və Çin dillərini mükəmməl bilir. Karyerasına özəl sektorda başlayan gələcək Baş nazir sonra Çerniqov vilayətində investisiya layihələrinə rəhbərlik edib, Regional Dövlət Administrasiyasında işləyib və burada sədr səlahiyyətlərini icra edən vəzifəyə qədər yüksəlib. Yuliya Sviridenko İqtisadiyyat nazirinin müavini, 2020-ci ildən isə Prezident Aparatı rəhbərinin iqtisadiyyat üzrə müavini olub. Nazirlər Kabinetində mühüm layihələrə cavabdeh olan Y.Sviridenko ABŞ ilə yeraltı sərvətlərə dair yüksəkprofilli sazişə Ukrayna tərəfindən imza atıb.

Parlament hökumətin  digər üzvlərini də təyin edib. Onların sırasında yerini dəyişənlər, qoruyanlar, eləcə də yeni üzvlər var.  Ukrayna Prezidenti Volodimir Zelenski artıq ölkənin yeni hökuməti qarşısında ilk mühüm vəzifəni qoyub: Ukrayna Silahlı Qüvvələrində Ukrayna silahlarının faizini 6 ay ərzində 50 faizə çatdırmaq. "Biz yeni hökumətin işinin ilk 6 ayında öz istehsalımızı artıraraq bu hədəfə çatmalıyıq. Əminəm ki, bunu həyata keçirmək olar", - deyə dövlət başçısı bildirib. Eyni zamanda Ukrayna lideri ordunun təminatının cari göstəricilərini açıqlayıb. Onun sözlərinə görə, hazırda olkənin Silahlı Qüvvələrinin silahlarının 40 faizi Ukrayna istehsalıdır.  Zelenski qeyd edib ki, bu payın artırılması aktiv hücum hərəkətləri strategiyasını həyata keçirmək üçün lazımdır.

Dövlət başçısı struktur dəyişikliklərini də açıqlayıb. İndi hərbi sənaye kompleksi məsələlərinin əlaqələndirilməsinə Müdafiə Nazirliyi cavabdeh olacaq. Qeyd edək ki, əvvəllər bu funksiyalar Strateji Sənaye Nazirliyi tərəfindən həyata keçirilirdi.

Yenilənmiş hökumətin atmalı olduğu digər prioritet addımlar bunlardır: Ukraynanın iqtisadi potensialının gücləndirilməsi və  ukraynalılar üçün dəstək proqramlarının genişləndirilməsi.


Rizvan HİLALOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!