23 Noyabr 2022 01:32
555
DÜNYA
A- A+
Türkiyənin antiterror əməliyyatı davam edir

Türkiyənin antiterror əməliyyatı davam edir

 

Hulusi Akar ilin əvvəlindən bəri 3585 terrorçunun zərərsizləşdirildiyini bəyan edib

 

Noyabrın 21-də YPG terrorçuları Türkiyənin cənubuna raket zərbələri endirib. Qaziantep vilayətinin Karkamış sərhəd bölgəsinin atəşə tutulması Suriyanın şimalından həyata keçirilib. Qaziantep valisi Davud Gül bildirib ki, terrorçular ümumilikdə Karkamış bölgəsinə 5 mərmi atıb, nəticədə 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Bundan əlavə, Suriya ilə həmsərhəd Kilis vilayətinə raket zərbələri endirilməsi nəticəsində türk hərbçiləri yaralanıb. YPG/PKK terrorçuları Oncupınar keçid məntəqəsini atəşə tutub.
Türkiyə ordusu bölgədə terror təhlükəsinin aradan qaldırılması üçün əməliyyatlara başlayıb. Cinayət təşkilatlarının obyektlərinə hücumlar həm Türkiyə daxilində, həm də onun hüdudlarından kənarda həyata keçirilir. Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar dünən parlamentdə ölkənin müdafiə nazirliyinin büdcəsi ilə bağlı müzakirələrdə çıxışı zamanı deyib. 
Terrorçuların hərəkətlərinə cavab olaraq noyabrın 20-nə keçən gecə Türkiyə Silahlı Qüvvələri Pençe-Kılıç əməliyyatı keçirib. Birinci mərhələdə İraq və Suriyanın şimalında terrorçuların 81 hədəfi, sonra isə qanlı təşkilatın yaraqlılarının daha 8 yerləşdirmə məntəqəsi məhv edilib.
Müdafiə Nazirliyinin rəhbəri Türkiyə Silahlı Qüvvələrinin son illərdə apardığı əməliyyatların statistik məlumatlarına istinad edib.
Akarın dediyinə görə, bu il yanvarın 1-dən indiyədək Türkiyə Silahlı Qüvvələri ölkə ərazisində, eləcə də Şimali İraq və Suriyada 3585 terrorçunu zərərsizləşdirib, ümumilikdə Türkiyənin antiterror mübarizəsinin yeni mərhələsinin başladığı 24 iyul 2015-ci il tarixdən bu rəqəm 36 854 nəfər təşkil edir.
Nazir Türkiyənin istənilən sakininin ölümünün qanlı cinayətkar təşkilatlar üçün ağır nəticələr verəcəyini vurğulayıb.
Akar Türkiyə Silahlı Qüvvələrinin bu ilin aprelindən bəri Şimali İraqın 3 bölgəsində davam etdirdiyi "Pençe-Kilit" əməliyyatından da danışıb. "Pençe-Kilit əməliyyatı çərçivəsində 460 terrorçu zərərsizləşdirilib, 530 min döyüş sursatı olan anbar aşkar edilib, 1146 silah, 1929 mina və partlamamış hərbi sursat ələ keçirilib", - deyə nazir vurğulayıb.
Nazirin dediyinə görə, ölkənin təhlükəsizliyinin mühüm tərkib hissəsi dövlət sərhədinin pozulması hallarının qarşısının alınmasıdır.
Hulusi Akar bildirib ki,  təkcə ilin əvvəlindən Türkiyə hərbçiləri 234 282 nəfərin sərhədi qanunsuz keçməsinin qarşısını alıb, 7 107 qanunsuz miqrantı saxlayıb. 724 terrorçu yaxalanaraq hüquq-mühafizə orqanlarına təhvil verilib".
Egey dənizi və Aralıq dənizinin şərq hissəsindəki vəziyyətə toxunan türkiyəli nazir vurğulayıb ki, Türkiyə regionda Ankaranın maraqlarını pozacaq status-kvonun formalaşmasına imkan verməyəcək.

R.HİLALOĞLU,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!