11 Sentyabr 2025 20:59
454
SİYASƏT
A- A+
Türkiyəli professor: Vaşinqton Bəyannaməsi regionun siyasi və iqtisadi gələcəyini dəyişəcək  

Türkiyəli professor: Vaşinqton Bəyannaməsi regionun siyasi və iqtisadi gələcəyini dəyişəcək  


Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması Cənubi Qafqaz üçün yeni geosiyasi və iqtisadi dövrün başlanğıcını simvolizə edir. Bu sülh prosesi, xüsusilə Ermənistanın daxili siyasi mənzərəsinə və bütün regionun beynəlxalq münasibətlər sisteminə köklü təsir göstərə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert, türkiyəli professor Toğrul İsmayıl bildirib.

Onun sözlərinə görə, sülh prosesi Ermənistanın daxili siyasətinə çoxşaxəli təsir göstərəcək və Ermənistanın Baş naziri Nikol Paşinyan hökuməti üçün 44 günlük müharibədən sonrakı dövrün legitimliyini möhkəmləndirən mühüm addım olacaq: “Cəmiyyətdə regional inteqrasiya və iqtisadi dividend gözləntilərinin artması hökumətə daxili dəstəyi möhkəmləndirərkən, radikal və revanşist müxalifətin sosial bazasını tədricən zəiflədəcək və onların siyasi gündəmini qeyri-aktual edəcək. Ən fundamental transformasiya isə Ermənistanın milli kimlik və dövlətçilik anlayışında gözlənilir. Sülh müqaviləsi “Miatsum” kimi tarixi iddialara əsaslanan ideoloji paradiqmanın sonunu gətirərək, fokusu real iqtisadi inkişafa və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suveren dövlət quruculuğuna yönəldəcək”.

Toğrul İsmayıl qeyd edib ki, regional münasibətlər sistemində də ciddi dəyişikliklər proqnozlaşdırılır. Sülh istiqamətində atılan addımlar Rusiyanın regiondakı ənənəvi “arbitr” rolunu zəiflədərək, Ermənistanı xarici siyasətini şaxələndirməyə və Avropa İttifaqı ilə, ABŞ kimi Qərb aktorları ilə əlaqələri dərinləşdirməyə təşviq edir.

“Bu, eyni zamanda, Türkiyə ilə münasibətlərin tam normallaşması üçün ən mühüm şərti təmin edir və sərhədlərin açılması ilə Ermənistanın uzun illər davam edən geosiyasi blokadasına son qoyur. İran isə regionda artan Türkiyə-Azərbaycan tandeminin yaratdığı yeni reallıqlara uyğunlaşmalı olacaq və kommunikasiyaların açılmasından yaranan yeni ticarət imkanları fonunda daha konstruktiv rol oynamağa çalışa bilər”, - deyə ekspert vurğulayıb.

Onun fikrincə, sülh arxitekturasının iqtisadi onurğa sütunu Zəngəzur dəhlizidir. Bu dəhliz yalnız Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsini təmin edən yol deyil, həm də Avrasiyanın geoiqtisadi xəritəsini yenidən şəkilləndirən qlobal əhəmiyyətli layihədir.

“Rusiya üzərindən keçən Şimal marşrutunun etibarlılığını itirdiyi bir şəraitdə, Zəngəzur dəhlizi Çindən Avropaya uzanan Orta Dəhlizin ən optimal və strateji həlqəsinə çevrilir. Bu, Çin üçün “Bir kəmər, bir yol” təşəbbüsü baxımından cəlbedici alternativ yaradaraq, Türkiyəni Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya fasiləsiz bağlayır. Ən əsası, bu layihəni Türk Dünyasının İqtisadi İnteqrasiyası sahəsində olan bir həmlə kimi dəyərləndirmək lazımdır. Zəngəzur dəhlizi Türkiyəni birbaşa Azərbaycan və onun vasitəsilə Mərkəzi Asiyanın digər türk dövlətləri ilə fasiləsiz quru əlaqəsi ilə təmin edəcək. Bu, təkcə ticarət dövriyyəsini artırmayacaq, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi və mədəni inteqrasiyanı dərinləşdirən fundamental bir infrastruktur rolunu oynayacaq. Bu layihə regional logistika və istehsalat hablarının yaradılmasına da imkan yaradacaq. Dəhliz boyunca - Cəbrayıl, Zəngilan, Naxçıvan və Qarsda yeni logistika mərkəzləri, azad ticarət zonaları və istehsal müəssisələrinin yaradılması üçün əlverişli şərait yaranacaq. Beynəlxalq şirkətlər bu bölgəni Avrasiya bazarlarına çıxış üçün bir platforma kimi istifadə etməkdə maraqlı ola bilərlər. Dəhliz boyunca yaradılacaq yeni logistika mərkəzləri və paralel çəkiləcək fiber-optik xətlər (“digital silk road”) regionu beynəlxalq ticarət və rəqəmsal kommunikasiya habına çevirəcək”, - deyə ekspert qeyd edib.

Son olaraq Toğrul İsmayıl əlavə edib ki, sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin tam işə düşməsi bir-birini tamamlayan, sinerji yaradan proseslərdir. Siyasi sabitliyi təmin edən sülh müqaviləsi imzalanarsa, iqtisadi rifahı və qlobal inteqrasiyanı təmin edən nəqliyyat dəhlizi möhkəmlənər, Cənubi Qafqazın bir münaqişə ocağından Avrasiyanın strateji qovşağına çevrilməsi üçün tarixi imkan yaranar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!