03 Avqust 2025 18:06
657
SİYASƏT
A- A+
Türkiyədən olan sabiq deputat: Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün təməli qoyulub  

Türkiyədən olan sabiq deputat: Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün təməli qoyulub  


Azərbaycan təbii qazının Avropadan sonra Yaxın Şərqə nəqlinə başlanılıb. Bu, çox mühüm və strateji addım olmaqla yanaşı, həm də Azərbaycanın enerji ixracı tarixində əhəmiyyətli bir mərhələ kimi qeydə alındı. Bununla, Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni bir enerji körpüsünün təməli qoyuldu.

Bunu AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Yavuz Subaşı bildirib.

O deyib ki, Suriyaya qaz nəqli ilə bağlı həyata keçirilən layihə Azərbaycanın etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha nümayiş etdirib. “Cənub Qaz Dəhlizi, Trans-Adriatik təbii qaz boru kəməri, Cənubi Qafqaz təbii qaz boru kəməri və Bakı-Tbilisi-Ceyhan boru kəməri kimi layihələr Azərbaycanın təbii qaz ixracının coğrafiyasının genişlənməsinə mühüm töhfələr verəcək. Azərbaycandan Türkiyəyə gələn təbii qazın artıq Kilis vasitəsilə Suriyaya verilməsinə başlanıb və gündəlik 6 milyon kubmetr gücündə qaz nəqli həyata keçiriləcək. Bununla, Suriyadakı elektrik stansiyalarının da yaxın zamanda işə salınacağı və təqribən 5 milyon ailəyə xidmət göstəriləcəyi gözlənilir. Azərbaycanın hasil etdiyi təbii qazın Avropadan sonra Yaxın Şərqdə də istifadə olunması Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı və strateji rol oynadığını göstərən mühüm amildir. Türkiyə “Bir millət, iki dövlət” şüarı ilə hər zaman Azərbaycanın yanında olub və biz daima Azərbaycanın uğurlarından qürur duymuşuq. Prezident İlham Əliyevin rəhbərliyi altında iri addımlarla irəliləyən Azərbaycana uğurlar arzulayıram”, - deyə o vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Moskvada Xəzəryanı əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib  

23:27
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

23:26
08 Dekabr

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB  

22:22
08 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində növbəti panel müzakirəsi təşkil olunub  

22:20
08 Dekabr

Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib  

22:09
08 Dekabr

Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib  

21:54
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar YENİLƏNİB  

21:53
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər  

21:41
08 Dekabr

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib  

21:19
08 Dekabr

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb 

21:06
08 Dekabr

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

20:49
08 Dekabr

Macarıstan Türkiyəyə 600 at satıb

20:29
08 Dekabr

Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib  

20:29
08 Dekabr

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

20:23
08 Dekabr

Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

20:11
08 Dekabr

Ekspert: Orta Dəhliz son illər ərzində heyrətamiz artım nümayiş etdirir  

19:58
08 Dekabr

“İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” mövzusunda müzakirə aparılıb  

19:39
08 Dekabr

Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

19:34
08 Dekabr

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

19:21
08 Dekabr

Prezident: Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir

19:20
08 Dekabr

Azərbaycan Prezidenti: Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək

19:18
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!