Türkiyədə "Azərbaycanı daha yaxından tanıyaq!" devizi altında yeni layihəyə start verilib
Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkənin təhsil müəssisələrində "Azərbaycanı daha yaxından tanıyaq!" devizi altında yeni layihəyə start verib.
Layihə əsasında Azərbaycan Xalq Cümhuriyyəti və cümhuriyyət qurucularının tarixi fədakarlığı, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası, Prezident İlham Əliyevin zəngin mənalı həyat və fəaliyyəti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxistiqamətli fəaliyyəti, xalqımızın qədim mədəniyyəti, həmçinin görkəmli şəxsiyyətləri və s. barədə ətraflı məlumat veriləcək.
AZƏRTAC xəbər verir ki, bu layihə çərçivəsində Türkiyədəki universitet və məktəblərdə Azərbaycan otaqlarının qurulmasına başlanılıb.
İlk Azərbaycan otağı Müstəqillik günü və Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyi münasibətilə Samsun vilayətinin Bafra rayonunun Kolay kənd orta məktəbində (Samsun Bafra Kolay Orta okulu) qurulub və otağın açılışı olub.
Məktəbin müəllim və şagirdlərinin böyük sevinclə qarşıladığı açılışda Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov layihə və onun ayrı-ayrı hissələri barədə müfəssəl məlumat verib.
Layihəyə Samsundan start verilməsi təsadüfi deyil. Çünki Samsun Türkiyənin milli azadlıq mübarizəsində öz yeri və rolu ilə seçilən bölgədir. Qazi Mustafa Kamal Atatürk silahdaşları ilə birlikdə 1919-cu il mayın 19-da Samsun sahillərinə çıxaraq qədim türk yurdunun qurtuluş mübarizəsinə başlayıb. Bu tarixi həqiqətlə öyünən samsunluların Qarabağ zəfərini xüsusi bir sevinclə qarşılaması olduqca təbiidir. Ən azı ona görə ki, Anadolunun bu məkanında gözünü həyata açan hər kəs vətənpərvərlik eşqi ilə tərbiyə olunur, torpaq və yurd sevdası ilə böyüyür.
Digər tərəfdən, Samsundakı Kolay kənd orta məktəbinin direktoru Faruk Akkurt Azərbaycanın Türkiyədəki səfirliyinə məktubla müraciət edərək, müəllim və şagirdlərin Azərbaycanı daha yaxından tanımaq arzusunu və istəklərini diplomatik nümayəndəliyimizə çatdırıb.
Məktəbdə yaradılan Azərbaycan otağında 11 lövhədən ibarət məlumatlandırıcı stendlər quraşdırılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanlı jurnalistlərin Şuşa ilə bağlı yazısı 9 ölkənin 16 mətbuat orqanında yayımlanıb...
05 Iyul
Prezident İbrahim Rəisi: İranla Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsi reg...
05 Iyul
Baş Prokurorluq: “Çağrı Mərkəzi” və “Qaynar xətt” barədə yayılan məlumatlar həqiqətəuyğun deyil...
05 Iyul
Azərbaycan və Yaponiya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası k...
05 Iyul
Pakistanda terror aktı nəticəsində 10 hərbçi yaralanıb
05 Iyul
Azərbaycan neftinin qiyməti 129 dollara yaxınlaşır
05 Iyul
Ağdamın "Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq
05 Iyul
Azərbaycanın baş tikinti meydanı
05 Iyul
"Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda...
05 Iyul
"Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda...
05 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycanın növbəti tarixi töhfəsi

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıbAzərbaycan Prezidenti İlham Əl...

Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib...

Kəlbəcər şəhərinin Baş planı təqdim edilib, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub YEN...

Yanındayıq, Türkiyə!

ÇOX OXUNANLAR
Uğurlu, ədalətli, səmərəli sədrlik

"Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın"

Dağlarda zəfər quruculuğu

Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib Azərbaycan Prezi...

Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib ...

Müzəffər, qüdrətli, modern

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!