12 Yanvar 2026 19:16
357
SİYASƏT
A- A+
Türk ekspert: Azərbaycan beynəlxalq münasibətlər sisteminin əvəzolunmaz aktorudur  

Türk ekspert: Azərbaycan beynəlxalq münasibətlər sisteminin əvəzolunmaz aktorudur  


Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi bəyanatlar Azərbaycanın xarici siyasətinin uğurlarının miqyasını nümayiş etdirir. 2025-ci ildə baş verən proseslər rəsmi Bakının regional və qlobal məsələlərdə etibarlı tərəfdaş rolunu bir daha təsdiqləyib.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Türkiyənin Qafqaz Universitetinin (Qars şəhəri) müəllimi, beynəlxalq münasibətlər üzrə ekspert Halit Həmzəoğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması prosesinin ön cəbhəsində yer alır, tərəfdaşlığın dərinləşdirilməsi, yeni birgə təşəbbüs və layihələrin reallaşdırılması istiqamətində səylər göstərir. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində əvəzolunmaz aktora çevrilməsini təmin edir.

Agentliyin həmsöhbəti qeyd edib ki, Azərbaycan liderinin 2026-cı il yanvarın 5-də verdiyi müsahibə bir sıra strateji əhəmiyyətli mesajlar ehtiva edir: “Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi uğurlarının diplomatik müstəvidə atılan addımlarla möhkəmləndirildiyini vurğulayıb, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə avqust ayında Ağ Evdə keçirilmiş görüşün əhəmiyyətinə diqqət çəkib və Vaşinqton danışıqlarının nəticələrini ölkənin müstəqillik tarixində ən yaddaqalan hadisələrdən biri kimi dəyərləndirib”.

H.Həmzəoğlunun fikrincə, ABŞ-da keçirilmiş Sammit Azərbaycanın, onun liderinin diplomatik və siyasi sahələrdə növbəti parlaq uğuru olub, ölkənin beynəlxalq münasibətlərdə çəkisini artırmaqla yanaşı, Bakının regional liderliyini də möhkəmləndirib. Türkiyə universitetinin müəllimi vurğulayıb ki, Azərbaycanın Cənubi Qafqazda sülh gündəliyinin formalaşdırılması istiqamətində göstərdiyi səylərdəki əsas rolu ABŞ-da da tanınır.

“Ağ Ev rəhbərinin 907-ci düzəlişlə bağlı qərarı simvolik və tarixi əhəmiyyət daşıyır. ABŞ Konqresi bu düzəlişi hələlik rəsmi şəkildə ləğv etməsə də, Donald Trampın bu məsələ ilə bağlı qərarı Azərbaycanın regionda artan rolunun təsdiqidir”, – deyə o bildirib.

Ekspert Prezident İlham Əliyevin müsahibəsində toxunduğu digər mühüm məqam kimi Bakı ilə Pekin arasındakı münasibətləri göstərərək, iki ölkənin iqtisadi və digər sahələrdə, o cümlədən infrastruktur təşəbbüslərinin həyata keçirilməsində əməkdaşlığına diqqət çəkib: “Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan nəqliyyat layihələrində həlledici rol oynayır. Eyni zamanda, Zəngəzur dəhlizi Azərbaycanın regional nəqliyyat əlaqələrinin qurulmasında əsas oyunçu kimi rolunu nümayiş etdirir”, – deyə o bildirib və Orta Dəhlizin Türkiyə üçün də prioritet olduğunu vurğulayıb.

Ekspert daha sonra rəsmi Bakının Türk dünyasında əlaqələrin möhkəmləndirilməsindəki roluna dair fikirlərini bölüşüb. Onun qənaətinə görə, türk dövlətlərinin müdafiə sahəsində əməkdaşlığı Türk Dövlətləri Təşkilatı məkanında gələcək dialoqun gündəliyinin tərkib hissəsinə çevrilməlidir.

“Geosiyasi qeyri-müəyyənlik şəraitində türk dövlətləri arasında müdafiə sahəsində əməkdaşlıq həyati əhəmiyyət daşıyır. Bu baxımdan birgə təlimlərin keçirilməsi və hərbi-sənaye kompleksi sahəsində əməkdaşlıq mexanizmlərinin inkişafı aktuallıq kəsb edir”, – deyə X.Həmzəoğlu qeyd edib.

Sonda Türkiyə universitetinin müəllimi Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın daha iki mühüm nailiyyətini – səkkiz inkişaf etməkdə olan ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) nüfuzunun möhkəmləndirilməsinə verdiyi töhfəni və Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşlərinin tamhüquqlu üzvü seçilməsini xüsusi qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Volodimir Zelenski: Emosional Ukrayna xalqı nə məni, nə də ABŞ-ı bağışlamaz  

23:59
17 Fevral

Zelenski: Ukrayna hava hücumlarını dayandırmağa hazırdır  

23:57
17 Fevral

Çempionlar Liqası: “Qalatasaray” “Yuventus”u İtaliyaya əliboş göndərib  

23:42
17 Fevral

Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

23:40
17 Fevral

Cenevrədə ABŞ, Ukrayna və Rusiya arasında görüş dörd saatdan çox çəkib  

23:14
17 Fevral

ABŞ rəsmisi: İran tərəfi iki həftə ərzində ətraflı təkliflərlə geri qayıdacaq  

23:12
17 Fevral

Zelenski: Rusiyadan iki min ukraynalı uşağın vətənə qaytarılmasına nail olmuşuq

22:13
17 Fevral

"Nyukasl"ın baş məşqçisi: "Qarabağ"ın çox güclü texnikası var  

21:03
17 Fevral

Türkiyəli diplomat: Ermənistanın müstəqillik bəyannaməsi beynəlxalq müqavilələrin şərtlərinə ziddir  

20:31
17 Fevral

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb  

20:11
17 Fevral

Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi tərəfdaşlığın inkişafı istiqamətində müzakirələr aparılıb  

19:54
17 Fevral

İordaniya mediasında Bakının turizm imkanları və şəhərsalma ənənələri barədə məlumatlar yayımlanıb  

19:07
17 Fevral

Kənd təsərrüfatı nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

19:01
17 Fevral

“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir  

18:46
17 Fevral

Azərbaycanla Mərakeş arasında elm və ali təhsil sahəsində əməkdaşlıq sazişi imzalanıb  

18:23
17 Fevral

“Qarabağ”ın sabiq baş məşqçisi: “Nyukasl”ın təzyiqindən çıxmaq üçün sürətli keçidlər vacibdir  

18:09
17 Fevral

Ruben Vardanyana hökm oxunub  

17:49
17 Fevral

Azərbaycanla BƏƏ arasında aqrar sahədə əməkdaşlığı genişləndirmək üçün birgə işçi qrupu yaradılacaq  

17:47
17 Fevral

Nazirlik: Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır  

17:41
17 Fevral

Qurban Qurbanov: "Nyukasl"ın bizə uyğun olmayan oyun üslubu var  

17:36
17 Fevral

"Qarabağ"ın futbolçusu: Bizi sabah tarixi və vacib oyun gözləyir  

17:32
17 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!