08 Oktyabr 2025 08:30
443
İQTİSADİYYAT
A- A+
Turizm yeni inkişaf mərhələsinə qədəm qoyur

Turizm yeni inkişaf mərhələsinə qədəm qoyur


Kənd turizminin coğrafiyasının genişlənməsi bəzi bölgələrdə yeni iş yerlərinin açılmasına səbəb olur


Zəngin təbiətə, qədim tarixə və mədəni irsə malik ölkəmizdə kənd turizmi geniş potensiala malikdir. Təbiətə yaxınlıq, tarixi və mədəni zənginlik, eləcə də səmimi evsahibliyi turistlərə həm dincəlmək, həm öyrənmək, həm də unudulmaz təəssüratlar qazanmaq imkanı verir. Hər bölgənin özünəməxsus üstünlükləri kənd turizmini daha cəlbedici edir. Bu turizm növünün coğrafiyası genişləndikcə təbii ki, yeni iş yerlərinin sayı da artır.

Car ildə Dövlət Turizm Agentliyi tərəfindən ölkəmizdə 8 kənd seçilərək turizm infrastrukturu layihəsinə daxil edilib. Bu kəndlər unikal bölgələrdə yerləşir. Siyahıya Qusarın Ləzə, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani və Astaranın Sım kəndi daxildir.

Turizm üzrə ekspert Rəhman Quliyev mətbuata açıqlamasında bildirir ki, bu kəndlər "Turistik kənd" konsepsiyasına uyğun olaraq gələcəkdə daxili və xarici turistlər üçün yeni marşrutların əsas hissəsinə çevriləcək. Layihə çərçivəsində artıq bir sıra işlər görülüb. Məsələn, Astaranın Sım kəndində turizm potensialı qiymətləndirilib və kənd regionun turizm marşrutuna daxil edilib. Son iki ildə yalnız bu kəndə hər ay təxminən 2 min turistin gəlməsi infrastrukturu inkişaf etdirməyin nə qədər vacib olduğunu göstərir. Bu cür layihələrin icrası nəticəsində kəndlərdə yeni iş yerləri açılır və əhalinin kənddən şəhərə axını nisbətən azalır.

Dünya təcrübəsində "Turistik kənd" modeli artıq özünü doğruldub. İtaliya, İndoneziya, Fransa kimi ölkələrdə bu format kəndlərin boşalmasının qarşısını alıb, əhalinin gəlirini artırıb və milli mətbəx ilə sənətkarlığı dirçəldib. 

Rəhman Quliyev bildirir ki, Azərbaycan bu təcrübəni öz coğrafiyasına uyğunlaşdırmaqla həm regionların sosial həyatını canlandıra, həm də kənd turizmini brend səviyyəyə qaldıra bilər. 

Hazırda layihəyə daxil olan kəndlərdə həm infrastrukturun təkmilləşdirilməsi, həm də təbii və mədəni irsin qorunması istiqamətində işlər davam edir. Yeni konsepsiya başa çatdıqdan sonra bu kəndlərin hər biri Azərbaycanın turizm xəritəsində fərqli formada təqdim olunacaq. 

Bölgələrin inkişafında turizmin rolu və imkanları genişdir. Misal üçün, İsmayıllı rayonu dağ-meşə relyefi, təmiz havası və qədim kəndləri ilə seçilir. Lahıc və Basqal kimi kəndlərdə sənətkarlıq, xüsusilə misgərlik turistlərin marağına səbəb olur. Burada həm də şərabçılıq və üzümçülük ənənələri qorunub saxlanılır. Şəki rayonu isə tarixi abidələri, Xan Sarayı, Böyük Karvansara, Kiş məbədi və zəngin mətbəxi ilə turistləri cəlb edir. Quba rayonunda yerləşən Xınalıq və Qrız kimi dağ kəndləri qədim yaşayış tərzini qoruyub saxlamış nadir məkanlardır. Bu kəndlərdə etnik-mədəni müxtəliflik, təbii gözəllik və xalq sənətkarlığı bir araya gəlir.

Qax rayonu da kənd turizmi üçün əlverişli bölgələrdəndir. İlisu kəndinin alban abidələri, dağ mənzərələri və yerli kulinariyası turistlər üçün cəlbedici elementlərdəndir. Lənkəran rayonu subtropik iqlimi, çay plantasiyaları, sitrus bağları və Hirkan Milli Parkı ilə fərqlənir. Lerik rayonu isə təmiz təbiəti, dağlıq relyefi və uzunömürlü insanları ilə tanınır. Burada folklor elementləri, yürüş marşrutları və ekoloji turizm imkanları genişdir.

Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur təkcə tarixi və siyasi əhəmiyyətinə görə deyil, həm də turizm potensialına görə diqqət mərkəzindədir. Füzuli rayonunda yerləşən kurqanlar, Azıx mağarası və digər arxeoloji abidələr təkcə Azərbaycan deyil, dünya miqyasında nadir tarixi irs nümunələridir. Azıx mağarası, dünyanın ən qədim insan yaşayış məkanlarından biri hesab edilir. Burada aparılan arxeoloji qazıntılar nəticəsində 350-400 min il əvvələ aid insan qalıqları aşkarlanıb. Bölgədə arxeoparkların yaradılması, tədqiqatların davam etdirilməsi və turizm marşrutlarının açılması Qarabağın Daş dövrü irsinin geniş tanıdılmasına xidmət edəcək.

Xocavənd rayonunun Tuğ kəndi tarixi memarlığı, təbiəti və şərabçılıq ənənələri ilə kənd turizmi üçün ideal məkandır. Tuğda aqroturizm, ekoturizm və mədəni turizmin paralel inkişafı mümkündür. Burada keçmiş şərab istehsalı ənənələrinin bərpası, festivalların təşkili və tarixi memarlığın qorunması kimi layihələr həyata keçirilə bilər. Şuşa şəhəri və ətraf ərazilər, xüsusilə Turşsu və Dəmirsu kimi müalicəvi suların olduğu ərazilər sanatoriya və sağlamlıq turizminin yenidən inkişafı üçün əlverişli şərait yaradır. Bu mineral sular vaxtilə mədə-bağırsaq və revmatik xəstəliklərin müalicəsində təsirli olub, sovet dövründə minlərlə insanın müalicə aldığı məkan kimi tanınıb. 

Ağdam, Suqovuşan, Hadrut, Talış, Kəlbəcər və Laçın kimi ərazilərdə də kənd turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Bu bölgələrdə həm dağ, həm meşə, həm də düzənlik relyeflərinin bir araya gəlməsi təbiətlə təmas istəyən turistlər üçün ideal şərait yaradır. Şuşaya çəkilən dəmir yolu və nəqliyyat infrastrukturunun yenilənməsi isə turizm axınını artıracaq.

Hazırda Qarabağ iqtisadi rayonunda olduğu kimi, bütün rayonlarda geniş tikinti işləri həyata keçirilir. Tarixi, mədəni və dini abidələrin bərpası ilə yanaşı, kənd təsərrüfatı sahələrinin canlandırılması da kənd turizminin inkişafı üçün əsas baza rolunu oynayır. Bölgəyə həm yerli, həm də xarici turistlərin marağını artırmaq üçün kompleks turizm infrastrukturları yaradılır. Bundan əlavə, Qusar, Xaçmaz, Şamaxı, Qəbələ, Zaqatala, Balakən, Tovuz, Gədəbəy, Yardımlı, Masallı, Ordubad və digər bölgələr də kənd turizmi üçün yüksək potensiala malikdir. Hər rayonun özünəməxsus təbiəti, mətbəxi və mədəniyyəti onu fərqli bir turizm destinasiyasına (səyahətçinin getdiyi yer) çevirə bilər.

Təbiəti zəngin olan bölgələr Azərbaycanın kənd turizmi potensialını nümayiş etdirir. Hər biri özünəməxsus təbiəti, tarixi və mədəniyyəti ilə seçilir və ziyarətçilərə fərqli istirahətlər vəd edir. Kənd turizminin bu bölgələrdə inkişafı həm də orada yaşayan insanların iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, sosial bərabərlik, regional tarazlığın qorunması və milli-mədəni irsin təbliği baxımından strateji əhəmiyyət daşıyır.

Kənd turizmi istirahət və əyləncə vasitəsi olmaqdan əlavə, iqtisadi və sosial inkişafın mühüm alətlərindən biridir. Bu baxımdan  təbii gözəllikləri, mədəni zənginliyi və qonaqpərvərliyi ilə seçilən kəndlər təkcə səyahətçilərin maraq dairəsinə çevrilmir, eyni zamanda kənd sakinlərinin rifahına, icmaların dirçəlməsinə və bölgələrin canlanmasına mühüm töhfə verir. Ölkəmizdə kənd turizminin inkişafı həm iqtisadi, həm də sosial baxımdan diqqətəlayiq təsirlər yaradır.

Ənənəvi olaraq kəndlərdə insanlar, əsasən, əkinçilik, heyvandarlıq və meşə təsərrüfatı ilə məşğul olurlar. Lakin turizmin inkişafı bu təsərrüfat fəaliyyətlərini tamamlayaraq alternativ qazanc imkanları təqdim edir. Yerli sakinlər turistlərə evlərini kirayə verə, məişət xidmətləri göstərə, yerli məhsul və əl işlərini sata bilərlər. Bu, həm kənddə işsizlik səviyyəsini azaldır, həm də gənclərin və qadınların iqtisadi fəaliyyətə daha fəal cəlb olunmasına şərait yaradır. Turizm gəlirləri kəndlərdə dövriyyəyə daxil olur, kiçik bizneslər yaranır və yerli iqtisadiyyat tədricən şaxələnir.

Ekspertlərin fikrincə, turistlərin bölgəyə axını yerli bazarların genişlənməsinə, kənd məhsullarının daha dəyərli şəkildə təqdim olunmasına və yeni biznes təşəbbüslərinin yaranmasına şərait yaradır. Məsələn, kəndlərdə qonaq evləri, çay evləri, restoranlar, sənətkarlıq emalatxanaları və kənd sərgiləri yaranır ki, bunlar da həm yerli iqtisadiyyatın güclənməsinə, həm də turizmdən əldə edilən gəlirin kənddə qalmasına xidmət edir. Kənd turizmi eyni zamanda infrastrukturun inkişafına təkan verir. Turistlərin rahatlığı üçün yollar təmir olunur, rabitə və internet imkanları genişlənir, ictimai obyektlər yenilənir. Bu infrastruktur təkmilləşmələri yalnız turistlər üçün deyil, kənd sakinləri üçün də gündəlik həyatı asanlaşdırır. 

Görünən odur ki, bütün bunların nəticəsində əhaliyə sosial xidmətlərin keyfiyyəti artır, kəndlərin ümumi yaşayış səviyyəsi yüksəlir. Turizm yerli sakinlər arasında mədəni dəyərlərə olan marağı artırır. Adət-ənənələr, xalq sənətkarlığı, folklor, milli geyimlər və təamlar turizm sayəsində görünən və qorunan hala gəlir. İnsanlar öz kimliklərini və mədəni irslərini təqdim etməyə daha çox maraqlı olurlar. 


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!