30 İyul 2025 09:41
450
DÜNYA
A- A+
Tramp Rusiya üçün yeni vaxt qoydu - 10-12 gün  

Tramp Rusiya üçün yeni vaxt qoydu - 10-12 gün  

  

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Rusiya lideri Vladimir Putindən "çox məyusdur" və buna görə Ukraynada nizamlanma üçün ultimatumun müddətini qısaldır - 10-12 gün. Xatırladaq ki, bundan əvvəlkinin müddəti sentyabrın 1-də bitməli idi.

Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə görüşündə bildirib: "Prezident Putinlə dörd-beş dəfə danışdım, lakin sonra o, Ukraynanın şəhərlərinə raket atdı... Belə olmamalıdır. Prezident Putindən çox məyus oldum. Bunun necə nəticələnəcəyini görəcəyik. Mən bunu 50 günə qədər qısaldacağam, çünki düşünürəm ki, bunun necə bitəcəyini bilirəm".

Bu arada Rusiya Müdafiə Nazirliyi iyulun 28-də gecə saatlarında hərbi aerodrom infrastrukturuna, sursat anbarına, raket silahlarına və Ukraynada pilotsuz təyyarələrin istehsalı üçün komponentlərə "Kinjal" hipersəs raketləri, eləcə də hücum dronları da daxil olmaqla, "uzaq mənzilli havadan buraxılan dəqiqlikli silahlarla qrup zərbəsi" endirdiyi barədə məlumat verib. Məlumatda bildirilib ki, zərbələr yalnız Ukraynadakı hərbi və enerji obyektlərinə və onlarla əlaqəli infrastruktura endirilir.

Xatırladaq ki, iyulun 14-də Tramp Rusiyanın hərəkətlərindən  "məyus olduğunu" bildirib və 50 gün ərzində Ukrayna ilə dialoqda irəliləyiş əldə olunmayacağı halda Moskva və onun ticarət tərəfdaşlarına "təxminən 100 faiz" ikinci dərəcəli tariflər tətbiq edəcəyini açıqlamışdı. Eyni zamanda ABŞ Prezidenti Kiyevi yeni silahlarla təmin edəcəyini vəd etmişdi.

Kreml Trampın bəyanatlarını çox ciddi adlandırıb və onların təhlil edilməsinə ehtiyac olduğunu qeyd edib. Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Ukrayna ABŞ-nin qərarlarını "müharibənin davam etdirilməsi üçün siqnal kimi" qəbul edir.

Qeyd edək ki, Ağ Evin rəhbəri bu yaxınlarda dəfələrlə Putindən məyus olduğunu bildirib. Tramp ultimatumdan sonra deyib: "Məyusluq o faktla bağlıdır ki, mən, Rusiya ilə sövdələşməni artıq dörd dəfə əldə olunmuş hesab etmişəm". Amerika lideri Rusiya Prezidenti ilə gələcək münasibətləri barədə suala belə cavab verib: "Mən məyus oldum, lakin onunla  işim hələ bitməyib". Eyni zamanda Tramp tərəf tutmadığını iddia edib.

Həftəsonu ABŞ dövlət katibi Marko Rubio da xəbərdarlıq edib ki, Trampın "səbri tükənib" və Rusiyanın döyüşləri dayandırmaq üçün addımlar atmasını "gözləməyə daha az hazırdır". Dövlət Departamentinin rəhbəri vurğulayıb ki, Prezident hələ də münaqişənin həllində maraqlıdır və ona son qoymaq üçün konkret addımlar gözləyir.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!