12 Avqust 2025 08:45
481
İQTİSADİYYAT
A- A+
Tovuzda bu mövsüm 4500 hektarda kartof əkilib, məhsuldarlıq 300 sentnerdən çoxdur

Tovuzda bu mövsüm 4500 hektarda kartof əkilib, məhsuldarlıq 300 sentnerdən çoxdur


Kartofçuluq Tovuz rayonunda ənənəvi sahələrdən biridir və rayonun iqtisadi potensialının əsas hissəsini təşkil edir. Son illər rayonda kartofçuluğun inkişafı istiqamətində mühüm addımlar atılır. Fermerlər bütün vasitələrdən istifadə etməklə bu gəlirli ərzaq məhsulunun istehsalını artırmaq, əhalinin tələbatını ödəmək istiqamətində əllərindən gələni əsirgəmirlər. 

Bunun sayəsində keçən il rayon üzrə hər hektardan 295,6 sentner məhsul götürülərək  ümumilikdə 164 min tondan çox məhsul istehsal edilmişdir. Təsərrüfat sahibləri bu il daha çox kartof istehsal etmək üçün bütün imkanları səfərbərliyə alıblar. 4492 hektarda kartof səpini aparan əkinçilər hazırda yığımla məşğuldurlar. Bu günə qədər 4126 hektarın məhsulu yığılmışdır. İlkin göstəricilər onu deməyə əsas verir ki, bu il məhsuldarlıq ötən ildəkindən çox olacaq. Hələlik bu göstərici 301,9 sentnerdir. Qeyd edək ki, kartof yığımına 6 min nəfərdən çox mövsümi işçi cəlb olunmuşdur. Hər bir işçinin orta hesabla günlük gəliri 20-23 manatdır.

Rayonda elə bir kənd yoxdur ki, orada kartof əkilməsin. Əyyublu, Alakol, Düz Qırıqlı, Dönük Qırıqlı, Qovlar, Çatax, Kirən, Qəribli, Yanıqlı və digər kəndlərdə əsasən xarici sortlar olan "Orkestra", "Arizona", "Anna Karaleva", "Aqriya", "Agila", yerli sortlardan isə "Telman", "Əmiri-600", "Vaqif", "Çənlibel", "Uğur", "Turan" əkilir. 

Tovuz Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazovla söhbət zamanı məlum oldu ki, istehsal olunan məhsulun saxlanması üçün də lazımi şərait var. Hazırda rayonda 40-a yaxın soyuducu anbar fəaliyyət göstərir və kartof istehsalçıları bu anbarların gücündən maksimum istifadə etməyə çalışırlar. Onlar hər il yetişdirdikləri kartofu bu anbarlara yığıb saxlayır, qış mövsümündə həm əhalinin kartofla təminatını həyata keçirir, həm də daha çox qazanc əldə edirlər. 

Hazırda Tovuzda kartof əkini ilə məşğul olan və yığılmış kartofu saxlamaq üçün öz soyuducusu olan fermerlər çoxdur. Düz Cırdaxan kəndindən olan fermer Kamal Ələsgərovun 3, Əyyublu kəndindən olan fermerlərdən Nəsrəddin Aslanovun 2 tonluq, Şəhadət Mehralıyevin 400, Elxan Hüseynovun 600 kiloqramlıq soyuducu anbarları var. Onlar bu anbarlarda saxladıqları məhsulu növbəti məhsul yığımınadək saxlaya bilirlər. 

Tovuz Aqrokompleks MMC-nin isə soyuducu anbarı 10 min tonluqdur. Şirkətdə hər il 32,6 hektarda "Silvana" və "Arizona" sortlu kartof əkilir. Bundan başqa, "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC hər il 92,8, Aqrokimya MMC 43,9 hektarda əkdikləri kartofdan xeyli qazanc götürürlər. Ümumiyyətlə, rayonda kartofçuluğun inkişafına böyük diqqət yetirilir. Bu işdə rayonda fəaliyyət göstərən fiziki şəxslər də fəallıq göstərirlər. Onlardan Bozalqanlı kəndindən Ədalət Məhərrəmov 15, Dönük Qırıqlı kəndindən Ziyad İsgəndərov 23, Qovlar şəhəri ərazisində 21, Düz Qırıqlı kəndindən Nazilə İmamverdiyeva 14 hektarda kartof əkib becərirlər.

Rayonda ən çox karof əkən fermerlərdən biri də Bozalqanlı kənd sakini Kamal Ələkbərovdur. Təxminən hər il 100 hektarda kartof əkən təsərrüfat sahibi mövsüm ərzində 200 nəfəri işlə təmin edir. Onun əkin sahələri müasir çiləyici aqreqatlarla təmin olunub. Bundan başqa, 3 tonluq soyuducu anbar da inşa etdirib. 

Onu da qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu il rayonda kartofun çıxarılması əsasən texnikanın vasitəsilə həyata keçirilir. Əl əməyinin azaldılması isə məhsulun maya dəyərini aşağı salır.

 

Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!