16 İyul 2025 21:11
650
DÜNYA
A- A+
“The Wall Street Journal”: Prezident Donald Trampın ticarət müharibəsi hələlik ABŞ-a fayda verir  

“The Wall Street Journal”: Prezident Donald Trampın ticarət müharibəsi hələlik ABŞ-a fayda verir  

ABŞ Prezidenti Donald Tramp Çinə və başqa ölkələrə qarşı gömrük rüsumlarını yüksəltməklə yerli istehsalı dəstəkləməyə çalışır.

AZƏRTAC “Bloomberg”ə istinadən xəbər verir ki, 2024-cü ilin iyun ayından fərqli olaraq 2025-ci ilin iyun ayında ABŞ büdcəsinə tətbiq olunan rüsumların hesabına əlavə 26 milyard dollar vəsait daxil olub. Cari ilin birinci yarısında isə ABŞ büdcəsinə rüsumların hesabına 47 milyard dollar əlavə vəsait daxil olub. D.Trampın qərarı dünya iqtisadiyyatında geriləmə yaratsa da o seçicilərinə verdiyi vədi yerinə yetirir. Beynəlxalq aləmdə bir həqiqəti unudurlar ki, D.Tramp Amerikanın prezidentidir və onun müəyyən öhdəlikləri var ki, bunları da yerinə yetirməlidir.

“Financial Times” yazır ki, Çin seyirci qalmayaraq ABŞ-ın tətbiq etdiyi rüsumlara cavab olaraq ölkəyə idxal olunan ABŞ mallarına tətbiq olunan rüsumları 125 faizə yüksəltdi. Bu gün Çin alternativ bazarlar axtarışını davam etdirir. Qəzetin verdiyi məlumata görə ABŞ-dan başqa Çin Avropa və Asiya ölkələrinə də məhsul ixrac edir. D.Trampın gömrük rüsumlarını artırmaq qərarından sonra Çinin Almaniyaya ixracının həcmi 22, Cənub-Şərqi Asiya ölkələrinə isə 15 faiz artıb.

Çində lampa istehsal edən şirkətin sahibi Çen Zebin bildirib ki, rüsumlar artdıqdan sonra ABŞ-a edilən ixracın həcmi 60 faizdən 30 faizə düşüb: “Biz Yaxın Şərqdə, Almaniya və Rusiyada yeni müştərilər axtarırıq. Onlayn satışa diqqəti artırmaqla vəziyyəti sabit qaydaya salmağa cəhd edirik”.

Elektrik malları istehsal edən fabrikin meneceri Doris Siya isə qeyd edib ki, daxili bazar təmin olunub: “Alternativ bazarlara çıxış tapılmasa istehsalın həcmini azaltmaq məcburiyyətində qalacağıq. İstehsalın həcminin azalması isə iqtisadi inkişaf tempinin yavaşlamasına səbəb olur”.

Nyu-York Universitetinin professoru Marta Benqoa bildirib ki, D.Trampın büdcə gəlirlərini artırması digər konstruktiv olmayan qərarlarını kölgədə saxlayır: “Konqresin narahatlığı ondan ibarətdir ki, ABŞ-ın rüsumları müttəfiq ölkələri, o cümlədən Çini Rusiyaya yaxınlaşmağa vadar edir. Bu da geosiyasi baxımdan ABŞ-ın nüfuz dairəsini daraldır”.

Lakin Ukraynada davam edən müharibə ilə əlaqədar olaraq Rusiyanın iqtisadiyyatı heç də ürəkaçan deyil. Bütün sənaye hərbi istiqamətə yönəldilib ki, bu da digər sahələrin geriləməsinə səbəb olub. Avropanın Rusiya neftindən və qazından imtinası isə gəlirləri bununla yanaşı əhalinin alıcılıq qabiliyyətini də aşağı salıb. Odur ki, Çinin Rusiyaya meyil etməsi hələlik o qədər də real görünmür. Böyük ehtimal ki, bunu başa düşən D.Tramp heç nədən çəkinmir.

“Fitch” beynəlxalq reytinq agentliyi yazır ki, 2024-cü ildə ABŞ ilə Avropa İttifaqının (Aİ) ticarət dövriyyəsinin həcmi 975,9 milyard, Çin ilə 582,5 milyard dollar həcmində olub. Avqustun 1-də D.Tramp Aİ-dən idxal olunan mallara əlavə 10 faiz də rüsum tətbiq edəcəyini bildirib. Ümumiyyətlə 75 ölkədən ABŞ-a idxal olunan mallara müxtəlif faizlərlə tətbiq olunan rüsumlar dünyada ümumi məhsul istehsalının həcmini 2,3 faizdən 2,2 faizə endirəcək ki, bu da dünya iqtisadiyyatının zəifləməsinə səbəb olacaq. Dünya iqtisadiyyatında baş verəcək resessiya isə mütləq neftin qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq. Lakin istər Çin, istərsə də Aİ dövlətləri cavab olaraq qarşılıqlı rüsumlar tətbiq edəcəklər. Artıq Aİ-də ABŞ-dan idxal olunan mallara əlavə rüsumların tətbiq ediləcəyi haqqında bəyanatlar səslənir.

“The Wall Street Journal” yazır ki, D. Trampın ticarət müharibəsi hələlik fayda verir: “Lakin perspektivdə bu müharibənin ABŞ üçün ağır nəticələri ola bilər. Prezident D.Trampın başladığı ticarət müharibəsinin nə ilə nəticələnəcəyini zaman göstərəcək. Hələlik isə ABŞ müharibənin qalibidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!