14 Noyabr 2025 08:00
2334
CƏMİYYƏT
A- A+
Təvazökar, ədalətli, prinsipial və xalqın içində olun

Təvazökar, ədalətli, prinsipial və xalqın içində olun


Prezidentin yerli icra orqanları rəhbərlərindən tələbi budur


Uzun illərin sınağından çıxmış belə bir deyim var: kadrlar hər şeyi həll edir. Bu, doğrudan da belədir. Kadr yerində olanda, işini peşəkarcasına görəndə həm öz vicdanı rahat, həm də xalqın yanında başıuca, alnıaçıq olur. Dövlətin müxtəlif strukturlarına rəhbərlik edən məmurlar işlərini peşəkarlıqla və dövrün tələbləri səviyyəsində qurarsa, eləcə də idarəçilikdə yeni təfəkkür, yüksək əxlaq və mənəvi keyfiyyət sərgiləyərsə, kimsənin yanında gözükölgəli olmaz. 

Tutduğu vəzifəyə hörmət edən, tabeliyində olanlara dəyər verən rəhbər şəxs dövlətə və dövlətçiliyə xidmət etməklə millətinin, xalqının xidmətçisi olur. Bunun əksi olanlarınsa "fironluğu" çox çəkmir. Nə xoş ki, birincilər, yəni Azərbaycana xidmət edən, xalqını sevən, millətinə yüksək dəyər verən rəhbər şəxslər var. Nə yazıq ki, bu xalq, bu ölkə ikincilərdən də xali deyil. Zaman-zaman onların bəd əməllərinin şahidi olmuşuq və təəssüf ki, bu gün də şahidik. 

Prezident İlham Əliyev son vaxtlar  ölkəni bu cür kadrlardan xilas etmək üçün olduqca səmərəli islahatlar keçirir. Bu islahatlar nəticəsində iqtisadi və siyasi idarəetmə yenilənir, cəmiyyət başqa bir vətəndaş-məmur mərhələsinə keçir. Dövlət başçısı yolunu azmış məmurları, idarəçilikdə özbaşınalıq edən vəzifəli şəxsləri tutduqları vəzifədən azad edərkən cəmiyyət onların ötürdükləri neqativ enerjidən təmizlənmiş olur. Dövlət başçısının  kadr siyasəti və struktur dəyişikliyi özünün də dediyi kimi, iqtisadi müstəqilliyimizin təminidir. Çünki iqtisadi müstəqillik gücləndikcə milli iradə möhkəmlənir, kənar müdaxilələr aradan qalxır. Dövlət idarəçiliyində güclü kadrların olması, milli düşüncəli gənclərin vəzifələrə təyin olunması "insan kapitalı" prinsipinə xidmət edir. Bu cür kadrlar ölkənin sərvəti hesab olunurlar. Ona görə də düzgün aparılan kadr siyasəti ölkənin strateji ehtiyatlarının idarə edilməsində alternativsizlik sərgiləyir. Bu baxımdan, Prezidentin islahatlara yol açan fəaliyyəti novatorluq, çeviklik və şəffaflığın əhəmiyyətini artırır. "İslahatlara alternativ yoxdur", - deyən İlham Əliyevin bugünkü kadr siyasəti dövlət idarəçiliyində çox böyük rol oynayır. 

Prezident noyabrın 12-də Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bu fikri xüsusi vurğulayıb: "Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir".

Əslində, məqsəd yalnız qanunsuz halların qarşısını almaq deyil, eyni zamanda regionlarda sosial rifahı, o cümlədən məşğulluğu artırmaqdır. İslahatların davamı kimi, indi əsas diqqət regionlarda iş yerlərinin yaradılmasına yönəlib. Bunun üçün dövlət bölgələrdə məşğulluğun artırılması istiqamətində  ardıcıl addımlar atır. Sosial-iqtisadi inkişaf  proqramları çərçivəsində kəndlərdə və rayon mərkəzlərində yeni istehsal müəssisələri, aqroparklar və sənaye zonaları yaradılır. Hazırda ölkə üzrə 40-dan çox aqropark fəaliyyət göstərir ki, bu da minlərlə insanın daimi iş yeri ilə təmin olunmasına imkan yaradır. 

Bu istiqamətdə  dövlət başçısının mövqeyi tam aydındır - bölgələrdə məşğulluğun təmin olunması ümumi sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir. Onu da vurğulayaq ki,  məşğulluğun artırılması təkcə iqtisadi deyil, sosial baxımdan da mühüm əhəmiyyət kəsb edir. Yeni iş yerlərinin açılması əhalinin gəlir səviyyəsini yüksəldir, regionlarda sosial sabitliyin möhkəmlənməsinə və miqrasiya meyillərinin azalmasına şərait yaradır. Prezident İlham Əliyev sözügedən görüşdə həmin məqama da diqqət çəkib: "Bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın, kəndlərdən şəhərlərə axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də daha yüksəkdir. Bütün bunlar başadüşüləndir. Ancaq, eyni zamanda bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir. Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Ona görə yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda yerli istehsalı da gücləndirir". 

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı bölgələrdə əhalinin gəlir mənbələrini artırmağa yönəlib. Təkcə son bir neçə ildə bu proqram çərçivəsində on minlərlə ailə kiçik təsərrüfat və ailə biznesi qurmaq imkanı əldə edib. Bundan başqa, gənclərin məşğulluğu, peşə hazırlığı mərkəzlərinin yaradılması, həmçinin mikro və kiçik sahibkarlığın inkişafı üçün güzəştli kreditlərin verilməsi kimi tədbirlər regionlarda iqtisadi fəallığı daha da canlandırır. Nəticədə yeni iş yerləri açılır, yerli istehsal və xidmət sahələri genişlənir. Bunları rəsmi statistikanın dili ilə belə ifadə etmək olar: 2025-ci ilin 6 ayı ərzində ölkədə 48,9 min yeni iş yeri açılıb ki, onun da 24,2 faizi regionların payına düşür. 

Dövlət başçısının təbirincə desək, təbii ki, Azərbaycanın bölgələri müasir inkişafın ən yüksək standartlarına cavab verməlidir və artıq bu istiqamətdə mühüm nəticələr əldə olunub. Son illər ərzində həyata keçirilən genişmiqyaslı islahatlar və infrastruktur layihələri regionların sosial-iqtisadi simasını köklü şəkildə dəyişib. Bu dəyişiklikləri ölkənin istənilən bölgəsinə səfər edən hər bir Azərbaycan vətəndaşı  görür və hiss edir, reallığın şahidi olur. Yeni və müasir görünüşə malik  9 beynəlxalq hava limanı, tamamilə yenidən qurulan dəmir yolları, magistral avtomobil xətləri, elektrik və qaz infrastrukturunun genişləndirilməsi, içməli su və suvarma layihələrinin icrası ölkənin bütün guşələrində inkişafın göstəricisidir. Bütün bunlar Azərbaycanın regional siyasətinin nə qədər məqsədyönlü və davamlı olduğunu bir daha təsdiqləyir. 

İndi qalır həmin siyasəti davam etdirmək. Bu vəzifə isə əsasən yerli icra orqanlarının üzərinə düşür. O icra orqanlarının ki, Prezident onların üzərinə ciddi və məsuliyyətli vəzifələr qoyub və həmin vəzifələrin öhdəsindən gəlmək üçün yerli rəhbərlər ədalətli, prinsipial, təvazökar və xalqın içində olmalıdırlar və unutmamalıdırlar ki, bu, Prezidentin tələbidir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sülhü təşviq edən platforma

08:20
17 Mart

XIII Qlobal Bakı Forumunun çağırışları: dialoq, əməkdaşlıq və təhlükəsizlik

08:15
17 Mart

Naxçıvan türk dünyasının bütövlüyünün rəmzinə çevriləcək

08:10
17 Mart

Şəxsi həyatın toxunulmazlığının qorunması gücləndirilir

08:05
17 Mart

İLHAM ƏLİYEV: «SÜLHDƏN YAXŞI HEÇ NƏ OLA BİLMƏZ»

08:00
17 Mart

Ərdoğan: İslam dünyası həmrəy olmalı, mübahisələri kənara qoymalıdır  

07:53
17 Mart

Ağdərə, Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb

07:51
17 Mart

"Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:12
17 Mart

"Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 avqust tarixli 750 nömrəli Fərmanında dəyişiklik edilməsi, "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında" 2001-ci il 4 iyul tarixli 526 nömrəli Fərmanının ləğv edilməsi barədə

02:12
17 Mart

Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında

02:11
17 Mart

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında

02:10
17 Mart

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:10
17 Mart

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:09
17 Mart

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında

02:06
17 Mart

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi AZ-MLSPP-497370-CS-QCBS Müqavilə barədə bildiriş

02:03
17 Mart

Ministry of Labor and Social Protection of Population / Employment Support Project AZ-MLSPP-497370-CS-QCBS AWARD NOTICE

02:01
17 Mart

BİLDİRİŞ

02:00
17 Mart

Donald Tramp ABŞ-ni dəstəkləməyən müttəfiqləri tənqid edib

23:27
16 Mart

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

22:01
16 Mart

Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib  

20:45
16 Mart

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib YENİLƏNİB

20:30
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!